Ronaldo

Ax9D...kmmr
16 Jan 2024
31

Kriştiano Ronaldo dos Santos Aveiro (port. Cristiano dos Santos Averio5 fevral 1985[1][2][…], Funşal[d]Portuqaliya) — Səudiyyə Ərəbistanının Əl Nəsr futbol klubunun oyunçusu və Portuqaliya yığmasının kapitanı olan portuqaliyalı futbolçu.
Ronaldonun "Mançester Yunayted" klubundan "Real Madrid"ə keçidi üçün 94 milyon€ (94 milyon avro) ödənilib. Bu da onu futbol tarixinin ən bahalı oyunçusuna çevirib. Real Madrid ilə bağladığı müqaviləyə əsasən ildə 12 milyon avro qazanan Ronaldo, dünyanın ən çox qazanan futbolçusu idi.[6] 2018-ci ildə İtaliyanın "Yuventus" klubuna keçib. 2021-ci ildə Mançester Yunayted klubuna geri dönüş edib. Kriştiano Ronaldo futbol karyerasında 855 qol vurub. Tarixin ən yaxşı futbolçularından biri hesab olunur

Həyatı
Kriştiano Ronaldo Mariya Dolores dos Santos Aveyru və Joze Dinişa Aveyru (1954–2005) ailəsində anadan olmuşdur. Kriştiano Ronaldo ailədə dördüncü uşaq olmuşdur, böyük qardaşı Uqu (d. 1975) və iki bacısından sonra Elma (d. 1974), Liliana Katya (d. 1976).
Doğulmazdan əvvəl atası və anası onun adı ilə bağlı mübahisə edirdilər. Atası onun adını Dos santos, anası isə Ronaldo qoymaq istəyirdi. Son qərar olaraq körpənin adını Kriştiano Ronaldo Dos Santos Averio qoydular. Ronaldo karyerasına gənc oyunçu kimi Andorinha klubunda başlamışdır. 2 ildən sonra C. D. Nasional klubuna keçmişdir. 1997-ci ildə Portuqaliya nəhəngi olan Sportinq Lissabon klubuna keçid almışdır. Ronaldonun gözəl oyunu Mançester Yunaytedin məşqçisi olan Aleks Ferqyusonun diqqətindən yayınmadı, elə 2003-cü ildə Kriştiano £12.24 milyon funt-sterlinqə (€15 milyon) Mançesterə transfer olundu. Növbəti mövsümlərdə o ilk mükafatını FA Kubokunu qazandı.
Ronaldo 2007-ci ildə 4 ümumi PFA və FWA mükafatını alan ilk futbolçu oldu. 2008,2013,2014,2016-cı illərdə Qızıl top mükafatını qazandı.[7] Ronaldo həmçinin bu mükafatın 2007, 2009, 2011.2012 və 2015-ci illərdə keçirilən müsabiqələrində ikinci yeri almışdır. Kriştiano həmçinin 2008,2011,2014,2015-ci ildə Avropa Qızıl Butsi Mükafatının sahibi oldu və bu mükafatı 4 dəfə qazanan ilk və hələki tək futbolçudur. Ronaldo 2008-ci ildə dörd əsas PFA and FWA kuboklarından hesab olunan FIFPro İlin Futbolçusu, World Soccer İlin FutbolçusuOnze d'Or və FİFA Dünyada İlin Futbolçusu mükafatlarına layiq görülüb. 2008,2013 və 2014-cü illərdə isə FYA İlin Futbolçusu adını qazandı. Ronaldo 2009-cu ildə FİFA Puskas Mükafatının ilk qalibi olmuşdur. Ronaldo Real Madrid tarixinin ən qolçu oyunçusudur. O həmçinin UEFA Çempionlar Liqası tarixindədə ən çox qol vurmuş futbolçudur. Potuqaliya yığmasında 132 oyunda 61 qol vuran Ronaldo yığma tarixində ən çox oyun keçirmiş və ən çox qol vurmuş oyunçudur. Kriştiano Ronaldo çıxış etdiyi Real Madrid klubunun heyətində 2011–12 mövsümündə bütün klubların qapısına yol taparaq, bir mövsüm ərzində bütün komandalara qol vuran ilk futbolçu olmuşdur. Ronaldo hələ 23 yaşındaykən çıxış etdiyi Mançester Yunayted klubunun heyətində çempionatın bombardiri olmuşdur və dünya futbol tarixində 31 qolla bombardir olan ilk və tək sol cinah yarımmüdafiəçisi kimi də adını tarixə yazdırmışdır. Kriştiano futbol tarixində 4 fərqli Avropa Çempionatında qol vuran yeganə futbolçudur, həmçinin 9 qolla Avropa Çempionatı tarixində ən çox qol vurmuş oyunçudur. Portuqaliyalı 2004, 2006, 2008, 2010, 2012, 2014, 2016-cı illərdə keçirilmiş Dünya və Avropa çempionatlarında qol vurmaqla, 7 fərqli böyük turnirdə qol vurmuş tək futbolçu olmuşdur. Kriştiano Ronaldo 21-ci əsrin bombardiridir. Belə ki, müasir futbolda bütün futbolçular qol sayına görə portuqaliyalı "futbol kralı"ndan geridə qalır.
Ronaldo hal-hazırda əksər futbol mütəxəssisləri tərəfindən dünyanın ən yaxşı futbolçusu kimi qiymətləndirilir və bir çox futbol şərhçiləri, idman yazarları və mütəxəssislər tərəfindən futbol tarixinin gəlmiş keçmiş ən nəhəng oyunçularından biri kimi qəbul edilir. Kriştiano təkcə hələ Real Madriddə 450 qol vurub.

