Şirvanşahlar dövləti

GX68...pcWB
29 Jan 2024
58

Şirvanşahlar dövləti[6] (az-əbcəd شیروانشاهلار دؤولتی‎, fars. شروانشاهان‎, translit. Shīrwān Shāh) — 861–1538-ci illərdə Cənub-şərqi Qafqazda, əsasən indiki Azərbaycan Respublikası və qismən də indiki Dağıstan ərazisində, vaxtilə mövcud olmuş və sonradan azərbaycanlılaşmış dövlətdir.[7] Ərazisi şərqdə Dərbənddən Kür çayı mənsəbinə qədər Xəzər dənizi sahilərindən başlayaraq, Şirvan tarixi vilayəti ilə yanaşı, qərbdə bəzən Gəncə şəhərinə qədər uzanmış, ayrı-ayrı vaxtlarda Şəki və Qarabağı o cümlədən Beyləqanı da əhatə etmişdir. Paytaxtı Şamaxı, bəzən isə Bakı şəhəri olmuşdur.
Şirvanşahlar dövlətinin banisi Heysam ibn Xalid, son hökmdarı isə Şahrux ibn Fərrux Yasar hesab edilir. Şirvanşahlar dövlətinin varlığına Səfəvi hökmdarı I Təhmasibin Şirvana yürüşləri nəticəsində son qoyulmuşdur.
Şirvanşahlar dövləti təxminən 7 əsr mövcud olmuş və həmin müddət ərzində dövlətin banisi hesab edilən Heysəm ibn Xalidin nəslindən olan şahlar — Şirvanşahlar sülaləsi, bu dövləti idarə etmişdir. Bəzi tarixçilər Şirvanşahlar sülaləsinin hakimiyyət dövrünü 3 mərhələyə — MəzyədilərKəsranilər və Dərbəndilər dövrünə bölürlər və hesab edirlər ki, əgər Məzyədilər özlərinin ərəb mənşələrini qoruyub saxlaya bilmişdilərsə, Kəsranilər özlərini daha çox Sasani şahlarının nəslindən hesab etmiş və İran mədəniyyətinə[8][9] meyl göstərmişdilər. Dərbəndilər isə ənənəvi "Şirvanşah" titulu ilə yanaşı həm də "Xan" və "Xaqan" titulları da daşımış[10] və türk mədəniyyətinin təsiri altında olmuşdur.[11][12]
Şirvanşahların himayəsi altında Azərbaycan mədəniyyəti zənginləşdirilmiş, inkişaf etdirilmiş, Azərbaycan ədəbiyyatının Əbülüla GəncəviNizami GəncəviXaqani ŞirvaniNəimiNəsimiSeyid Yəhya Bakuvi kimi klassikləri yaşayıb yaratmışlar. Şirvanşahlardan dövrümüzə Şirvanşahlar sarayıBibiheybət məscidiBakı qalasıPirsaatçay xanəgahı kimi onlarla dəyərli tarixi-memarlıq abidəsi qalmışdır.Şirvanşah Əbu Tahir dövlətin ərazisini cənubda Kür çayına,şimalda Dərbəndə kimi genişləndirdi. 918 ci ildə qədim Şamaxını bərpa etdirərək paytaxtı bu şəhərə köçürdü


Tarixi coğrafiyası[redaktə | mənbəni redaktə et]

 Əsas məqalə: Şirvan (tarixi ərazi)
Antik müəlliflər Şirvanın adını çəkmirlər. Bu ad yalnız Sasanilər dövründən məlumdur. Şirvan, bir vilayət kimi VI əsrin I yarısında Şabran və Gilgil çayları arasında Sasanilər tərəfindən yaradılmışdı. Sasani hökmdarı I Xosrov şimal sərhədlərini qorumaq üçün sərhəd boyunda yerləşən ayrı-ayrı əyalətlərə qohumlarından hakimlər təyin etdi. Şah titulu verilmiş bu hakimlər arasında digərləri ilə yanaşı Şirvanşahların da adları sadalanır.[13] Bu vilayətlərin siyahısı, ehtimal ki, Albaniyanın Sasanilər vaxtında inzibati cəhətdən mərzbanlıqlara bölündüyü dövrdən qalmışdır. Ərəblərin dövrundə və sonralar həmin vilayətlər Şirvan dövlətinin tərkibinə daxil idi. Əl-Bəlazuri Şirvanşah adını Xosrov Ənuşirəvanın Şərqi Zaqafqaziyaya təyin etdiyi xırda padşahlar sırasında çəkir.[14] İbn Xordadbeh ilk Sasani şahənşahı Ərdəşirin (224–241-ci illər) vilayət hakimlərinə verdiyi şiriyanşah (şiranın bir variantı) titulunun adını çəkir.[15]
Şirvan ölkəsinin adı çəkilən ən qədim mənbə elə həmin "Erməni coğrafiyası"dır. Burada Şirvanın coğrafı mövqeyi verilmişdir:

