Amerika Birləşmiş Ştatları

EPQ2...fs1t
25 Jan 2024
42

Paleohindilər ən azı 12 min il əvvəl Sibirdən Şimali Amerika materikinə köçmüşdürlər. Avropalıların kolonizasiyası XVI əsrdə başlamışdır. ABŞ şərq sahili boyunca qurulan On üç ingilis koloniyasından yarandı. Fransız-hindu müharibəsindən sonra Böyük Britaniya ilə koloniyalar arasında çoxsaylı mübahisələr 1775-ci ildə başlamış Amerika inqilabına və ardından 1776-cı ildə ABŞ istiqlal bəyannaməsi ilə nəticələndi. Müharibə ABŞ-nin Avropa hakimiyyətindən müstəqillik əldə edən ilk ölkə olması ilə 1783-cü ildə başa çatdıMövcud konstitusiya 1788-ci ildə qəbul edilmiş və bir çox fundamental vətəndaş azadlıqlarını təmin etmək üçün ümumilikdə hüquqlar haqqında Bill adlanan ilk on dəyişikliklə 1791-ci ildə ratifikasiya edilmişdir. ABŞ XIX əsrdə Şimali Amerikada güclü bir genişlənməyə başladı, yeni torpaqlar aldıyerli amerika qəbilələrini köçürdü və 1848-ci ildə qitəyə yayılanadək tədricən ştatları qəbul etdi. XIX əsrin ikinci yarısında ABŞ-də vətəndaş müharibəsi ölkədə hüquqi köləliyin sona çatmasına səbəb oldu. Əsrin sonunda ABŞ Sakit okeana qədər genişləndivə Sənaye inqilabı tərəfindən böyük ölçüdə yönləndirilən iqtisadiyyatı yüksəlməyə başladı.İspan-ABŞ müharibəsi və Birinci Dünya Müharibəsi ölkənin qlobal hərbi güc statusunu təsdiqlədi. ABŞ İkinci dünya müharibəsindən qlobal bir supergücnüvə silahı inkişaf etdirən ilk ölkəmüharibədə istifadə edən yeganə ölkə və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü olaraq çıxdı. Amin'de bele deyirdi Mülkiyyət hüquqları qanunvericiliyinin, xüsusən 1964-cü il Vətəndaş hüquqları aktı1965-ci il Səsvermə hüquqları aktı və 1968-ci il Ədalətli mənzil aktının qəbulu irqi və ya rəngə əsaslanan ayrı-seçkiliyi qadağan etmişdir. Soyuq müharibə zamanı ABŞ və Sovet İttifaqı 1969-cu ildə ABŞ-nin Aya enişi ilə pik nöqtəsinə çatan Kosmik yarışda mübarizə apardı. Soyuq müharibənin sona çatması və 1991-ci ildə Sovet İttifaqının dağılması ABŞ-ni dünyanın yeganə supergücü etdi.


O, federativ respublika və nümayəndəlik demokratiyasıdır. ABŞ Birləşmiş Millətlər TəşkilatınınDünya BankınınBeynəlxalq Valyuta FondununAmerika Dövlətləri Təşkilatının (ADT) və bir çox digər beynəlxalq təşkilatların təsisçi üzvüdür. Qlobal ÜDM-in təxminən dörddə birini təşkil edən nominal ÜDM üzrə dünyanın ən iri iqtisadiyyatı və AQP üzrə ikinci ən iri iqtisadiyyatına malik ABŞ yüksək inkişaf etmiş ölkədir.ABŞ iqtisadiyyatı xidmətlərin və biliyə əsaslanan fəaliyyətlərin dominantlığı ilə xarakterizə edilən geniş postsənaye iqtisadiyyatdır, buna baxmayraq istehsalat sektoru dünyada ən böyük ikincidir.ABŞ dünyada dəyərinə görə məhsulların ən böyük idxalçısı və ikinci ən böyük ixracatçısıdır. Əhalisi dünya cəminin yalnız 4,3%-i olmasına baxmayaraq ABŞ dünyada ümumi sərvətin 31%-ni təşkil edir, qlobal sərvətin ən böyük payı tək bir ölkədə cəmlənmişdir.
Geniş gəlir və sərvət bərabərsizliyinə baxmayaraq, ABŞ orta əmək haqqıinsan inkişafıadambaşına düşən ÜDM və işçi məhsuldarlığı da daxil olmaqla sosial-iqtisadi göstəricilərdə çox yüksək sırada qalmağa davam edir. Qlobal hərbi xərclərinin üçdə birini təşkil edən ABŞ dünyanın ən qabaqcıl hərbi qüvvəsidir və beynəlxalq səviyyədə aparıcı siyasimədəni və elmi gücdür.

