Azərbaycanın ilk kriptovalyuta birjası

Ax9D...kmmr
28 Jan 2024
29

Azərbaycanın ilk kriptovalyuta birjası

Azərbaycanda 2017-ci ildən başlayaraq kriptovalyuta sektoruna maraq artmaqdadır. Buna baxmayaraq milli qanunvericlik aktlarının olmaması korporativ şirkətlərin və sadə vətəndaşların rəqəmsal aktivlərə investisiya etmək imkanlarını məhdudlaşdırıb. Bunda əlavə, bu sektor üzrə tənzimləmə mexanizminin olmamasından istifadə edən fırıldaqçı şirkətlər insanların maliyyə savadsızlıqlarından istifadə edərək kriptovalyutalar ilə qazanc əldə etmək adı altında müxtəlif tipli maliyyə piramidaları (instpower, ocos, crowd-1) sxemlərindən istifadə edərək investorların vəsaitlərini mənimsəyiblər. Hazırda kriptovalyuta bazarında qiymətlərin artım tendensiyası müşahidə edilir və bundan yararlanmaq istəyən vətəndaşlar kriptovalyuta almaq istəsə, bunu təhlükəsiz, minimum komissiya xərci və ən əsas da qanun çərçivəsində necə edəcəyini bilmirlər. Bunun üçün yerli kriptovalyuta birjasına ehtiyac var.

Azərbaycanda ilk kriptovalyuta birjası – azebirja.az

azebirja.az – Azərbaycanda ilk kriptavalyuta birjası platformasıdır. Azebirja.az AZE BİLİŞİM FİNANS MMC tərəfindən yaradılıb. AZE BİLİŞİM FİNANS 2022-ci ilin iyul ayında fəaliyyətə başlayıb və 2023-cü ilin noyabr ayında “virtual aktiv xidməti təminatçısı” fəaliyyət kodu üzrə qeydiyyatdan keçərək azebirja.az platformasını Azərbaycan istifadəçilərinə təqdim edib. AZE BİLİŞİM FİNANS MMC-nin əsas fəaliyyət istiqamətləri:

  • Azərbaycanda maliyyə savadlılığının artırılması, rəqəmsal aktivlər və innovativ texnologiyalar üzrə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi.
  • azebirja.az platforması ilə Azərbaycanda kiptovalyuta ticarətini daha da əlçatan etmək;
  • Rəqəmsal texnologiyalar üzrə müvafiq tədqiqat və araşdırmaların aparılması;
  • Token buraxılışı xidməti;
  • Kripto bankomat (ATM) şəbəkəsinin yaradılması;
  • İndividual kripto-təlim paketləri: nəzəri və praktiki biliklərin öyrədilməsi;
  • Təhsil müəssisələri, dövlət və özəl sektoru təmsil edən şirkətlər üçün təqdimat, seminar və workshopların keçirilməsi.

Azebirja.az-ın əsas missiyası Azərbaycanda rəqəmsal aktivlərlə ticarəti daha asan və təhlükəsiz etməkdir. Bundan əlavə, birja istifadəçiləri milli valyuta – manat ilə ticarət edə biləcək və bu zaman daha az komissiya xərci ödəyəcəklər. AZEbirja.az kiçik məbləğlərdə yatırım etmək istəyən vətəndaşlar və həvəskar investorlar üçün əla fürsətdir. Birja mövcud qanunvericilik çərçivəsində tam şəffaf fəaliyyət göstərir. Birjanın 7/24 fəaliyyət göstərən *7800 “Çağrı Mərkəzi” var. Birja ölkənin maliyyə tənzimləyici orqanları (Mərkəzi Bank, Dövlət Vergi Xidməti, Maliyyə Monitorinqi Xidməti) ilə mütəmadi görüşlər keçirir və verilən müvafiq tövsiyyələri nəzərə alaraq öz fəaliyyətini mövcud qanunvericilik prinsiplərinə əsasən aparır.

AZEbirjanın əsas üstünlükləri:

  • Azərbaycan dilində rahat istifadə edilə bilən platforma;
  • asan qeydiyyat və biometrik KYC (öz müştərini tanı) mexanizminin tətbiqi;
  • manat ilə yerli bank kartları vasitəsilə mədaxil və məxaric imkanı;
  • 170-dən çox rəqəmsal aktivlər üzrə ticarət;
  • məxaric və madxil üzrə ən minimal komissiya;
  • 7/24 operativ “Çağrı Mərkəzi” dəstəyi.

Birjada qeydiyyatmədaxil və məxaric qaydaları.

AZEbirjada qeydiyyat olduqca sadədir. E-mail ilə qeydiyyatdan keçdikdən sonra mobil nömrənizi təsdiqləyirsiz. Şəxsiyyətin təsdiq edən sənədi yüklədikdən sonra təhlükəsizliyin təmin olunması üçün birjada əlavə biometrik tanınma prosedurunu keçmək lazımdır. Platformada əməliyyatların aparılması qaydaları video ilə izah olunur. Birjaya minimal mədaxil məbləği 10 AZN-dir. Birjaya mədaxil ölkənin istənilən bank kartları, Mpay, eManat vasitəsilə mümkündür. Birja cüzdanına gündəlik mədaxil limiti 5.000 AZN təşkil edir. Birjadakı cüzdana manat ilə yanaşı rəqəmsal aktivlər (BTC, ETH, USDT və s) ilə mədaxil və ya məxaric etmək mümkündür. Bundan əlavə hesab üzrə mövcud rəqəmsal aktivlərinizi istənilən elektron cüzdana və ya digər birja hesabınıza göndərmək imkanı var. Gündəlik məxaric limiti: manat ilə 2.000 AZN, kriptovalyuta ilə 1.000 dollar təşkil edir. Birjaya mədaxil və məxaric limitləri ölkənin müvafiq qanunvericilik aktları nəzərə alınaraq müəyyən edilir.

AZEbirja sosial mediada

Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to Dargahlı Rafail

1 Comment

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.