Kriptovalyutada TOTAL1-2-3 nədir?

8wt9...ddBY
8 Jan 2024
36

Ümumi bazar kapitalizasiyası hazırda kriptovalyuta bazarında olan bütün aktivlərin ümumi dəyəridir. Ümumi bazar kapitalizasiyasının üç əsas qrafiki var:
Total 1 - bütün kriptovalyutaların ümumi kapitallaşmasını əks etdirir.
Total 2 - bütün altkoinlərin ümumi bazar kapitallaşmasını əks etdirir. Bitcoin istisna olmaqla.

Total 3 - Ethereum istisna olmaqla, bütün altkoinlərin ümumi kapitallaşmasını əks etdirir

Kriptovalyuta sektoruna sərmayə qoymaq istəyən insanlar həmişə bu qrafikləri izləməlidir. Çünki bazarda yaranan likvidlik bu 3 diapazona bölünür. Pul bölgüsü də bu formada başlayır. Əvvəlcə pul TOTAL1-ə, sonra TOTAL2-ə və sonda TOTAL3-ə daxil olur. Ötən ayları müşahidə etsəniz görərsiniz ki, bu proses məhz bu ardıcıllıqla baş verib və buğa mövsümündə biz bu prosesin daha geniş versiyasını görəcəyik.
Ona görə də bazarda hər zaman mövcud likvidliyə baxmaq lazımdır. Çünki bu, birbaşa investisiyalarınıza təsir edir. Sözsüz ki, əksəriyyət daha çox qazanmaq üçün altkoinlərə investisiya edir. Ancaq qeyd etmək lazımdır ki, Bitcoin-in dominantlığı artdıqda bu dominasiya altında altkoinlər əzilir. Digər bir variant isə Bitcoin-in qiymətinin kəskin düşməsi və btc dominasiyasının artmasıdır. Bu halda altkoinlər daha da ucuzlaşır.
Buna görə də hər gün bazarı izləmək və investisiya səbətlərini düzgün bölmək lazımdır.

  • Mətni Hazırladı : Kamran Rizvanov
  • Əkişdirdi : Sahib Bağırov




Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to Sahib

1 Comment

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.