Pifaqor

JC4X...6qYg
13 Feb 2024
25

Rəqəmlərin atası ” kimi tanınan Pifaqor riyaziyyatçı olmaqla yanaşı, həm də filosof idi. O da bəzi dahilər kimi obsesiv – kompulsiv xəstəlikdən əziyyət çəkirdi. Bu xəstəlik onun fikirlərinin tamamilə doğru olduğunu düşünməyə vadar edirdi. Rəvayətə görə, irrasional ədədlərin varlığını qəbul etməyən Pifaqor kökaltı ikinin rasional olmadığını sübut edən tələbəsi Hippası dənizə atdırıbmış.

Məhşur riyaziyyatçı tarixdə ilk qeydə alınan veqeterianlardan olub. Ömründə ət yemədiyi, həyatını tərəvəz və meyvələrlə davam etdirdiyi məlum olub.

Deyilənlərə görə, o şagirdlərinə də vegeterianlıq fəlsəfəsini qəbul etdirir və qrupuna yeni gələn tələbəni sirləri qorumaq üçün düz 5 il danışmamağa vadar edirmiş. Pifaqorun ən qeyri-adi xüsusiyyətlərindən biri də onun lobyaya olan fobiyası olub. O, şagirdlərinə də bu bitkiyə toxunmağı və yeməyi qadağan etmişdi. Daha bir maraqlı detal isə onun ilk növbədə sağ ayaqqabısını geyinməsi və hamı ilə eyni yolda getməməsi idi.

Şayiələrə görə , Pifaqorun ölmü də lobya ilə bağlı olub. Bu gün düşmənləri onun yaşadığı yere basqın edərək evi yandırır. Qaçmağa çalışan Pifaqorun yolu lobya tarlası ilə kəsişir. Tarlaya qaçmaq və lobyaya toxunma qadağasını pozmaqdansa alim ölməyi seçir. Elə oradaca düşmənləri tərəfindən yaxalanıb öldürülür.

Pifaqorun adını daşıyan bir fincan da mövcuddur. Bu fincan “ xəsislik fincanı ” kimi də məşhurdur. İlk baxışdan tamamilə adi fincan kimi görünsə də, ortasında kiçik bir sütun var. Fincanı yalnız müəyyən bir səviyyəyə qədər su ilə doldurmaq olur. Əgər fincana kənarlarına qədər su tökülərsə, su aşıb daşır. “ Xəsislik fincanı ”nın nisbət hissəsini xatırlatmağa kömək etdiyi söylənilir.



Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to rashadat

1 Comment

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.