İt

EPQ2...fs1t
21 Jan 2024
28

İtlərlə bağlı apardığım araşdırmanı onların fiziki xüsusiyyətlərindən danışmaqla davam etdirmək istəyirəm. İtlərin dişlərinin sayı insanınkından on ədəd daha çox, yəni 42 ədəddir. Beləliklə, yeməklərini, xüsusilə də sümükləri rahatlıqla ağızlarında parçalayıb yumşaldaraq yeyə bilirlər. İtlər, həmçinin, gözlərindəki xüsusi yaradılış sayəsində qaranlıqda insanlardan daha yaxşı görürlər. Hərəkətli cisimləri xeyli məsafədən sezə bilirlər. Digər tərəfdən, itlər bizim eşidə bilmədiyimiz bəzi səsləri eşidə bildiklərinə görə səsləri insanlardan 4 dəfə uzaq məsafədən eşidə bilirlər. Bu heyvanların iybilmə duyğuları da çox güclü yaradılmışdır. Beyinlərindəki iybilmə mərkəzi insanlarınkından 40 dəfə güclüdür. Belə ki, itlərin iybilmə bacarığı insanlarınkından daha üstündür. Bütün bu xüsusiyyətləri sayəsində itlər ovun qoxusunu alıb izi ilə gedərək, ovçuların vurduqları ovu kilometrlərlə uzaqda olsa da, tapıb gətirirlər. Hələ polis itləri kiçik əşyanı iyləməklə yola çıxaraq o əşyanın sahibin tapa bilirlər. İtlərin bu qeyri-adi duyğu orqanı həqiqətən də möcüzədir. İtlərin daha bir qeyri-adi bacarığı var. Biz insanlar isti havada aşırı tərləyirik. Tərləməmək üçün müxtləlif antispreylərdən istifadə edirik. Şüurlu olduğumuz üçün bunu bilir və tətbiq edirik. İtlər isə havanın temperaturu qalxanda tərləmənin qarşısını almaq üçün dillərini bayıra çıxarırlar.

  Görəsən şüursuz bildiyimiz heyvanlar hardan bilirlər ki, tərləmələrinin qarşısını almaq üçün dillərini bayıra çıxarmalıdırlar? Bəziləri buna heyvan instinkti deyir. Lakin bu, sadəcə olaraq Üstün Yaradılışdır. Allah bu canlılara elə mükəmməl bir sistem vermişdir ki, insanların yarım saat hərəkət edəndə dərhal tərləməsinə baxmayaraq, saatlarla heç dayanmadan qaçan itlər yenə də tərləmirlər. Bu heyvanların öz bacarığı və ya təbiətin onlara qazandırdığı vərdiş deyil. Allah bu canlını ehtiyacı olan xüsusiyyətlərlə təmin etmişdir. Belə nümunələr bizi düşünməyə və Allahın yaratmasındakı sənəti daha yaxından görməyə yönləndirir, nəinki yaradılanı məhv etməyə...  


Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to murad

1 Comment

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.