Həsən bəy Zərdabi

8quM...2m9N
21 Feb 2024
37

Zərdabi. Əhalinin oxu-yazı bacarmadığı bir vaxt varlığını təhsilin və elmin təşviqinə, maarifə həsr etmiş, sui-qəsd cəhdlərinə, dəfələrlə işdən çıxarılmasına, təhqir və təhdidlərə baxmayaraq, öz xəyallarından imtina etməyən Həsən bəy Zərdabi.Həsən bəy 1837-ci ildə Göyçay Qəzasının Zərdab kəndində doğulub. Atası Səlim bəy və babası Rəhim bəy Məlikovlar tərəfindən böyüdülüb. İlk təhsilini doğulduğu kənddə mədrəsədə aldıqdan sonra, Şamaxı və Tiflisdə təhsilini məktəbdə davam etdirir. Məktəbi bitirdikdən sonra təqaüdlə Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təbiət elmləri üzrə təhsil alır. Akademik göstəriciləri universitetdə qalmaq imkanı versə də, Həsən bəy digər həmyerlilərindən fərqli olaraq Qafqaza qayıtmaq qərarı verir.


Məzun olduqdan sonra Tiflisdə, Bakıda və Qubada işləməyə çalışır. Amma heç bir yerdə uzun müddət qala bilmir. Getdiyi hər bölgənin nüfuzlu adamları ilə mübahisələrinə və kəndlilərin tərəfini tutduğuna görə təhdidlərə məruz qalır. Dörd il ixtisasına aid olmayan sahələrdə çalışdıqdan sonra Zərdabi nəhayət ki, istədiyi bir işə qəbul olunur və Bakıda təbiət tarixi müəllimliyinə başlayır.
Həsən bəy Qafqazın on gimnaziyasında çalışan müəllimlər arasında ali təhsilli yeganə azərbaycanlı idi. Azərbaycanlı şagirdlərin də sayı çox az idi. Bu, Zərdabini maarifçiliyə sövq edir. 1872-ci ildə yaratdığı Xeyriyyə Cəmiyyəti ilə kəndləri və şəhərləri dolanaraq, azərbaycanlı uşaqların məktəbə getməsini təşviq edir. Bununla bərabər Zərdabi mədəni məsələlərdə fəal olur və 1873-cü ildə Azərbaycanda ilk peşəkar teatrın əsasını qoyur.


Maarifçilik və mədəni işləri Zərdabinin Azərbaycan dilində ilk qəzet olan “Əkinçi”-ni ərsəyə gətirməsi ilə nəticələnir. “Əkinçi” qəzetinin ən səciyyəvi xüsusiyyəti Azərbaycan əhalisinin çoxluğunu təşkil edən kəndlilərin dərdlərinə şərik olması və onların aydınlanmasına çağırması idi.
Qəzetin ilk səhifələri Zərdabinin öz məqalələri ilə başlayırdı. Digər səhifələrdə xəbərlərlə yanaşı, həm kənd təsərrüfatına aid məqalələr, həm də elmi-texnoloji yeniliklər haqda yazılırdı. Qəzetin özü çox çətinliklə fəaliyyət göstərirdi. Zərdabi hər ilin sonunu ziyanla başa vururdu.
Üzləşdiyi bütün çətinliklər baxmayaraq, Zərdabi çox ümidli idi. Bu onunla Mirzə Fətəli Axundov arasındakı yazışmalardan da aydın olur. . Axundov əhalinin oxumağı-yazmağı bacarmadığı bir vaxt qəzət çıxarmağın mənasız olduğunu, Prussiya və ABŞ-dakı kimi icbari təhsil sisteminə ehtiyac olduğunu deyirdi.