"Qafqaz dağları iki silsiləyə bölünür: biri düz istiqamətdə Şirvan ölkəsinə və Xsrvana tərəf ta Xorsvemədək gedib çıxır[16] ikincisindən isə şimala Atil çayına doğru axan Zərm çayı başlanır. Bu silsilə sonra şimala doğru yönəlir… Əlgminon bataqlığına və dənizin içərilərinə qədər gedib çıxan və Əbzud Qubad adlanan uzun sədd onun davamıdır. Bu dənizin şimal tərəfində massagetlər yaşayır. Vardan düzündə Qafqaz sıra dağlarının gəlib çatdığı və Dəmirqapı Dərbənd divarının uzandığı Xəzər dənizinə qədər dənizin içində iri qala tikilmişdir. Şimal tərəfdə (Dərbənddən) dənizin yaxınlığında hun məmləkəti yerləşir…"[17]

Bu lokallaşdırmaya görə VII əsrin əvvəllərində Şirvan vilayətinin ərazisi Dərbənddən Qafqaz sıra dağları boyunca Xorsvemə, yəni Xursan qalasına, xurs tayfası ölkəsinin (indiki Xızı rayonu) sərhədlərinədək və ehtimal ki, Abşeron da daxil olmaqla Kür çayının mənsəibnədək uzanırdı. "Əlgminon bataqlığı və dənizə qədər" sözləri, görünür, Kür çayının geniş bataqlıq və qamışlıqla örtülmüş mənsəibnə və deltasına işarədir.[18]
Azərbaycanın Ərəb Xilafətinin tərkibində olduğu dövrdə (VIII–IX əsrlər) Şirvanın sərhədləri şimalda Qafqaz dağlarının cənub-şərq ətəkləri, cənub-qərbdə onu Arrandan və Muğandan ayıran Kür çayı, şimal-qərbdə Qanıx çayına kimi idi. XIV əsrin birinci yarısında (1340-cı il) Həmdullah Qəzvini yazırdı: "Şirvan ölkəsi Kür sahillərindən Dərbəndə (Bab əl-Əbvab) qədər uzanır."[19]

Əhalisi[redaktə | mənbəni redaktə et]

 Əsas məqalə: Şirvanşahlar dövlətinin əhalisi
Şirvan hələ qədimdən müxtəlif yerli və gəlmə tayfalarla məskunlaşmışdı. Bunu yazılı mənbələrlə yanaşı, arxeoloji və toponimik materiallar da sübut edir. V əsr müəllifı Favstos Buzand IV əsrin birinci yarısı ilə bağlı hadisələrdən danışarkən maskut hökmdarı Sanesanın "müxtəlif köçəri tayfalardan" ibarət qoşunu sırasında hunların, təvəsparların, xeçmatakların, ijmaxların, balasaçilərin və i.a. adını çəkir.[20] VII əsrin əvvəlinə aid anonim bir mənbədə Cənubi Dağıstanda, Şirvanda və Xəzər dənizinin qərb sahillərində məskunlaşmış tayfalar sadalanır. Mətndə adları çəkilən və ehtimal ki, bəziləri istisna olmaqla, ölkənin avtoxton əhalisi olan ləklər, hunlar, xəzərlər, zekenlər (tsekanlar), xenuklar (xenavilər), kaspilər, şərvanlar, xsranlar, təvəsparlar, xeçmataklar, ijmaxlar, bakanlar, pikonaklar (peçeneqlər), maskutlar.[21]
Orta əsr müəllifləri eramızın başlanğıcından Şirvana türkdilli hunlarsabirlər və xəzərlərin yürüşləri barədə məlumat verirlər. Köçərilərin basqınlarından qorumaq məqsədi ilə Sasani hökmdarları I Qubad və I Xosrov Ənuşirəvan Şirvana LahicanTəbəristanGilan və sair əyalətlərindən irandilli tayfa köçürmüşdü. Türkdilli tayfaların Şirvana axını VI əsrdə xüsusilə güclənmişdi. Həmin dövrdə Qafqazda ən qüdürətli tayfa birliyi Dağıstan ərazisində yaşayan sabirlərə məxsus idi. Onlar Şirvanı və Arranı tutub keçmiş məkanları olan DərbəndQəbələ zonasına yayılmışdılar. Təqribən I əsrdə orada yaşayan sabirlərin bir qismi yeli əhali ilə qaynayıb qarışaraq oturaq həyata keçmişdir. Şimali Qafqazda yaşayan türk tayfa ittifaqına qalib gələn I Xosrov Ənuşirəvan əsir alınmış 3 min hərbi başçını, o cümlədən ailələri ilə birlikdə 50 min nəfərdən ibarət türk döyüşçüsünü Arran və Şirvanda yerləşdirdi. Türkdilli tayfaların Şirvanda məskunlaşması prosesi intensiv olaraq davam etmişdir. VII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd əsir aldığı 40 min xəzəri Samur və Şabran arasındakı əraziyə köçürmüşdü.