1507-ci ildə alman kartoqraf Martin Valdzmyuller qərb yarımkürəsi torpaqlarını italiyalı səyyah və kartoqraf Ameriqo Vespuççinin (lat. Americus Vespucius) şərəfinə Amerika adlandırdığı dünya xəritəsi hazırladı. "Amerika Birləşmiş Ştatları" ifadəsinin ilk sənədli sübutu Vaşinqtonun adyutantı və Kontinental Ordunun şəxsi heyət generalı polkovnik-leytenant Cozef Ridə eskvayr Stiven Moylan tərəfindən yazılmış 2 yanvar 1776-cı il tarixli məktubdur. Moylan istiqlal müharibəsi səylərinə kömək istəmək məqsədilə "Amerika Birləşmiş Ştatlarından İspaniyaya tam və geniş səlahiyyətlər ilə" getmək istədiyini ifadə edirdi.Amerika Birləşmiş Ştatlarının" ifadəsinin ilk məlum nəşri Virciniya ştatının Vilyamsberq şəhərindəki The Virginia Gazette qəzetində 6 aprel 1776-cı ildə yazılmış anonim bir esse idi
Con Dikinson tərəfindən hazırlanan və 17 iyun 1776-cı ilə qədər tamamlanan Konfederasiya Maddələrinin ikinci layihəsi "Konfederasiyanın adı 'Amerika Birləşmiş Ştatları' olacağını" elan etdi.1777-ci ilin sonunda ratifikasiyası üçün ştatlara göndərilən Maddələrin yekun variantı "Konfederasiyanın müraciət forması 'Amerika Birləşmiş Ştatları' olacaq" cümləsini ehtiva edir.776-cı il iyun ayında Tomas Cefferson özünün hazırladığı istiqlal bəyannaməsinin "orijinal kobud layihəsinin" sərlövhəsində "AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI" ifadəsini böyük hərflərlə yazmışdı.Sənədin bu layihəsi 21 iyun 1776-cı ilə qədər üzə çıxmayıb və ifadəni Dikinsonun 17 iyun tarixli Konfederasiya Maddələri layihəsində istifadə etdikdən əvvəl və ya sonra yazıldığı naməlumdur.
Qısa formada "Birləşmiş Ştatlar" da standartdır. Digər ümumi formalar "B. Ş.", "ABŞ" və "Amerika"dır. Danışıq adları "A-nın B. Ş.-ı" və beynəlxalq səviyyədə "Ştatlar"dır. XVIII əsrin sonlarında şeir və mahnılarda məşhur olan "Kolumbiya" adı öz mənşəyini Xristofor Kolumbdan götürür; bu Kölumbiya ölkəsi daxil olmaqla "Kolumbiya dairəsi", Qərb yarımkürəsinin bir çox yeri və quruluşunun adında özünü büruzə verir.
"Birləşmiş Ştatlar" ifadəsi müstəqil ştatlar toplusunun təsviri olaraq orijinal formasında cəm halında idi, məsələn "Birləşmiş Ştatlardır" (ing. "the United States are") ifadəsini ehtiva edən ABŞ Konstitusiyasına on üçüncü dəyişiklik 1865-ci ildə ratifikasiya edilmişdi. Tək forması, məsələn "Birləşmiş Ştatlardır" (ing. "the United States is") Amerika Vətəndaş müharibəsi başa çatdıqdan sonra məşhur oldu. İndi tək halı standart formadır; cəm halı "bu Birləşmiş Ştatlar" (ing. "these United States") deyimində saxlanılır. Fərq istifadədən daha əhəmiyyətlidir; bu ştatların toplusu və bir vahid arasındakı fərqdir.
ABŞ vətəndaşı "Amerikalıdır". "Birləşmiş Ştatlar", "Amerika" və "B. Ş." ölkəyə sifət olaraq istinad edilir ("Amerika dəyərləri", "ABŞ qüvvələri"). İngilis dilində "Amerikan" sözü nadir hallarda Amerika Birləşmiş Ştatları ilə bir-başa bağlı olmayan mövzulara aiddir.