Zərdabi. Əhalinin oxu-yazı bacarmadığı bir vaxt varlığını təhsilin və elmin təşviqinə, maarifə həsr etmiş, sui-qəsd cəhdlərinə, dəfələrlə işdən çıxarılmasına, təhqir və təhdidlərə baxmayaraq, öz xəyallarından imtina etməyən Həsən bəy Zərdabi.
YouTube kanalımıza abunə ol
Həsən bəy 1837-ci ildə Göyçay Qəzasının Zərdab kəndində doğulub. Atası Səlim bəy və babası Rəhim bəy Məlikovlar tərəfindən böyüdülüb. İlk təhsilini doğulduğu kənddə mədrəsədə aldıqdan sonra, Şamaxı və Tiflisdə təhsilini məktəbdə davam etdirir. Məktəbi bitirdikdən sonra təqaüdlə Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təbiət elmləri üzrə təhsil alır. Akademik göstəriciləri universitetdə qalmaq imkanı versə də, Həsən bəy digər həmyerlilərindən fərqli olaraq Qafqaza qayıtmaq qərarı verir.
Məzun olduqdan sonra Tiflisdə, Bakıda və Qubada işləməyə çalışır. Amma heç bir yerdə uzun müddət qala bilmir. Getdiyi hər bölgənin nüfuzlu adamları ilə mübahisələrinə və kəndlilərin tərəfini tutduğuna görə təhdidlərə məruz qalır. Dörd il ixtisasına aid olmayan sahələrdə çalışdıqdan sonra Zərdabi nəhayət ki, istədiyi bir işə qəbul olunur və Bakıda təbiət tarixi müəllimliyinə başlayır.
Həsən bəy Qafqazın on gimnaziyasında çalışan müəllimlər arasında ali təhsilli yeganə azərbaycanlı idi. Azərbaycanlı şagirdlərin də sayı çox az idi. Bu, Zərdabini maarifçiliyə sövq edir. 1872-ci ildə yaratdığı Xeyriyyə Cəmiyyəti ilə kəndləri və şəhərləri dolanaraq, azərbaycanlı uşaqların məktəbə getməsini təşviq edir. Bununla bərabər Zərdabi mədəni məsələlərdə fəal olur və 1873-cü ildə Azərbaycanda ilk peşəkar teatrın əsasını qoyur.
Maarifçilik və mədəni işləri Zərdabinin Azərbaycan dilində ilk qəzet olan “Əkinçi”-ni ərsəyə gətirməsi ilə nəticələnir. “Əkinçi” qəzetinin ən səciyyəvi xüsusiyyəti Azərbaycan əhalisinin çoxluğunu təşkil edən kəndlilərin dərdlərinə şərik olması və onların aydınlanmasına çağırması idi.
Qəzetin ilk səhifələri Zərdabinin öz məqalələri ilə başlayırdı. Digər səhifələrdə xəbərlərlə yanaşı, həm kənd təsərrüfatına aid məqalələr, həm də elmi-texnoloji yeniliklər haqda yazılırdı. Qəzetin özü çox çətinliklə fəaliyyət göstərirdi. Zərdabi hər ilin sonunu ziyanla başa vururdu.
Üzləşdiyi bütün çətinliklər baxmayaraq, Zərdabi çox ümidli idi. Bu onunla Mirzə Fətəli Axundov arasındakı yazışmalardan da aydın olur. . Axundov əhalinin oxumağı-yazmağı bacarmadığı bir vaxt qəzət çıxarmağın mənasız olduğunu, Prussiya və ABŞ-dakı kimi icbari təhsil sisteminə ehtiyac olduğunu deyirdi.
Axundov: Qəzet üçün hələ tezdir. Öz adını yazmağı bacarmayan camaatı qəzet oxumağa səsləmək əfəllikdir.
Zərdabi: Dostum, düz deyirsən, mən xəyalpərəstəm. Amma biz etməsək, bəs kim edəcək?
Lakin gördüyü işlərə görə Həsən bəy nəinki mükafatlandırılmır, əksinə daha çox əziyyət çəkməli olurdu. Mollaların təhdidləri, donoslar, işdən çıxarılma hədələri, gözdən salınması üçün ateist və Osmanlı agenti adlandırılması… O, müəllimlikdən çıxarılır, bakılı müsəlmanlar isə ona iş verməkdən imtina edirlər. Bütün xidmətlərinin qarşılığında ona bu cür “çox sağ ol” deyirlər. Ruhdan düşən Həsən bəy kəndi Zərdaba qayıdır.
İllər keçdikdən sonra o, yenidən publisistikaya geri dönür. “Kaspi”, “Kəşkül”, “Ziya”, “Həyat” qəzetlərində yazıları dərc edilir. Ömrünün sonlarında isə Tağıyevin Bakı Qızlar Məktəbinə və Bakı Şəhər Dumasının maarif şöbəsinə gətirilir.
Həsən bəy Zərdabi 1907-ci ildə iflic olaraq dünyasını dəyişir.


Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to eserifov

0 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.