Dil[redaktə | mənbəni redaktə et]

Şirvanşahlar dövlətində iki dənə rəsmi dillər var idi. Ərəb dili və Pəhləvi dili. Ərəb dili daha çox ilahiyyatda və elmi işlərdə istifadə olunurdu. Pəhləvi dili isə şəirlərdə, ədəbiyyatdə və xalq arası danışılırdı. Bügünkü Tat dili, Pəhləvi dilinin, Şirvan şivəsinin qalığıdır.

Xanədan[redaktə | mənbəni redaktə et]

Şirvanşahlar sülaləsi[redaktə | mənbəni redaktə et]

 Əsas məqalə: Şirvanşahlar
Arif Ərdəbili "Fərhad və Şirin" əsərini Şirvanşah Huşəngə təqdim edir.
Tədqiqatçılar Şirvanşahlar tarixini dörd dövrə bölürlər: ilk Şivanşahlar, Məzyədilər, elmi ədəbiyyatda Kəsranilər adlandırılan XI–XIV əsr Şirvanşahları və Dərbəndilər. İlk Şirvanşahların şah titulu daşımaları onları müəyyən dərəcədə müstəqil olmalarını göstərir. İlk Şirvanşahlar barədə məlumat yox dərəcəsindədir.
Ərəb işğalının əvvəllərində İlk Şivanşahlar hakimiyyətdə saxlanılmışdı. Lakin, ərəblər Zaqafqaziyada möhkəmləndikdən (VIII əsrin sonu) sonra Şirvanşahların hakimiyyəti ləğv olundu; Şirvanı ərəb hakimləri idarə etməyə başladı. XIX əsr ərəb tarixçisi Bəlazuri 797–798-ci illərdə Şirvan hakimi olmuş əş-Şəmax ibn Şücanın adını çəkir. 799-cu ildə Yəzid ibn Məzyəd əş-Şeybani Şirvan və Bab əl-Əbvabın hakimi təyin olundu.
Xəlifə Mütəvəkkilin (841–861) ölümündən sonra qarışıqlıqlardan istifadə edən Şirvan hakimi Heysəm İbn Xalid ibn Yəzid Şirvanşahlar titulunu qəbul edib müstəqil siyasət yürütməyə başladı. Beləliklə də Şirvanşahların Məzyədilər sülaləsinin əsası qoyuldu. Ərəb mənşəli Məzyədilər sonralar farslaşmışlar.
Yəzid ibn Əhməddən sonra ərəb adlarından qədim Sasani adlarına dönüş başlamışdır. Şirvanşah Yəzid ibn Əhmədin oğulları Ənuşirəvan, Mənuçöhr adlanırdı. Artıq X yüzilliyin birinci yarısında Məzyədi Şirvanşahlar Sasani mənşəli əsilzadə ailələri ilə qohumluq əlaqələrinə girir və həmin ailələrin qadın nümayəndələri köhnə ənənələri dirçəldirdilər. Əl-Məsudi h.332 (943) – ci ildə Şirvan şahı Məhəmməd ibn Yəzidin Sasani Bəhram Gurun nəslindən olduğunu göstərirdi.[22] Şirvanşahların Sasani Bəhram Gurun əsilzadə nəslindən olmalarını iddia etmələri faktı özü artıq erkən dövrlərdə yerli şahlardan biri ilə, ehtimal ki, Sasani mənşəli Şirvanşahlarla nikah bağlanması ilə izah edilir.[23]
Xilafətin tənəzzülü və Şirvanşahların hakimiyyətinin möhkəmlənməsi ilə bağlı "xanədan yenidən dirçəlməyə başladıqda ona öz nüfuzunu əsilzadə nəslinə mənsubluğu ilə hər vəchlə əsaslandırmaq lazım gəldi və onda Şirvanşahların Sasanilərlə qohumluğu barədə köhnə nəzəriyyə ortaya çıxdı, onların Şeyban tayfası ilə bağlılığı isə arxa plana çəkildi…"[24]
Kəsranilər sülaləsinin banisi Yəzid ibn Əhmədin oğlu Mənuçöhr ibn Yəziddir. Əslində ərəb mənşəli olan və Məzyədilər sülaləsinin davamı olan bu sülalədən olan hökmdarlar qədim fars hakimiyyət ənənələrinə meyl etdiklərindən və özlərini Sasani şahlarına bənzətməyə çalışdıqlarından tarixşünaslıqda ayrıca sülalə kimi götürülürlər.
Üçüncü (Minorski bir – biri ilə qohumluq telləri vasitəsiylə bağlı olan bu üç sülaləni eyni bir sülalə hesab edir.[25]) Şirvanşah sülaləsi – Məzyədilər və onun qolu olan Kəsranilər sülalələrinə qohum olan Dərbəndilər sülaləsi isə etnokonsolidasiya prosesi nəticəsində Azərbaycanın yerli əhalisi ilə qarışaraq öz ərəb simasını itirmiş və türkləşmişdir. Dərbəndilərin hakimiyyət başına gəlməsi ilə Şirvanşahlar ənənəvi "şah" titulu ilə yanaşı sırf türk xalqlarının əsilzadələrinə məxsus olan "xan" titulunu da daşımağa başlamışlar.

