Qızılgül

EPQ2...fs1t
20 Feb 2024
23

Qızılgülün kök sistemi milvaridir və torpağın 5 m dərinliyinə kimi işləyir. Çoxgövdəli olmaqla, budaqlıdır. 1,5–2 m hündürlükdə koldur, yaşıl və ya qırmızı-yaşıl tikanlı gövdəsi vardır. Yarpaqları gövdə üzərində növbə ilə yerləşir. İri kolunda 800–1000 ədəd çiçək əmələ gəlməklə, çiçəyində 60–120 ləçək olur. Ətraf mühitdən asılı olaraq, efiryağlı qızılgül 30–50 il ömür sürür. Bu dövrdə bitkinin budaqları tez-tez dəyişir. Qızılgüldə iki tip çoxillik budaqlar: əsas və ya anac və boyu tükənən budaqlar mövçuddur. Beş tip birillik zoğları (boy-verən, vaxtsız çıxan, yağlı, generativ və silleptik) vardır. Əsas və ya anac budaqlar 5–6 yaşda olub, üzərində güçlü inkişaf etmiş boy və generativ zoğları daşıyır.
1 kq qızılgül yağı almaq üçün əl ilə 4 ton qızılgül ləçəkləri toplamaq lazım gəlir. Qəribə deyil ki, onun bir kiloqramının qiyməti 5000 yevrodan bahadır. Dünyada qızılgül yağı istehsalının 70%-i Bolqarıstanın payına düşür.

İngiltərəABŞ və İranda milli gül sayılır. [mənbə göstərinQızılgül ləçəklərindən hazırlanmış dadlı mürəbbə Azərbaycanda çay süfrələrinin bəzəyidir. Yabanı qızılgülün bəzi sortlarına hətta Şimal Qütb Dairəsində təsadüf edilir. Mədəniləşdirilmiş qızılgülün yaşı təqribən 5000 ildir. Hazırda bu əsrarəngiz bitkinin 300-ə yaxın növü və 3000 sortu vardır. Qızılgül kolu artıq 1000 ildir ki, Hildeshaym şəhəri kilsəsinin yanında bitir. Onun hündürlüyü az qala kilsənin dam örtüyünə çatır. Si adlı çox maraqlı qızılgül sortunun qönçələrinin ölçüsü çəltik dənəsi boydadır. Bir çoxlarınız çay qızılgülü barədə eşitmisiniz. Onu rənginə görə deyil, təzə dəmlənmiş yüngül çay ətri gəldiyi üçün belə adlandırmışlar.
Bu məlumat isə sizi mütləq maraqlandıracaqdır. Yaponiya bioloqları rəngini dəyişən çox maraqlı qızılgül sortu yetişdirmişlər. Səhərlər ləçəkləri al qırmızı rəngə boyanan bu qızılgül axşama doğru rəngini dəyişərək ağappaq olur
Kəhrəba rəngli qızılgül

Dərinin yaşlanması genetik, ətraf-mühitin təsiri və digər faktorlardan çox asılıdır. Yaşlandıqca bədəndəki molekullar, hüceyrələr azalır və dəri əvvəlki keyfiyyətini itirir.
Ölkəmizdə də yetişən qızılgül bu baxımdan çox dəyərli bitkidir. Çiçəklərindən əldə edilən uçucu yağın faydası olduqca böyükdür. Yeni aparılan araşdırmalar nəticəsində gül ləçəklərinin bilmədiyimiz özəllikləri tapılıb. Kölgədə qurudulan qızılgül qırmızı ləçəkləri çay kimi dəmlənib içilir. Bu çayın tərkibində antioksidant olduğu üçün ömrü uzatdığı məlum olub. Həmçinin gül suyu dərini sıxlaşdırır. Makiyajı gül suyu ilə silərək onun elsatikliyini qoruya bilərsiniz .Gül çayı həm qoxusu, həm də dadı ilə əsəbləri sakitləşdirir. Gül çayını hazırlamaq üçün qızılgülün ləçəkləri lazımdır. İsti yaz və yay günlərində sərinləmək üçün təravətli qızılgül çayı yerinə düşür. Qurudulmuş bitki satılan mağazalardan qızılgül alın və hər səhər bir neçə ləçəyini qaynar suyun içinə atın. Gülün suyun dibinə qədər çökməsini gözləyin.
"Qız Ənliyi", Alba qızılgülü (1400-cü ildən əvvəl)
Qızılgül bəzi ölkələrdə qızılgül yağı almaq məqsədi ilə becərilir. Güldən alınan yağ ətriyyatda ən bahalı ətirlərə əlavə edilir. Bundan başqa qızılgül yağından təbabətdə də istifadə olunur.
"Parson's Pink China" və ya "Old Blush", "damazlıq Çin"lərdən biri

