Blokçeyn

72HB...au7p
1 Feb 2024
36

Blokçeyn (ing. Blockchain) — kriptoqrafik heşlər vasitəsilə etibarlı şəkildə bir-birinə bağlanan qeydlərin (blokların) artan siyahıları olan paylanmış reyestr.[1][2][3][4] Hər blokda əvvəlki blokun kriptoqrafik heşi, vaxt damğası və əməliyyat məlumatı var (ümumiyyətlə Merkl ağacı kimi təmsil olunur, burada məlumat qovşaqları yarpaqlarla təmsil olunur). Hər bir blokda əvvəlki blok haqqında məlumat olduğuna görə onlar effektiv şəkildə bir zəncir təşkil edir (əlaqəli siyahı məlumat strukturu ilə müqayisədə), hər bir əlavə blok özündən əvvəlki bloklarla əlaqələndirilir. Nəticə etibarilə, blokçeyn əməliyyatları geriqayıtmazdır, çünki onlar qeydə alındıqdan sonra hər hansı bir blokdakı məlumatları bütün sonrakı blokları dəyişdirmədən geriyə doğru dəyişdirmək mümkün deyil.
Blokçeynlər adətən ictimai paylanmış reyestr kimi istifadə üçün tay-tuşlar kompüter şəbəkəsi ("peer-to-peer") tərəfindən idarə olunur, burada qovşaqlar yeni əməliyyat bloklarını əlavə etmək və təsdiqləmək üçün konsensus alqoritm protokoluna kollektiv şəkildə əməl edir. Blokçeyn qeydləri dəyişməz olmasa da, blokçeyn çəngəllərini tətbiq etmək mümkün olduğuna görə blokçeynlər dizayn baxımından təhlükəsiz olaraq qəbul edilir və yüksək Bizans qüsurlarına dözümlü paylanmış hesablama sistemi üçün nümunə hesab edilir.[5]
Blokçeyn Stüart HaberVeykfild Skott Stornetta və Deyv Bayyer əvvəlki işlərinə əsaslanaraq, "Bitcoinkriptovalyutası əməliyyatları üçün ictimai paylanmış reyestr kimi xidmət etməsi üçün 2008-ci ildə Satoşi Nakamoto adından (və ya təxəllüsündən) istifadə edən şəxs (və ya bir qrup insan) tərəfindən yaradılmışdır.[6] Blokçeynin "Bitcoin" daxilində tətbiqi nəticəsində o, etibarlı orqan və ya mərkəzi serverə ehtiyac olmadan ikiqat xərcləmə problemini həll edən ilk rəqəmsal valyuta olmuşdu. "Bitcoin" dizaynı ictimaiyyət tərəfindən oxuna bilən və kriptovalyutalar tərəfindən geniş istifadə olunan digər tətbiqlərə və blokçeynlərə ilham vermişdi.[2][3] Blokçeyn bir növ ödəniş xətti hesab olunur.[5]
Şəxsi blokçeynlər biznes istifadəsi üçün təklif edilmişdir.

Mündəricat

Tarixi[redaktə | mənbəni redaktə et]