Maraqlı faktlar
redaktə

  • Kriştiano Ronaldo tez-tez qan verdiyinə görə bədənində döymə yoxdur.
  • Futbolçunun adını atası Ronald Reyqanın şərəfinə ABŞ-nin keçmiş prezidentinin adına uyğunlaşdırıb.
  • Peşəkar olmamışdan əvvəl "Andorinha", "CD Nacional" və son olaraq, "Sportinq Lissabon" klublarının gənc komandalarında oynayan K. Ronaldo, U17 Portuqaliya milli komandasında da diqqəti çəkib.
  • Ronaldonun uşaqlıqdan pərəstiş etdiyi komanda "Benfika" olub.
  • 15 yaşındaykən Ronaldonun ürəyində problem aşkarlanıbmış. Bu səbəbdən də futbolçunun oynadığı "Sportinq" klubu bu vəziyyətdən xəbərdar edilib və oyunçunun anasına Ronaldonun xəstəxanada yatmasının vacib olduğu bildirilib. Ronaldo ürəyindəki həmin problem səbəbindən əməliyyat olunub. Aylar sonra isə futbolçu yenidən təlim-məşqlərə başlayıb.
  • 16 yaşında olarkən "Liverpul"un o zamankı baş məşqçisi Jerar Ule tərəfindən kəşf edilib, amma "Liverpul" rəhbərliyi, Ronaldonun hələ çox gənc və özünü daha da inkişaf etdirməli olduğuna qərar verərək onu kluba almağı rədd etmişdi.
  • O, 2003-cü ilin yayında "Mançester Yunayted"in baş məşqçi Aleks Fergyusonun diqqətini çəkib və bu komandaya transfer edilib.
  • Ronaldo "Mançester Yunayted"in ilk portuqaliyalı oyunçusu olub.
  • Ronaldo üçün 2007–2008 mövsümü, "Portsmut"lu oyunçu Riçard Hyuza kəllə vurduğu matçda qırmızı kart görməsiylə yadda qalıb. Çünki həmin dövrdə o, 3 oyunluq cəza almışdı. Ronaldo bu təcrübədən sonra çox şey öyrəndiyini və gələcəkdə rəqib oyunçuların onu matç zamanı əsəbləşdirməsinə imkan verməyəcəyini bildirmişdi.
  • 2008-ci ilin mart ayının 19-da "Mançester Yunayted"in İngiltərə və Avropa kuboklarında oynadığı cəmi 37 matçda 35 qola vurmaqla, ilk dəfə 2007–08 Avropa Qızıl Ayaqqabı Mükafatına layiq görülüb.
  • Ronaldo Portuqaliya milli komandasının heyətində ilk dəfə 2003-cü ilin avqust ayında çıxış edib. Portuqaliyalılar həmin oyunda Qazaxıstanı 1:0 hesabı ilə məğlub etmişdilər. Daha sonra 2004-cü ilin Avropa Çempionatı üçün heyətə dəvət olunmuşdu.
  • "Mançester Yunayted"dən "Real Madrid"ə 96 milyon dollara transfer olunub. Beləliklə də ən bahalı futbolçu statusu qazanmışdı. Bundan əlavə, klub futbolçunun özünə hər il 12 milyon avro ödəyir.
  • "Forbes"ə görə, K. Ronaldo 2008-ci ildə dünyanın ən çox qazanan 5-ci futbolçusu olub (21 milyon dollarlıq gəlirinin 12 milyon dollarını "Real Madrid"dən, 9 milyon dollarını isə Nike və Coca Cola kimi şirkətlərin etdiyi sponsorluqdan əldə edib).
  • Ronaldo, 2007-ci ildə döş xərçəngi olan anasının müalicə edildiyi xəstəxanaya, 2009-cu ilin mart ayında 123.000 avro bağışlayıb. Bununla da anasının həyatını qurtaran həkimlərə və tibb bacılarına çox minnətdar olduğunu bildirib.
  • "Mançester Yunayted"in şərəfini qoruduğu zamanlarda, 2008-ci ildə Ronaldo "Qızıl Top" mükafatına sahib olub və 2008–2011-ci illərdə 2 dəfə "Qızıl Butsi" mükafatına layiq görülüb.
  • Dünyanın məşhur futbol ulduzu, portuqaliyalı K. Ronaldo müsəlman dünyasının da ürəyini fəth edib. İsrailin Fələstini bombardman etməsinə etiraz edən Ronaldo Fələstin dövlətinə 1.5 milyon avro yardım edib. Ronaldo aldığı "Qızıl Ayaqqabı"nı satışa çıxardıb. Və satışdan əldə olunan pulu fələstinli uşaqlara bağışlayıb.
  • Kriştiano Ronaldo eyni zamanda "FİFA 18","FIFA 19","PES 2008","PES 2012" VƏ "PES 2013" futbol oyunlarının üz qapağında yer almışdır



Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to Dargahlı Rafail

2 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.