Səməni

52Qi...qwS9
16 Mar 2024
46

Səməni necə cücərdilir və səməni halvası necə hazırlanır...

22 fevral, 2022 [12:17]

Qarşıdan Novruz bayramı gəlir. Novruz bayramının əsas simvollarından biri də səmənidir. Səməni bolluq simvoludur. Qədimdə insanlar səməninin necə cücərdiyinə baxaraq, ilin necə keçəcəyinə qərar verə bilirdilər. İnanclara görə, səməni yetişdirmək üçün insanın ruhu da, mənəviyyatı da, bədəni də təmiz olmalıdır. Əks halda səməni cücərməz. Əli əyri, dili yalan olan insan səməni cücərdə bilməzmiş. Adətən, səməni Novruzun ilk çərşənbəsindən cücərməyə qoyulur.

Səməni cücərtmək üçün əsasən buğdada istifadə edilir. Amma bəzən insanlar vəzəri tumundan da müxtəlif fiqurlar cücərdirlər. Ancaq əsas simvol buğdadan cücərdilmiş səmənidir.Səməni cücərtmək üçün əsasən buğdada istifadə edilir. Amma bəzən insanlar vəzəri tumundan da müxtəlif fiqurlar cücərdirlər. Ancaq əsas simvol buğdadan cücərdilmiş səmənidir.
Səməni cücərtmək üçün seçdiyiniz qaba uyğun olaraq buğda götürün. Buğdalar təmizlənməlidir ki, səməni yaxşı cücərsin. Sonra götürdüyünüz buğdanın üzərinə su töküb, pəncərinin və ya işıq düşən bir yerə qoyun, buğdalar şişib cücərənə kimi hər gün su verin. Buğdalar cücərdikdən sonra, onu seçdiyiniz qaba bərabər ölçüdə yayın, üzərinə yaş tənzif sərin və sulayın. Səmənini 1 gündən bir sulayın. Buğdalar cücərib qalxmağa başlayanda tənzifi götürün və yenə eyni üsulla su verin. Qeyd etdiyimiz kimi səməni pəncərinin qarşısında və ya günəş işıqlarının düşdüyü yerə olmalıdır. Əks halda cücərməz. Əgər səməni eyni boyda uzanmırsa, o zaman az olan hissəni günəş şüalarına doğru çevirin. Çünki daha tez uzanan hissə günəş şüalarından çox pay alır. Səməniyə düzgün qulluq edildiyi zaman bayram günündə onun uzunluğu 8-12 sm ola biləri
.edək ki, səməninin cücərməsi, onu qoyan insanın əlinin düşərliliyindən çox asılıdır. Bəzi insanlar var ki, onlar səməni qoyduqları zaman hər cür qulluq etsələr də alınmır. Bəzi insanların əlində isə bu daha yaxşı alınır. İnanclara görə, səməni qoymaq üçün də pak olmaq, qüsl almaq lazımdır. Çünki səməni buğdadan hazırlandığı üçün müqəddəs hesab edilir.
Nənələrimiz Novruz ərəfəsində səməni halvası da hazırlayardı. İnanca görə, səməni Novruz süfrəsində mütləq səməni halvası olmalı imiş. Səməni halvasını hazırlamaq isə, o qədər də asan iş deyil. Bunun üçün bir neçə kiloqram təmiz buğda götürülür, yuyulur. Bir gün saxlanılıb, yenidən yuyulur. Buğdalar yumşalmağa və şişməyə başladığı zaman yaş bir torbaya tökülüb hər gün su vurulur və cücərməsinə baxılır. Buğdalar bir qədər cücərən kimi götürülür və əvvəllər taxtı üzərinə döyülürmüş, indi isə onu ət çəkən maşından da çəkmək olar. Daha sonra çəkilən buğda süzülür və səməni halvası bu suda yoğrulur. Əvvəllər səməni halvası iri mis tavalarda qovrulurmuş. Bu müddət 4, bəzən isə 6 saat çəkərmiş. Bundan sonra qovrulan və aramsız qarışdırıldığından qəhvəyi rəngə çalır. Bu zaman halvanın şərbəti də əlavə edilir. Səməni halvası hazırlanan zaman onun fərqli olması üçün qoz, fındıq ləpəsi müxtəlif ədviyyatlar, darçın, hil, mixək, zəncəfil, istiot və s. vurulur. Daha sonra əllə müxtəlif formalara salınaraq, soyumağa qoyulur.
İndi bu adət-ənənələrin çoxu unudulub. Hər şey hazır satıldığı üçün insanlar özlərini əziyyətə salıb, nə səməni cücərdirlər, nə səməni halvası bişirirlər. Ən yaxşısı isə öz əlinin məhsuludur. Biz də bu yazıda səməni və səməni halvası haqqında məlumat verib hazırlanma qaydasını sizə çatdırdıq.
Çərşənbəniz mübarək olsun, bayramınız xoş gəlsin.
İlahin, Bizimyol.info