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycan tarixiEtimologiya  • Xronologiya  • EtnogenezƏn qədim dövr

[göstər]

Antik dövr

[göstər]

Orta əsrlər

[göstər]

Erkən müasir dövr

[göstər]

Müasir dövr

[göstər]

 Azərbaycan portalıbmr

Dövlətin əsasının qoyulması[redaktə | mənbəni redaktə et]

IX əsrin II yarısından Abbasilər xilafətinin zəifləməsi, habelə mərkəzi hakimiyyətə tabe olmamaq meyllərinin güclənməsi nəticəsində bəzi əyalətlər müstəqil hökmdarlıqlara çevrilərək Xilafətdən ayrıldılar. Həmin dövrdə Şirvanda feodal torpaq mülkiyyəti möhkəmləndi. Şirvanşahların ilk müsəlman sülaləsi olan Məzyədilər əvvəllər xilafətin Bərdədəki canişininə (əmirə) tabe idilər. Tam mülki və hərbi hakimiyyətə malik olan əmirlər yerli hakimlərin fəaliyyətinə, vergilərin (cizyə, xərac və s.) yığılmasına nəzarət edirdilər.
Şirvanşahlar dövlətinin əsasını Heysam ibn Xalid qoymuşdur. Heysam ərəb mənşəli Şeybanilər sülaləsinin bir qolu olan Məzyədilər sülaləsindən olmuşdur. Azərbaycan Ərəb Xilafətinin tərkibində olduğu dövrdə xəlifələr uzun müddət Azərbaycan hakimlərini bu sülalədən təyin edirdilər. Məzyədilər sülaləsinin banisi Yəzid ibn Məzyəddir. Ondan sonra oğlu Xalid ibn Yəzid və Məhəmməd ibn Xalid Azərbaycan hakimi olmuşdur.

İlk şahlanrın hakimiyyəti[redaktə | mənbəni redaktə et]

Mənbələrdə Heysəm haqqında məlumat çox cüzidir. Onun Sərirdə "kafirlərlə" vuruşduğu xəbər verilir. Heysəmin ölüm ili məlum deyil. Görünür, o, az müddət hakimiyyət sürmüşdür.[26]
"Tarix-i əl-Bab"a görə Məhəmməd ibn Xalid Gəncənin əsasını qoyan, yəni Arran şəhərlərindən birinin hakimi olmuşdur. Onun qardaşı Heysəm ibn Xalid həmin vaxt Şirvanın hakimi idi və müstəqillik qazanaraq, Şirvanşah titulu qəbul etmişdi. "Tarix-i əl- Bab"da sonra deyilir:

"…Heysəm ibn Xalid Şirvanda müstəqillik əldə edəndə onun qardaşı Yəzid ibn Xalid də Layzanda müstəqillik qazandı. Heysəm Şirvanşah, onun qardaşı Yəzid isə Layzanşah adlanırdı".[27]

