Atlar haqqında

52Qi...qwS9
10 Feb 2024
37



Atlarla insanlar arasında qədim bir əlaqə var. Asiya köçəriləri, ehtimal ki, ilk atları təxminən 4000 il əvvəl əhliləşdiriblər və heyvanlar mühərrikin meydana çıxmasına qədər bir çox insan cəmiyyətləri üçün vacib olaraq qalıb. Atlar hələ də bir çox mədəniyyətlərdə şərəfli yer tutur və çox vaxt müharibədəki qəhrəmanlıqlarla əlaqələndirilir.

Yerli atların yalnız bir növü var, ancaq vaqon çəkməkdən tutmuş yarışa qədər hər şeydə ixtisaslaşan 400-ə yaxın müxtəlif cins var. Bütün atlar otlayandır.
Atların əksəriyyəti ev heyvanı olsa da, digərləri vəhşi olaraq qalır. Vəhşi atlar nəsillər boyu sərbəst qaçan bir dəfə əhliləşdirilmiş heyvanların nəslindəndir. Belə atların qruplarına dünyanın bir çox yerlərində rast gəlmək olar. Məsələn, azad gəzən Şimali Amerika mustanqları 400 ildən çox əvvəl avropalıların gətirdiyi atların nəsilləridir.

Vəhşi atlar, ümumiyyətlə, 3-20 heyvandan ibarət qruplarda toplanır. Malar (dişi) və gənc taylardan ibarət qrupa ayğır (yetkin erkək) başçılıq edir. Gənc erkəklər təxminən iki yaşında sıpaya çevrildikdə ayğır onları qovur. Daha sonra sıpalar öz dişi dəstələrini toplayana qədər digər gənc kişilərlə birlikdə gəzirlər.

Prjevalski atı yeganə əsl vəhşi atdır ki, onun əcdadları heç vaxt əhliləşdirilməyib. Qəribədir ki, bu dolğun, möhkəm heyvan bu gün yalnız əsirlikdə mövcuddur. Sonuncu vəhşi Prjevalski atı 1968-ci ildə Monqolustanda görülüb.


Azərbaycan atları — dağlıq ərazidə yaşamağa uyğunlaşmış at növü [1] Azərbaycan atları minik atları olub, qədim zamanlardan Azərbaycanın müxtəlif – QarabağdaQubadaBakıdaQazaxda və digər bölgələrində yetişdirilirdilər.

şəkli poçt markası üzərində
Azərbaycan xalqının milli qəhrəmanı Koroğlunun Qıratı azadlıq və haqq-ədalət uğrunda vuruşan bir millətin yüksək bədiiliklə səciyyələndirilən rəmzidir. Yəqin ki, "At igidin dostudur" xalq məsəli də döyüş meydanlarında yaranmışdır. Bədii ədəbiyyatda, folklorumuzda Azərbaycan atlarının təsvirinə tez-tez rast gəlirik. Böyük Nizaminin "Xosrov və Şirin" poemasında Şirinin çox sevdiyi "Gülgün", Qaçaq Nəbinin, onun silahdaşı Həcər xanımın xilaskarı "Bozat" dillər əzbəri olmuşdur.
İnsanın ən sədaqətli dostu olan atlara dünyanın hər yerində heykəllər qoyulur. Bu da atlara olan insan məhəbbətidir. Bakıda H.Əliyev adına İdman Oyunları Sarayının qarşısındakı xiyabanda ucaldılan at heykəli – monumental kompleks də dəqqəti cəlb edir. (Heykəltəraş Georgi Caparidze, memar Elbəy Qasımzadə). Heykəl-kompleks, həm atda olan tükənməz gücü nümayiş etdirir; həm də yerin təkindən çıxan atəş Azərbaycan və gürcü xalqlarının əbədi qardaşlığının simvolu kimi təsvir olunmuşdur.

