Qarabağ tarix yazdı

5sGH...Vtgt
23 Feb 2024
34

“Qarabağ”dan tarixi nəticə - Azərbaycan çempionu 1/8 finalda!

İdman
00:23
Oxunma sayı: 18940
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” Bakıda "Braqa"nı qəbul edəcək. Bu oyun Azərbaycan futbol tarixinə düşə bilər. Ağdam klubu mərhələ adlasa, ölkəmiz adına ilk olacaq. 
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
UEFA Avropa Liqası
22 fevral
Pley-off mərhələsinin cavab oyunu
21:45.“Qarabağ” (Azərbaycan) – “Braqa” (Portuqaliya) 
Baş hakim: Georgi Kabakov 
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 4:2
***
Komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
“Qarabağ”: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio
Ehtiyat oyunçular: L.Quqeşaşvili, A.Ramazanov, M.Medvedev, M.Silva, K.Medina H.Keyta, R.Cica, A.İsayev, A.Hüseynov, T.Bayramov, P. Andrade, N.Axundzadə, 
“Braqa”: 1. Mateus, 26. Kristian Borxa, 4. Siku Niakate, 15. Paulo Oliveyra, 2. Viktor Qomes, 16. Rodriqo Zalazar, 22. Pizzi, 28. Joao Moutinyo, 11. Rojer Fernandes, 9. Abel Ruis (k), 23. Simon Banza
Ehtiyat oyunçular: Tiaqo, Horniçek, Serdar, Xose, N'dour, Bruma, Mendes, Lopes, Cissumba, Yan Səid, Sumare, Vitor Karvalyo
***
Matç başladı.
***
İlk hissə qolsuz başa çatdı. Fasilə.
***
İkinci hissə başladı.
***
56-cı dəqiqədə “Qarabağ” azlıqda qalır. Elvin Cəfərquliyev ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılır.
***
“Braqa” 70-ci dəqiqədə hesabı açır. Fernander fərqlənir - 0:1.
***
Qonaqlar 82-ci dəqiqədə hesabı 0:2 edir.
Matçın 90 dəqiqəsi Portuqaliya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatdı. Ümumi hesab bərabərləşdiyindən hərəsi 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılacaq.
***
102-ci dəqiqədə M.Silva hesabı 1:2 edir.


***
115-ci dəqiqədə qonaqlar 3-cü qolu vurur. Ümumi hesab bərabərləşir - 5:5.
120+2. Qooooool! Nəriman Axundzadə! 2:3! Ümumi hesab 6:5
***
Bitdi! "Qarabağ" ümumi hesabda "Braqa"nı 6:5 hesabı ilə məğlub edərək növbəti mərhələyə adladı.



Qarabağ are in 1/8. Perfect, absolutely perfect result


Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to Turandrops

1 Comment

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.