Üç dəfə AzərbaycanArran və Ərməniyyə hakimi təyin olunmuş Məhəmməd ibn Xalidin ölümündən sonra onun qardaşı Heysem ibn Xalid Şirvanın hakimi oldu. H. 247-ci (861) ildə xəlifə Mütəvəkkil öldürüldükdən sonra Xilafətdə baş vermiş iğtişaşdan istifadə edən Heysəm özünü müstəqil elan etdi. O, tək hakimiyyətliliyə nail olaraq və Şirvanşah titulunu qəbul etdi.[28][29] Heysam ərəblərin təyin etdiyi Şirvanşahlarının hakimiyyətinə son qoymuşdur. Beləliklə, Heysəm ibn Xalid Şirvanın Şirvanşah titulu daşıyan ərəb mənşəli Məzyədilər sülaləsindən ilk Şirvan hökmdarıdır. V. F. Minorskinin qeyd edir ki, həmin vaxtdan etibarən "…Yəzidilər sülaləsinin tarixi öz xarakterini dəyişir: onun əvvəllər Bağdaddan əmir vəzifəsinə təyin edilən nümayəndələri indi öz iqta torpaqlarında irsi vassallara çevrilirlər…"[30]
Heysamdan sonra Məhəmməd ibn HeysamHeysam ibn Məhəmməd Şirvanşah olmuşdur. Şirvanşah Məhəmməd ibn Heysamın ölümündən sonra Şirvanşahlığa oğlu Əli ibn Heysəm ibn Məhəmməd gəlmişdi. Əli ibn Heysəm əl-Babın əmiri ilə birlikdə qonşu Şəndana, "kafirlər" üzərinə yürüş etmiş, Şəndanın qapıları qarşısında məğlub olmuşdur. Əli və əl-Babın əmiri 10 min müsəlmanla əsir düşmüşdü. Üç aydan sonra sərirlilər əsirləri Əli ibn Heysəmi və əl-Bab əmirini əvəzində heç nə almadan azad etdilər, şəndanlıların və xəzərlərin tutduqları əsirlər isə satıldı və onların yalnız çox az bir qismi xilas ola bildi.
İki şir və onların arasında bir öküz başının təsviri Şirvanşahlar dövlətinin gerbi olmuşdur. Təsvirdəki şirlər Şirvanşahlar dövlətinin güc və qüdrətinin, öküz başı isə ölkədəki bolluğun rəmzi idi.[31]

Rusların Azərbaycana birinci yürüşü[redaktə | mənbəni redaktə et]