Ümumi olaraq qəbul olunmuşdur ki, Şimali Amerikanın ilk sakinləri Berinq torpaq körpüsü vasitəsilə Sibirdən köçmüş və ən azı 12 min il əvvəl gəlib çatmışdılar, baxmayaraq ki, artan sübutlar daha əvvəl gəlmələrini göstərir.Torpaq körpüsündən keçdikdən sonra ilk amerikalılar Sakit Okean sahili boyuncvə Kordilyer və Lavrentid buz örtükləri arasında daxili buzsuz dəhliz vasitəsilə cənuba hərəkət etdilər.Klovis mədəniyyəti e.ə. 11,000-də meydana çıxdı və bu, Amerikanın sonrakı yerli mədəniyyətlərinin əksəriyyətinin əcdadı hesab olunur Klovis mədəniyyətinin Amerikanın ilk insan məskənini təmsil etdiyinə inanılırdı.İllər keçdikcə 15.550 il bundan əvvələ aid alətlərin də daxil olduğu daha çox sübutlar "pre-Klovis" mədəniyyətləri ideyasını inkişaf etdirmişdi. Bu, ehtimal ki, Şimali Amerikaya immiqrasiyanın üç böyük dalğasının ilkini təmsil edir
Vaxt keçdikcə Şimali Amerikadakı yerli mədəniyyətlər getdikcə daha mürəkkəbləşdi, cənub-şərqdə mövcüd olmuş Kolumba qədərki dövr Missisipi mədəniyyəti kimi bəziləri qabaqcıl kənd təsərrüfatı, möhtəşəm memarlıq və dövlət səviyyəsində cəmiyyətlər inkişaf etdirdi Cənubda Missisipi mədəniyyəti eramızın 800–1600-cü illər arasında Meksika sərhədindən Floridaya qədər genişlənərək çiçəkləndi.Şəhər dövləti Kahokiya müasir ABŞ-nin ən böyük, ən mürəkkəb Kolumba qədərki dövr arxeoloji sahəsi sayılır.Dörd Künc bölgəsində isə Anasazilər mədəniyyəti əkinçilikdən daha çox asılılıq yaradan yüzilərlə davam edən kənd təsərrüfatı təcrübəsinin ən yüksək nöqtəsi kimi inkişaf etdi.ABŞ-də mövcud olan UNESCO-nun ümumdünya irsinin üçü Pueblosa aid edilir: Mesa-Verde Milli ParkıÇako Mədəniyyəti Milli Tarix Parkı və Taos-Pueblo. Həmçinin Luiziananın şimal-şərqindəki Poverti-Poynt mədəniyyətinə aid yerli amerikalılar tərəfindən inşa edilən torpaq işləri də UNESCO-nun ümumdünya irsinə daxil edilib. Böyük Göllər bölgəsinin cənubunda İrokezlər İttifaqı (Haudenosuni) XII və XV əsrlər arasında bir vaxtda yaradılmışdı
Havay adalarının ilk yaşayış məntəqələri tarixi müzakirə mövzusu olmağa davam edir.Arxeoloji dəlillər eramızın 124-cü ilində yaşayış məntəqəsinin mövcudluğunu göstərir.Müasir ABŞ ərazilərində Avropa müstəmləkəçiliyinin tərəqqisi ilə yerli amerikalılar tez-tez işğal edildi və didərgin düşdülər.Amerikanın yerli əhalisi avropalılar gəldikdən sonra və əsasən təbii çiçək və qızılca xəstəlikləri kimi müxtəlif səbəblərə görə azaldı.
Avropa ilə təmas zamanı Şimali Amerikanın orijinal əhalisinin sayını təxmin etmək çətin olsa da, XX əsrin əvvəllərində Ceyms Muni tərəfindən tarixi qeydlərdən istifadə edərək 1600-cü ildə Meksikanın şimalındakı yerli əhalinin sayını təxmin etmək üçün cəhd edildi.Daha sonrakı illərdə Smitsonian İnstitutundan Duqlas Yubleykr bu rəqəmləri yeniləyib.Yubleykr cənub Atlantik ştatlarında əhalinin sayını 92.916 və Körfəz ştatlarında əhalinin sayını 473.616 olduğunu təxmin etsə də, alimlərin əksəriyyəti rəqəmi çox aşağı hesab edir.Antropoloq Henri Dobins əhalinin çox daha yüksək, Meksika körfəzinin sahillərində 1.100.000, Florida və Massaçusets arasında yaşayan 2.211.000 adam, Mississipi vadisində və qollarında 5.250.000 və Florida yarımadasında 697.000 nəfər olduğuna inanırdı.
Avropalılar və yerli amerikalılar arasında ilk qarşılıqlı əlaqə skandinavlar tərəfindən edilmişdir. İndiyədək qalan bir sıra skandinav saqası Dənizkənarı əyalətlər və onun yerli əhalisi ilə əlaqəli məlumatlar verir. Skandinavlar Kolumbdan təxminən 500 il əvvəl Şimali Amerikada məskunlaşmağa cəhd etdilər.
Kolonizasiyanın ilk günlərində bir çox avropalı qida çatışmazlığına, xəstəliklərə və yerli amerikalıların hücumlarına məruz qalmışdılar. Yerli amerikalılar tez-tez qonşu tayfalarla müharibə etmiş və Avropalılarla onların koloniya müharibələrində müttəfiq olmuşdular. Ancaq eyni zamanda bir çox yerli və kolonist bir-birindən asılı hala gəldi. Kolonistlər qida və heyvan dərisi, yerlilər isə silah, sursat və digər Avropa malları üçün ticarət edirdi.Yerlilər bir çox kolonistə qarğıdalı, paxla və balqabağın harada, nə vaxt və necə becərilməli olduğunu öyrətdi. Avropalı misyonerlər və digərləri yerli amerikalıların "mədəniləşdirilməsinin" əhəmiyyətli olduğuna hiss edir və onları Avropa kənd təsərrüfatı metodlarına və həyat tərzinə uyğunlaşmağa çağırırdılar.


Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to murad

1 Comment

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.