Kriptovalyuta

Ax9D...kmmr
20 Jan 2024
11

Kriptovalyuta


Kriptovalyuta və ya qısaca kripto - mübadilə vasitəsi olaraq istifadə etmək üçün yaradılan rəqəmsal aktiv. Burada fərdi koin sahiblərinin qeydləri əməliyyat prosesini mühafizə etmək, əlavə koinlərin yaradılmasına nəzarət etmək və koin mülkiyyətinin ötürülməsini təsdiq etmək üçün güclü kriptoqrafiya istifadə edərək hazırlanan, komputerləşdirilmiş verilənlər bazası formasında mövcud olan ledcerdə saxlanılır.[1][2] Bu valyuta növü fiziki formada mövcud deyil (kağız pul kimi) və hər hansısa bir mərkəzi hakimiyyət tərəfindən dövriyəyə buraxılmır. Kriptovalyutalar tipik olaraq mərkəziləşmiş rəqəmsal aktivlərin və mərkəz bankçılıq sistemlərinin əksinə, desentralizasiyadan istifadə edir.[3] Kriptovalyuta buraxılmadan əvvəl zərb edildikdə və ya yaradıldıqda və ya tək bir emitent tərəfindən verildikdə, ümumi olaraq mərkəzləşdirilmiş sayılır. Desentralizasiyalaşdırılmış nəzarət prinsipi ilə tətbiq edilən hər bir kriptovalyuta bölüşdürülmüş ledcer vasitəsi ilə işləyir. Ən çox istifadə edilən ledcer vasitələrindən biri ictimai maliyyə əməliyyatı verilənləri olan blokçeyn texnologiyasıdır.[4]
Bitkoin ilk dəfə 2009-cu ildə açıq mənbəli proqram təminatı kimi buraxıldıqda ilk desentralizasiyalaşmış kriptovalyuta oldu.[5] Bitkoin yaradıldıqdan sonra digər kriptovalyutalar da yaradıldı.

Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to Dargahlı Rafail

1 Comment

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.