Rusların Xəzər vasitəsiylə Bakıya və Dərbəndə yürüş xətti
Əli ibn Heysəmin hakimiyyəti dövründə əl-Məsudinin bəhs etdiyi başqa hadisə də olmuşdur. Xəzərlərlə yanaşı, Şirvana ruslar da dəfələrlə dənizdən basqınlar edirdilər. Şirvanşahlar və Dərbənd əmirləri bu basqınlara qarşı mübarizə aparırdılar. Ruslar təqribən 914-cü ildə Bakı sahillərinə hücum etmişdilər. İbn Misqəveyh qeyd edir ki, "Rus drujinaları buraya ilk dəfə gəlmirdilər. Onlar qədimdən şərqi Avropa ölkələri, Qafqaz və İran arasında qızğın ticarət gedən yaxşı bələd olduqları yolla irəliləyirdilər".[32][33]
Rusların bu səfəri haqqında əl-Məsudi də məlumat vermişdir. O göstərir ki, "h.300 (912–13)-cü ildən sonra rusların hərəsində 100 adam olan təqribən 500 gəmisi Don çayı ilə Xəzər kanalına qədər gəldi. Rusların gəmiləri kanalın ağzını qoruyan Xəzər gözətçi dəstələrinin durduğu yerə çatdıqda ruslar bu dənizin ətrafinda yaşayan xalqlardan zəbt etdikləri qənimətin yarısını xəzər xaqanına verməyi vəd edib, ondan bütün ölkəni keçərək Volqa çayına, sonra isə üzüaşağı üzüb çayın mənsəibnə və Xəzər dənizinə çıxmağa razılıq aldılar. Xaqan onların bu qanunsuz işi etməsinə icazə verdi və ruslar körfəzə girib, çayın (Donun) mənsəibnə yetişdilər və onun vasitəsilə üzüyuxarı üzməyə başladılar. Nəhayət, Xəzər çayına (Volqaya) çatdılar və bu çayla Atil şəhərinədək endilər, onun yanından ötərək, çayın Xəzər dənizinə töküldüyü yerdə mənsəbinə yetişdilər, oradan isə (Təbəristandakı) Amul şəhərinə doğru (üzdülər). Rusların gəmiləri dənizə səpələndi və Gilana, Deyləmə, Təbəristana, Curcan sahilindəki Abeskuna neft verən vilayətə (iləd ən-nəffətə — Abşeron) və Azərbaycan istiqamətində yerləşən (bütün torpaqlara) basqın etdilər… bu dənizin ətrafında yaşayan xalqlar özlərini itirdilər, çünki keçmişdə onların üzərinə dənizdən basqın edən düşmən görməmişdilər. Dənizdə yalnız ticarət və balıqçı gəmiləri üzərdi. Ruslar gilanlılarla, deyləmlilərlə və İbn Əbu əs-Sacın sərkərdələrindən biri ilə vuruşdular. Sonra onlar Şirvan şahlığının Bakuh adı ilə tanınmış neft verən sahilinə gəlib çıxdılar. (Sahilboyundan) qayıdarkən ruslar neftverən (vilayətdən) cəmi bir neçə mil aralı olan adalarda daldalandılar. O vaxtlar (təqr. 914-cü il) Şirvanım şahı Əli ibn əl-Heysəm idi. Əhali hazırlıq gördü, qayıqlarına (kəvarib) minib, həmin adalara qədər üzdü. Ruslar onların qarşısına çıxdılar. Minlərlə müsəlman öldürüldü və dənizdə boğuldu."[34][35]
Azərbaycanın cənubunun, ArranınBeyləqanınBərdə vilayətinin və başqa şəhərlərin, habelə onlarla birlikdə DeyləmGilan və Təbəristanın əhalisi qaçmağa üz qoymuşdular, çünki onlar dənizdən hücum gözləmirdilər və qəfil basqına məruz qalmışdılar. Ruslar bu dənizdə bir neçə ay qaldılar, belə ki, dənizlə qonşuluq edən heç bir xalq bir ölkədən başqasına gedib-gələb bilmirdi. Ruslar böyük qənimət əldə etdikdən sonra yenidən xəzər torpaqlarına qayıtdılar. Lakin burada onlar müsəlmanların hücumuna məruz qaldılar. Onların böyük hissəsi (30 000 yaxın) qırıldı və yalnız cüzi bir qismi (5 minə yaxm) xilas olub vətənə qayıda bildi.[36][37]

Sacilərdən vassal asılılığı[redaktə | mənbəni redaktə et]

Şirvanşahlar qısa bir müddət – 908–909-cu illərdə Cənubi Azərbaycanın ərazisində Sacoğulları sülaləsinin yaratdığı Sacilər dövlətindən vassal asılılığı vəziyyətində olmuşlar. Şirvan şahları Sacilərlə yaxşı münasibətləri qoruyub saxlamağa çalışırdılar. Belə ki, Şirvanşah Yəzid h.320 (932)-ci ildə Yusif ibn Əbu Sacın Azərbaycan əmiri Balduyədən qaçaraq, ondan sığınacaq istəyən qulamı Müflihi həbs edib Balduyəyə göndərmişdi. Deylemlilərlə sülh bağladıqdan sonra Şirvanşah onlarla birgə bizanslılara, gürcülərə və digər xristian xalqlara hücum etməyə razılıq vermişdi.

Salarilərdən vassal asılılığı[redaktə | mənbəni redaktə et]

Şirvanşah Əbu Tahir Yəzidin hakimiyyəti dövründə Azərbaycanda Sacilər sülaləsinin hakimiyyətinə son qoyuldu. Onları Deyləmli Salarilər sülaləsi əvəz etdi. Şirvanşahların Salarilərdən vassal asılığında olması haqqında mənbələrdə məlumat saxlanmışdır. İbn Havqəlin h.344 (955)-cü ildə Müsafir Mərzubana vergi verən məlikliklər haqqında məlumatı Şirvanşah Məhəmməd ibn Yəzidin hakimiyyəti dövrünə aiddir. İbn Havqəlin dediyinə görə, "Şirvanşahın (yəni, Şirvanın) şahı və hökmdarı Məhəmməd ibn Əhməd Əzdiyə" qoyulan təzminat bir milyon dirhəm idi.[38]

Dərbəndin birləşdirilməsi[redaktə | mənbəni redaktə et]

