Binance

hd8S...yv7D
7 Jan 2024
36

Tranzaksiyaların tam anonimliyi təmin olunan ödəniş sistemi silah satışı, insan alveri və çirkli pulların yuyulmasına zəmin yaradır. Bu səbəbdən 2013-cü ilin may ayında ABŞ-ın Milli Təhlükəsizlik Departamenti ödəniş sistemində bitcoinlərdən istifadə edilməsinə qadağa qoyaraq bitcoini çirkli pulların yuyulmasında əsas maliyyə instrumenti olduğunu iddia etdi. Onecoin – bitcoindən sonra yaranan növbəti yeni nəsil ödəniş sistemidir. Lakin Onecoin yaradılarkən ilk kriptovalyuta olan bitcoinin çatışmamazlıqları aradan qaldırıldı və iqtisadi əsaslara tabe olan daha yeni kriptovalyuta meydana gəldi.

Bəs Onecoinin Bitcoindən üstün cəhətləri nədədir? Qısa olaraq əsas fəqrləri nəzərdən keçirək: Bitcoinin yaradıcısı Satoşi Nakamouta hesab edilir. Canlı olaraq onu heç kim görməmişdi. Bu ilin əvvəlində avstraliyalı iş adamı Kreyq Rayt (Craig Wright), virtual pulu tapan şəxs olduğunu və uzun müddətdir Nakamoto ləqəbini istifadə etdiyini bildirib.Bitcoin-in qabaqcıl istifadəçiləri və virtual pulu inkişaf etdirən proqramçılar da Kreyq Raytın Bitcoini kəş edən adam olduğunu təsdiq edirlər. Rayt kimliyini açıqlayarkən, Bitcoin-in yaradıcısına aid olduğu bilinən Bitcoin-lərə dair texniki göstəriciləri də bölüşüb və beləliklə, virtual pulun yaradıcısı olduğunu da sübut etmiş olub. Kimliyini BBC, Economist və GQ media təşkilatlarına eyni zamanda açıqlayan Rayt, BBC-yə tarixdə reallaşan ilk Bitcoin pul transferinə dair rəqəmsal sənədləri də göstərib. Onecoin isə rəsmən 2015-ci ilin yanvar ayında “One Coin Limited” şirkəti tərəfindən yaradılmışdır.

Şirkətin hazırda dörd ölkədə (Dubay, Bolqarıstan, Qonkonq və Qibraltar) rəsmi ofisləri mövcuddur və rəhbəri özünü maliyyə və elm sahəsində təsdiq etmiş dr. Ruja İqnatovadır. Bitcoinin mərkəzləşdirilmiş idarəetməsi yoxdur və nəzarəti yalnız bitcoin istifadəçiləri öz aralarında edir. Belə olduğu halda gələcəkdə hesablara hər hansı xaker hücümu zamanı oğurlanmış bitcoinləri geri qaytarmaq mümkün deyil hətta bunu edə biləcək mexanizm də yoxdur. Buna misal olaraq 2013-cü il 9 dekabr tarixində xakerlər bitkoin istifadəçilərinin hesablarından 100 mln ABŞ dolları oğurlanmasını göstərmək olar. Həmçinin bitcoin istifadəçisi hesab üzrə parolunu itirdiyi halda parolun yenidən bərpa olunması xüsusiyyəti olmadığına görə bu hesabı həmişəlik unutması ilə nəticələnəcək.

One Coin nədir?

onecoin nedir nədir haqqinda melumt

Onecoin-də isə mərkəzləşdirilmiş idarəetmə sistemə malikdir və hər beş dəqiqədə sistemdə olan məlumatlar kopyalanaraq üç fərqli ölkədə yerləşən serverlərdə saxlanılır. Bu da öz növbəsində istənilən əməliyyatı dəqiqliklə izləməyə imkan verir. Yəni heç bir halda oncoinlər hesabdan oğurlana və ya silinə bilməz. Bitcoin sahibləri anonim istifadəçilərdir və sistem üzrə bütün tranzaksiyalarda tam anonim aparılır. Anonimlik isə çirkli pulların yuyulması üçün böyük imkanlar yaradır. Bu səbbədən bir çox dövlət və iri maliyyə qurumları bitoini ödəniş vasitəsi kimi tanımaq istəmir. Onecoin sahibləri isə heç bir halda anonim ola bilməz və hər bir istifadəçi qeydiyyat zamanı “KYC” (know your client) verivikasiyasından keçməlidir.

Yəni, hər bir elektron hesab sənədlə təsdiq edilir. Blokçeyin sisitemi isə bütün tranzaksiyaların ciddi şəkildə uçotunun aparılmasını təmin edir. İstənilən şəxs şəbəkədə xüsusi mayninq avadanlığı ilə təchiz edilmiş kompyuter ilə bitcoin əldə edə bilər. Onecoinlərin mayninqi yalnız “One Coin Limited”-də məxsusdur. “One Coin Limited” şirkətinin güclü marketinq strategiyasının olması insanlar arasında onecoin-ə marağı daha da artırmışdı.

Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to Binance✅

1 Comment

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.