Atların bəşəriyyət üçün əhəmiyyətini çox qiymətləndirmək çətindir. Əsrlər boyu bu heyvanlar insanlara sədaqətlə xidmət etmişlər və bu gün də Yer kürəsinin bəzi yerlərində onlar hələ də yaşamaq üçün son dərəcə vacibdir. Təbii ki, texnologiyanın inkişafı ilə atların iqtisadiyyatda rolu azalıb, lakin bəzi ölkələrdə bu heyvanlardan hələ də təsərrüfatda geniş istifadə olunur.
Atlar haqqında maraqlı faktlar.
*Atlar insan səsindən onun emosiyasını anlaya bilir.
*Poni və adi atlar arasında fərq sadəcə boyların balacalığında deyil, eyni anda onlar daha ağıllı və tərsdirlər.
*Bir çox "mənasız at" qaydaları məlumdur. Məsələn, bəzi ABŞ ştatlarında subay qadınlara bazar günləri atla çapmağa qadağa qayulub, evli kişilərə isə xanımları olmadan ata minməyə icazə verilmir. İstisna ancaq onların evliliyinin bir ildən çox olduğunda edilir.
*"Hippopotam" sözünün mənası "çay atı" deməkdir, lakin onların həyat tərzləri və görünüşləri daha çox donuza bənzəyir.
*Atların mədə borusunun ətrafındakı əzələlər o qədər güclüdür ki, onlar partlayarlar, lakin ögümə refleksini yaşamazlar.
*Bəzi at tabunları var ki, orada sürünün başçısı madyanlar olur.
*Ana atlar öz balalarını əmizdirərkən ata atlar və ya başqa erkək atlar onları başqa heyvandan qoruyur.
*Atların musiqi zpövqləri fərqlidir. Onlar daha çox həzin və şən instrumental musiqiləri sevirlər. Rok janrlı bərk musiqilərdən hıyıcanlanırlar.
*Atların 2 yuxu fazası var: SWS (qısa yuxu) və REM ( gözlərini hərəkəti ).Onlara yatmaq üçün 4 saat kifayət edir və atlar ayaqüstə yatmağı özləri seçirlər, bununla oynaqlarına istirahət verirlər.
*Bir çox ədəbiyyatda atları gözəllik və seksuallıq rəmzi kimi adlandırırlar.
*İnduslar atları kosmosla əlaqləndirirdilər. Ağ atlar Vişnu-nun təcəssümü hesab edilirdi.
*İlahə Demetra başı at şəklində təsvir edilmişdi, yanındakı atlar isə onun övladlarə hesab edilirdi.
*Farslar öz atçıları ilə seçilirdilər və onların Şərqdəki idarəçiliyi ən çox bununla bağlı idi. Bu səbəbdən atlar Fars İmperiyasının status rəmzi hesab edilirdilər, və yalnız aristokratlara aid ola bilərdilər.
*Bütün dünyada 160-dan çox at npvü var, lakin təmizliyinə görə ən çox ərəb növünə üz tutulur.
*Atların güclü qoxu hissiyatı var, bu səbəbdən onlar qoxlamaqla insanın qəzəbli olmasını hiss edir, alkoqollu insanı daha tez tanıyır və qanın iyindən özü "dəlilik" halına gəlirlər.
*Başqa heyvanlarla müqayisədə atların gözləri daha iridir və bir-birindən asılı olmadan hərəkətlidir. Və onlar ətrafını rəngli şəkildə görə bilirlər.
*Bir çox atlar 25-30 il yaşayırlar. Qeyd edilir ki, ən uzun ömürlü at İngiltərədə 62 il yaşamış Qoca Billi adlı at olub. İnsan həyatı ilə müqayisə etdikdə Billi 174 il yaşamış olub.
*Atların dişləri çox güclü indikatordur. Onlarla atın yaşını və sağlamlığını öyrənmək olur.
*Atların əhilləşməsindən sonra bir çox ölkələrdə atları Allaha qurban kimi kəsməkdə istifadə edirdilər. Qafqaz əhalisi hal-hazırda da atlardan qurban verir.
*Avstraliyada heç vaxt arxeoloqlar atdan qalmış qalıqlar tapmayıblar. O materikə atlar XVIII əsrdə gətiriliblər.
mənbə: ann.

Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to fikret

0 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.