H.333 (944)-cü ildə Dərbənd əhalisi Əbdülməlik əl-Haşiminin oğlu əmir Əhməd əleyhinə üsyan qaldırdılar və onu şəhərdən qovdular. Onlar Şirvanşah Əbu Tahir Yəzidin yanına adamlar göndərərək, onu əl-Bab hakimliyinə dəvət etdilər. "Əbu Tahir Yəzid oğlu Əhmədi əl-Baba göndərdi və əhali ona öz əmiri kimi sədaqət andı içdi. Əhməd bir qədər orada qaldıqdan sonra əhali onu qovub, Əhməd əl-Haşimini hakimiyyətə qaytardı. Əbu Tahir Yəzid əl-Baibın ətrafına hücum çəkib, oraları qarət etdi".[39]
Sasanilərin hakimiyyəti dövründən ənənəvi olaraq Dərbəndi özünün irsi mülkiyyəti sayan Şirvanşahlar bu iddia ilə dəfələrlə hücum edib oranı tutmuşdular. Lakin həmin vaxt Dərbənddə artıq başqa sülalə — Ərəb Xilafəti tərəfindən təyin edilmiş, ərəb mənşəli Haşimilər hakimiyyətdə idi.
Xəlifələr, Sasanilər dövründə olduğu kimi, sərhəd məntəqəsi olan Dərbəndə böyük əhəmiyyət verərək, onu varlı Şirvan vilayətinə aramsız basqınlar edən xəzərlərdən, köçəri türklərdən və digər xalqlardan müdafiə məqsədi ilə möhkəmləndirirdilər. Onlar Dərbənddəki ərəb qarnizonunun saxlanmasına külli miqdarda vəsait sərf edir, bu xərcləri isə neft hasilatından böyük gəlir götürən Bakıdan və duz mədənlərindən çıxarırdılar. Şirvanşahlar neft quyularının və duz mədənlərinin mədaxilini toplamaq üçün xüsusi vergiyığanlar təyin etmişdilər.
Toplanan gəlir xəlifənin fərmanı ilə vəqf kimi Dərbəndin müdafiəçilərinə ənam verilmək üçün oraya göndərilirdi."Dərbəndnamə"nin verdiyi məlumata görə xəlifə Mütəmid h.276 (883/4)-cı ildə Məhəmməd ibn Əmmarəni həmin mədənlərin rəisi təyin etdi ki, o, toplanan bütün gəliri keçidləri qoruyan əsgərlərə paylamaq üçün Dərbəndə göndərsin.[40]
Əsərini h.332 (943)-ci ildə tamamlamış əl-Məsudi xəbər verir ki, bu vaxt Şirvanın hakimi h.318 (930)-ci ildə[41] aralarında toqquşma olmuş kürəkəni Əbd əl-Məlik ibn Haşimin ölümündən (h.327 (939)-ci il)[22] sonra Xursanı, Vardanı və Dərbəndi zəbt etmiş Məhəmməd ibn Yəzid idi. Məhəmməd ibn Yəzid bütün sadalanan əraziləri Şirvan və Layzanla birləşdirmişdi. Beləliklə, Məhəmməd ibn Yəzidin hakimiyyəti dövründə Dərbənd birdəfəlik Şirvanşahlar dövlətinin ərazisinə qatılmış, Haşimilər sülaləsinin hakimiyyətinə son qoyulmuşdu.
Kiyev knyazı Svyatoslavın 965-ci ildə Volqaya və Şimali Qafqaza səfəri barədə İbn Havqəlin h.358 (969)-ci ildə verdiyi məlumat da Əhməd ibn Məhəmmədin hakimiyyət vaxtına təsadüf edir. İbn Havqəlin sözlərindən görünür ki, ruslar, Səməndər də daxil olmaqla, bütün Xəzər torpaqlarını tutmuş və vaxtı ilə qüdrətli olan Xəzər dövləti ehtimal ki, bu sarsıntıdan sonra bir daha özünə gələ bilməmişdi. Xəzər xaqanlığından qaçanlar Abşeron və Manqışlaq yarımadalarında sığınacaq tapdılar. İbn Havqəlin dediyinə görə bəzi qaçqınlar Şirvanşah Məhəmməd ibn Əhməd əl-Əzdinin köməyilə Xəzər paytaxtlarına (İtil, Xəzəran) qayıtmağa başlamışdılar. Şirvanşah onlara öz qoşunu və adamları ilə yardım göstərmişdir.[42][43][44]

Şirvanşahların genişləndirmə siyasəti və daxili ixtilaflar[redaktə | mənbəni redaktə et]