Azərbaycanda seleksiya və hibridləşmə üsulu ilə qızılgülün 9 yeni sortu əldə edilib. Uzunmüddətli tədqiqatlardan sonra həmin sortları yaratmağa nail olan Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsələ doktoru Asəf İsgəndərov bildirib ki, bu sahədə tədqiqatlar aparmağa 2006-cı ildən başlayıb və bu yaxınlarda yeni qızılgül sortlarının əldə edilməsi ilə bağlı müsbət nəticələrə nail olub. Xarici ölkələrin qızılgül sortlarının tozlandırılması nəticəsində əldə edilən yeni sortlar "Sənsiz" (Üzeyir Hacıbəyovun "Sənsiz" romansının adına verilib), "Nizami Gəncəvi", "Odlar Yurdu", "Şərqin səhəri", "Abşeron simfoniyası", "Qara gilə", "Köhnə Bakı" (qədim qızılgül sortlarına oxşayır), "Sarı köynək" və "Ulduzlu Xəzər" adlanır. Bu bitkilərin yarpaqları, ləçəkləri və tikanları onların çarpaz olunduğu güllərdən tamamilə fərqləni.

Qızılgüllər diyarı` doğma Zaqatalanın Aşağı Tala kəndində ümumi ərazisi 107 hektar olan "AzRose" emal zavodunun quruluş tarixi 2016-cı ilə təsadüf edir. Türkiyə və Bolqarıstan kimi gülçülük sahəsində ixtisaslaşmış ölkələrdən dəvət edilən mütəxəssislərin çalışmaları ilə tərkibində istehsalat bölməsi, anbar, ofis, 5 min kubmetrlik su tutumuna malik suni göl, gül plantasiyaları və digər infrastruktur obyektləri olan müəssisənin illik istehsal həcmi 1250 ton yaş gül, 250 litr qızıl gül və 6 min litr Lavanda gülü yağından ibarətdir. Gül yağı emalı üçün istifadə olunacaq avadanlıqlar dünyada bu sahədə öz sözünü demiş qabaqcıl Türkiyə və İsrail şirkətlərindən əldə edilmişdir. Emal müəssəsinin 82 hektarı Bolqarıstandan gətirilmiş, məhsuldarlığına və keyfiyyətinə görə ən yaxşısı hesab edilən "Dəməşq Qızılgülü", ərazinin qalan hissəsində isə yağlılıq dərəcəsi 20%-dən çox olan "Lavanda" gül növü plantasiyaları salınmışdır. Plantasiyalardan ilkin növbədə 600 ton gül ləçəyinin toplanması hədəflənir. Əldə olunacaq gül yağlarından istifadə etməklə müxtəlif ətriyyat, yuyucu, məişət və qida sənayesində istifadə olunan məhsulların istehsalı nəzərdə tutulur.Bir neçə gündən sonra Yaponiyanın çiçək dükanlarında yenilik olacaq. Belə ki, artıq noyabr ayından etibarən, dünyada ilk dəfə olaraq, təbii mavi rəngli qızılgül satışa çıxarılacaq. Yeni qızılgül növünün alınması üçün alimlərə təxminən 20 il vaxt lazım olub. Qızılgülün mavi rəngdə olması üçün alimlər bitkiyə alabəzək bənövşənin genini yerləşdiriblər. Yeni qızılgül növü "Alqışlar" adını alıb. Bitki artıq bioloji təhlükəsizlik sınağından uğurla keçib.

Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to murad

0 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.