Səməni sözü mənşəyinə görə Sem/Som kökündən törəmişdir. Doluluq, saflıq bildirir. Monqol dilində isə söz semen şəklindədir. Monqolcada sem gizlilik, sirr mənaları daşıyır. Som/Soma sözü türk dilində özündə qürur, şərəf və iz, işarə kimi mənaları da ehtiva edir.


Qədim Azərbaycanda "həyat və əbədiyyət çiçəyi” hesab edilmiş səm (səmən) çiçəyi təbiətin başlandığını göstərdiyinə və bir sıra təbii-müalicə xüsusiyyətlərinə görə müqəddəs hesab edilmişdir.Qədim azərbaycanlı səmi, yazın başlanması, təbiətin "dirilməsi” simvolu olmaq mənasında "həyat və əbədiyyət” çiçəyi adlandırmış, onun özünün, çubuqlarının, şirəsinin və ondan hazırlanmış xüsusi "xörəyin” ömür uzatmaq qabiliyyətinə malik olduğuna etiqad etmişdir.Bu çiçəyin, doğrudan da, insan ömrünü uzatmaq qabiliyyətinə malik olması barədəki etiqad nəğmənin bu misralarında yaşamaqdadır:


Səməni, saxla məni,

İldə göyərdərəm səni”.


İndi süfrəmizə bəzək kimi qoyulan səməni bütün dünyada həyat və sağlamlıq rəmzi kimi məşhurdur. Səməni həm də nəsilartırma, müqəddəslik rəmzidir. Səməni həlimi, suyu, müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.


Başım, dişim ağrımasın, 

Ağrılarım yarımasın, 

Düşmənlərim qarımasın. 

Cancığazım üzülməsin, 

Gözlərimə süzülməsin. 

Səməni, ay səməni 

Göyərdərəm mən səni. 

Səməni, can səməni, 

Gözlərimə işıq ver, 

İşıq ver, yaraşıq ver. 

Dizimə taqət gəlsin, 

Qoluma qüvvət gəlsin.

Yazda könül şad olur, 

Damağımda dad olur, 

Qada, illət yad olur, 

Səməni, ay səməni 

Göyərdərəm mən səni.


Novruz bayramı süfrəsinə qoymaq üçün əsasən "Səməni”, yaxud "Suman” halvası bişirilir...


Keçmişdə səməninin istər əzilib şirəsinin çıxarılmasında, istərsə də bişirilməsində bütün el iştirak edirdi. Buna qatılan un da bir evdən deyil, iştirak edən bütün evlərdən yığılır. Səməninin içərisinə sındırılmış badam, bu mümkün olmadığı təqdirdə isə, sındırılmış fındıq salırlar. Hər evə verilən paya bundan da mütləq bir dənə salınmalıdır. Lakin bir adət olaraq bunu yeməzlər, gələn il səməni vaxtına qədər saxlayarlar. Xalq buna xeyir-bərəkət gətirən bir amil kimi baxır.


Artıq qatılaşmağa üz qoyan səməni qaynamağa başlayanda dənəciklər atır ki, buna səməninin fındıq atması deyirlər. Bu zaman səməni bişirən qoca qarı ona fındıq, yaxud badam salır. Mərasim də bu zaman başlanır. Qadınlar dəstə ilə səməni qazanının başına dolanıb yallı gedib və səs-səs verib oxuyurlar:


Səməni, saxla məni,

İldə göyərdərəm səni. 

Səməniyə saldım badam, 

Qoymurlar bir barmaq dadam 

Səməni bezanə gəlmişəm,

Uzana-uzana gəlmişəm.


Səməniyə həsr olunmuş Azərbaycanın milli rəqsi də mövcuddur. Səməni ən qədim rəqslərdən biridir, daha doğrusu, rəqsdən daha çox baharın gəlməsinə həsr edilmiş ənənəvi şənlikdir. "Səməni"ni yalnız qadınlar və qızlar oynayırlar. Söz mətni ilə muşayiət olunur. "Səməni" rəqsi Azərbaycanın hər yerində oynanılır.



Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to fikret

0 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.