Ətir

EPQ2...fs1t
15 Feb 2024
28

Ətirlərin tarixi, insan tarixi qədər qədimdir. Hələ qədim zamanlarda insanlar öz həyatlarını xoşqoxulu, ətirli yağlarsız təsəvvür etməyiblər. 


Ətirlər həm də müalicəvi əhəmiyyətlidir. Ətirlərin müalicəvi əhəmiyyəti haqqında ilk yazı Qədim Şumerdən bizə gəlib çatıb.


Qədim yunanlar ətriyyatlar haqqında öz bilgilərini qədim misirlilərdən götürüblər. Qədim ətriyyatın ikinci evi Yunanıstan olub. O zamanlar ətir və ətirli yağlar hər bir yunanıstanlının həyatının ayrılmaz bir hissəsi olub. Heç bir tədbir ətirsiz ötüşməzdi. Bayramları, toy mərasimlərini, dini mərasimləri, habelə, yaz mərasimlərini də ətirsiz təsəvvür eləmək mümkün deyildi. Yunanlar çimdikdən sonra bədənlərinə ətirli bitki yağları sürtərdilər ki, bu da bir növ müalicə məqsədi daşıyırdı.

Təxminən VI əsrdən başlayaraq ətirlər üçün xüsusi qablar hazırlamağa başlandı. Həmin qablar müxtəlif formalarda, müxtəlif ölçülərdə olurdu. Ətir mədəniyyətinin yaranma tarixini araşdırmaq üçün eramızdan 3.000 il əvvələ qədim Misirə baş vurmaq lazımdır. Burada istər dini, istərsə də mədəni tədbirlərdə müxtəlif cür ətirlərdən yetərincə istifadə edilirdi. Hər səhər misirli rahiblər iman gətirdikləri büstlərin üzünü ətirli yağlarla silərdilər. Bu büstlərin şəninə dualar oxuyar, ətirli çubuqlar tüstülədərdilər.


Məşhur tarixi şəxsiyyətlərin hər biri özünəməxsus tərzdə ətirlərə münasibət göstərirdilər. Məsələn, müdrik Sokrat ətirlər haqda heç də müsbət fikirdə olmayıb. Makedoniyalı İsgəndər isə ilk öncə ətirlərə biganə yanaşıb, Şərqə səfəri zamanı ətirlərə münasibəti dəyişib və hətta o, özünə ətirlərdən ibarət böyük bir kolleksiya düzəldib.


Ümumilikdə ətriyyatın vətəni – fironlar ölkəsi olan Misir hesab edilir. Qədim dövrlərdə Misir ətirləri Aralıq dənizi sahillərində yerləşən ölkələrdə çox məşhur olub.


Müasir ətirlərin ilk prototipi 1370-ci ildə "Macar suyu" adı ilə tanınıb. Bu ətir macar kraliçası Yelizaveta üçün ətirli yağların spirtlə qarışığından hazırlanıb.


İlk ətir markası olaraq 1911-ci ildə Paul Pairet tərəfindən yaradılmış 'Parfums da Rosine' dir. Qızının adıyla təqdim etdiyi bu ətir kolleksiyası xüsusi şüşə və paket dizaynı ilə təqdim olunub.

1800-cü illərin sonlarında vanil, bənövşə, gül, nərgiz kimi çiçək qoxularının sintetik təqlidləri edilməyə başlandı və 19-cu.yüz illiyə gəldiyində lavanta ən məşhur qoxu olmağı bacardı. O dövrdə qadınlar və kişilər eyni qoxunu sürməyə başladılar. 20-ci yüz illikdə isə ətirdə Şərqin misidisizmi və cadusu ağırlıq təşkil etdi, ətir şüşələri də ən az qoxular qədər əhəmiyyət qazanmağa başladı. Ətir latınca qoxulu tüstü mənasını verən “perfumum” sözündən gəlir. Tarixi isə olduqca köhnədir: günümüzdən təxminən 5000 il əvvəl, misirlilər günəş tanrıları Ra üçün günəşin doğuşundan batışına qədər qoxulu otlar yandırardılar. Onun külləri isə qoxulu yağlar istifadə edərək mumiyaların məzarlarına ətir şüşələri və qoxulu kremlər qoyardılar. Necə ki, edilən qazıntılarda misir fironu Tutanhamonun məzarından ətir şüşələri və krem vazaları çıxarıldı. Misirlilər gündəlik həyatlarında isə qoxulu yağlardan istifadə edərdilər. Bunlar içində ən çox seçdikləri “kyphi” adını verdikləri qoxulu bir yağdır. Kyphi bal, şərab, düyü, mersin çiçəyi, zəfəran,özlərindən ibarət olan bir qarışıq idi. Müasir xüsusiyyətlərə sahib və bilinən ilk ətir 14-cü. əsrdə 1370-ci ildə istifadə olundu 16-cı əsrdə şüşə sənətinin irəliləməsiylə birlikdə ətirin inkişaf müddəti də sürətləndi. O illərdə ətirin ən çox çıxarılıb istehlak edildiyi ölkə Fransa idi, lakin ətirin bədənə sürtülməsinin xəstəliklərə səbəb olacağı düşünüldü, ətir yalnız murdar qoxuları örtmək üçün istifadə edildi. Bu səbəblə geyimlər, əlcəklər, dəsmallar ətirlənirdi. 17 və 18-ci əsrlərdə ətir sənayesi olduqca inkişaf etdi. Xüsusilə Fransanın Grasse bölgəsi ətir sənayesinin ürəyi, mərkəzi halına gəldi. 20-ci əsrdə ətirlər möhtəşəm şüşələriylə bir sənət əsəri halını aldı. Ətirlər bədən qoxularını örtmək üçün deyil, şəxsiyyətlərin vurğulamaq üçün istifadə edilməyə başlandı.


Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to murad

2 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.