Şirvanşah Əhmədin ölümündən sonra taxta onun oğlu Məhəmməd ibn Əhməd çıxdı. O, qonşu feodallara qarşı təcavüzkar siyasət yeridir və öz ərazisini bir sıra şəhərləri ilhaq etmək hesabına genişləndirməyə çalışırdı. H.371 (981/2)-ci ildə o, Qəbələ şəhərini onun əmiri Əbd ül- Bərr Ənbəsədən tutub aldı.
Təqribən h.372 (982)-ci ildə isə Bərdəni tabe edib Musa ibn Əlini özünün canişini təyin etdi. Şirvanşah Əhməd eyni zamanda öz şəhərlərini də möhkəmləndirirdi. Belə ki, h.373 (983)-cü ildə o, Şabranın, hərbi əməliyyatlar nəticəsində dağıdılmış hasarlarını bərpa etdirdi.
H.372 (982)-ci ildə babası II Məhəmməd ibn Yəzidin Layzana (V. F. Minorskiyə görə Lahıc) birləşdirdiyi Xursan və Şirvan məliklikləri artıq Şirvanşah Əhmədi taxtda əvəz etmiş Məhəmməd ibn Əhmədin mülklərinə daxil idi.[45]
Şirvanşah Məhəmməd ibn Əhmədin ölümündən sonra hakimiyyətə qardaşı Yəzid ibn Əhmədin hökmranlıq illəri onun öz dövlətinin ərazisini qoşunlarının hesabına genişləndirmək məqsədilə apardığı feodal ara müharibələri ilə əlamətdardır. H.382 (992)-ci ildə Qəbələ rustaqında şirvanlılarla şəkərlilər (şəkililər[46]) arasında şiddətli vuruşma baş vermişdi. Döyüşdə Şirvanşahın vəziri Müsəddin ibn Həbəşi öldürüldü, onunla birlikdə Şirvan qoşununun adlı-sanlı 400 süvari əsgəri həlak oldu.
H.389 (999)-cu ildə Şirvanşah Yəzid Qəbələnin hakimi, Gürzül qalasının sahibi Əbd ül-Bərr Ənbəsə ilə müharibə edərək, Gürzül qalasını onun əlindən aldı. Bundan sonra elə həmin il Şirvanşah Zirkiyyə (daha doğrusu, Rizkiyyə) mülkünə sahib olmaq üstündə Dərbənd hakimi Ləşkəri ibn Məymunla vuruşdu lakin uğur qazana bilmədi. Ləşkəri Şəbərana yürüş etdi. Lakin Şirvanlılar onlarla şəhərin qapıları qarşısında vuruşdular. Dərbənd qoşunu ağır məğlubiyyətə uğradı, döyüşdə Ləşkərinin qardaşı Əbu Nəsr ibn Məymun əsir alındı. Şirvanşah onu həbsxanaya saldırdı, barışıq bağlandıqdan sonra o, girov saxlandı. H.391 (1001)-ci ildə Ləşkərinin ölümündən sonra Dərbənd əhalisi Şirvanşah Yəziddən özlərinə əmir seçmək istədikləri Əbu Nəsrin azad olunmasını tələb etdilər. Lakin Yəzid qızını Əbu Nəsrə ərə vermək istəməsi bəhanəsilə bundan boyun qaçırdı və şərt qoydu ki, Əbu Nəsri o zaman buraxar ki, Dərbənd camaatı Dərbənd və Sull (Çul) qalalarının tikilməsinə (daha doğrusu, bərpa olunmasına) razılıq versinlər. Dərbəndlilər bu təklifi rədd etdilər və Yəzid heç bir günahı olmayan Əbu Nəsri edam etdi. Əbu Nəsr Şabran qalasının həbsxanasında saxlanırdı və Şirvanşah onu həmin şəhərin qapıları qarşısında dəfn etdirdi. Bu hadisə h.392 (1002)-ci ildə olmuşdur. Dərbənd əhalisi Əbu Nəsrin qardaşı Mənsuru əmir seçdi. Şirvanşah Dərbəndi tutmaq üçün müharibəni davam etdirdi. Döyüşlər gah bu, gah da digər tərəfin üstünlüyü ilə gedirdi. H.410 (1019)-cu ildə sərhəd vilayətinin (səqr), Dərbəndin əhalisi öz əmiri Mənsurun əleyhinə üsyan qaldırdı, onu şəhərdən qovub hakimiyyəti Şirvanşah Yəzid ibn Əhmədə təslim etdi.

BULB: The Future of Social Media in Web3

Learn more

Enjoy this blog? Subscribe to Vuqar85

1 Comment