Gündə "Bitcoin", "Ethereum" və "Litecoin" əməliyyatları (2011–2021)
Blokchain texnologiyasının tarixi 2009-cu ildə ilk kriptovalyuta olan Bitcoin-in yaranması ilə başlayır.
Blokçeyndə verilmiş kreditlər, əmlak hüququ, yol hərəkəti qaydalarının pozulması, nikahla bağlı məlumatlar saxlamaq mümkündür. Daha doğrusu, demək olar ki, hər şey haqqında. Onun əsas və danılmaz üstünlüyü bu reyestrin əlavə bir yerdə saxlanmamasıdır. O bütün dünya üzrə bir neçə yüz, hətta min kompüter arasında bölüşdürülüb. Bu şəbəkənin istənilən İstifadəçisi reyestrin aktual versiyasına sərbəst girişə malikdir ki, bu da onu bütün iştirakçılar üçün tamamilə şəffaf edir.
Blokçeyn – sistemdə nə vaxtsa həyata keçirilmiş bütün tranzaksiyaların ictimai bazasıdır. Blokçeyn terminindən daha çox istifadə olunur (ingilis dilində Blockchain – block-blok, chain-zəncir). İlk dəfə bu termin Bitcoin kriptovalyutası ilə həyata keçirilmiş paylanmış məlumat bazasının adı olaraq peyda olub.
Rəqəmsal qeydlər "bloklar"-da birləşir, bu bloklar isə daha sonradan çətin riyazi alqoritmlərin köməkliyi ilə kriptoqrafik və xronoloji "zəncir"-də birləşir. Hər blok özündən əvvəlki blok ilə əlaqəlidir və özündə bir sıra qeydə sahibdir. Yeni bloklar nizamlı şəkildə zəncirin sonuna əlavə olunur.
Şifrləmə prosesi eyni şəbəkədə işləyən çox sayda müxtəlif kompüterlər vasitəsilə yerinə yetirilir. Onların hesablaması nəticəsində hər biri eyni nəticəni əldə etdikdə bloka unikal rəqəmsal imza atılır. Reyestr yeniləndikdən və onda yeni blok təşkil edildikdən sonra, o dəyişdirilə bilməz. Bununla da onu saxtalaşdırmaq mümkün deyil. Ona sadəcə yeni qeydlər əlavə etmək olar. Bir detalı nəzərə almaq mütləqdir ki, reyestr bütün kompüterlərdə eyni anda yenilənir.
Məlumatlar bazası bölünərək, öz kompüterinə xüsusi proqramı quraşdırmış milyonlarla kompüterdə yerləşir. Blokçeyn bu halı ilə qlobal bir kompüter rolunu oynayır və həmin məlumatlar daim kopyalanaraq daha çox kompüterin yaddaşında saxlanılır. Torrent — in necə işlədiyini bilirsinizsə, burada da eyni mövzudur, sadəcə musiqi, kino əvəzinə, aparılmış əməliyyatların tarixçəsi qalır yaddaşlarda.
Məlumat bazasının paylanmış formada olması Blokçeyni xakerlər tərəfindən demək olar ki, qırılmaz edir. Çünki xakerlər öz məqsədlərinə çatmaq üçün şəbəkədə olan bütün kompüterlərdəki mılumat bazası nüsxələrinə eyni anda giriş əldə etməlidirlər. Texnologiya həmçinin şəxsi məlumatların təhlükəsizliyini təmin etməyə imkan verir, belə ki, şifrlənmə prosesi geri dönülməzdir. Hətta orijinal sənəd və yaxud tranzaksiya gələcəkdə dəyişilsə də, nəticədə digər rəqəmsal imza əldə edəcək ki, bu da sistemdə uyğunsuzluq olduğunu bildirir.
Blokçeyn bu gün sadəcə bank sektorunda deyil, seçkilərdə səsin hesablanmasında, vergilərin yığılmasında, elektron hökumətin təşkilində, musiqidə və s. tətbiq edilir. Bu texnologiya həmçinin mülkiyyət hüquqlarını, əvvəlcədən verilmiş istiqrazları, yol hərəkəti qaydalarını və nikahların bağlanmasına qədər bütün məlumatları özündə saxlama gücünə sahibdir. Blokçeyn kağıza yazıla biləcək hər şeyi yazır, fərq təkcə ondadır ki, bu məlumatları dəyişmək, kopyalamaq və ya saxtasını yaratmaq mümkün olmur.
Hal-hazırda bazarda həm qapalı, həm açıq, həm də hibrid blockchainlər mövcuddur.

BlockNotary[redaktə | mənbəni redaktə et]

BlockNotary — Blokçeynin bir maraqlı xüsusiyyəti onun zaman möhürü xüsusiyyətidir. BlockNotary bu xüsusiyyətdən istifadə edərək, şəbəkə əsasən müəyyən bir zamanda xüsusi məlumatların vəziyyətini təsdiqləyir. BlockNotary mərkəzləşdirilməmiş şəkildə mahiyyətcə nəyinsə mövcudluğunu müəyyən bir zamanda təsdiqləyir. Bu günə qədər yalnız mərkəzləşdirilmiş notariat xidmətləri bu məqsədə xidmət edə bilərdi.[9]
Təsəvvür edək, əlimizdə bir sənəd var. Əvvəlcə onun rəqəmsal formasını hazırlayın sonra bu sənədin heş dəyərini hesablayın və blokçeynə daxil edin. Sizin əməliyyatınız bütün şəbəkədə paylaşılır. Daha sonra əməliyyat təsdiqlənir və bloka daxil olunur. Blokçeynin zaman möhürü xüsusiyyəti sənədin sizə aid olduğu təsdiqləyir. Daha sonra əgər sənədin mövcudluğunu sübut etmək üçün heş dəyər və təsdiq tarixindən istifadə oluna bilər. Blokçeynə əsaslanan notariat platformasının əsas məqsədi rəqəmsal sənədlərin mövcudluğunu, məzmununu və iştirakçı şəxslərin kimliyini sübut etməkdir. BlockNotary-nin əsas üstünlükləri anonimlik, məxfilik və heç kim tərəfindən (üçüncü şəxslər və ya hökumətlər) silinən və dəyişdirilə bilməyən bir mərkəzsizləşdirilməmiş sübutun olmasıdır. Blokçeynə əsaslanan notariat platforması notariat prosesini sürətləndirir və yüksək təhlükəsizlik standartı və şəffaflığı təmin edir. Bu platforma "müştəri-müştəri", "biznes-biznes", "dövlət-müştəri", "dövlət-biznes" arasında olan müqavilələrin, sertifikatların, təhsil sənədlərinin, məhkəmə sənədlərinin və bunun kimi bir çox sənədin təsdiqlənməsinə və mövcudluğunun sübut olunmasına şərait yaradır.[9]

Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to kenan999

0 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.