Qeyri-adi agaclar

22ss...gYW9
27 Feb 2024
44

Baobab ağacı

Baobab sözü minillik ağac mənasını verir; bu ağacın ömrü həqiqətən sonsuz deyiləcək qədər uzundur.
Asiya və Afrika da olan baobab ağacı dünyada ən qəribə ağaclardandır.
Əslində üzərində yarpaq olmayan ağacların boyları 18 m və gövdə diametrləri 9 m-ə qədər olur.
 Yay istiliyinin çox yüksək olduğu yerlərdə qurumadan yaşaya bilmesinin İlahi sirri isə ağacların uzun və qalın gövdəyə malik olmasıdır. Buna görə ağac çöldən quru kimi görünsə də əsla qurumur və yanğına qarşı güclü olur.
 Qabığından və yarpaqlarından "adasonina" adlı temperaturu salan maddə əldə edilən baobab odunundan kağız da hazırlanır. Portağal böyüklüyündə, yumurta formasında olan meyvəsinin turş ətli hissəsi şəkər əlavə edilərək yeyilir.

Çandelier ağacı

ABŞ-ın Kaliforniya əyalətində olan bu ağac 100 m hündürlüyündə, 6 m diametrində və 2400 yaşındadır. Bu ağacın ən maraqlı xüsusiyyəti bəlkə də dünyada içindən yol keçən tək ağac olmasıdır. Nəhəng ağac zamanla yolu örtmüş və səlahiyyətli insanlar ağacı kəsməmək üçün 1930-cu ildə gövdəsini qazaraq ortasından tunel çəkmişlər.

Əjdər ağacı

10 m hündürlükdə və 1 m səviyyəsində olan və həmişəyaşıl iynəyarpaqlı Əjdər ağacından dünyada yalnız 40 ədəd mövcuddur.
İspaniyanın Kanarya adasında olan bir nümunəsinin təxminən 1000 yaşında olduğu deyilir
Bu ağacın ən əhəmiyyətli xüsusiyyəti odur ki, gövdəsi yaralandığı zaman qırmızı qan kimi bir maye axır. Bu xüsusiyyətinə görə "Əjdər ağacı" adlandır. Çox turist bu ağacı görməyə gəlir.

Ta Prohm ağacı

Kamboca vəhşi meşələrində olan Ta Prohm ağacı bəlkə də ən qorxulu ağac növüdür. 
 Yaşı hələ tam ayıdr edilə bilməyən və tərk edilmiş bir bölgədə davamlı böyüyən ağaclar əsrlər əvvəl Ta Prohm məbədinə ev sahibliyi etmişdi.
 İlan şəklindəki görünüşüylə çox qorxulu olan bu ağaclar bu gün turistlərin ən çox gələn yerlərindən biridir.

Şerman ağacı

Təxminən 3200 yaşında olan ABŞ-ın Kalifornia Sequoia Milli parkında olan bu ağac araşdırmalara görə dünyanın ən böyük ağacıdır.
 Ədəbiyyatda "General Sherman" olaraq keçən bu ağac növünün gövdəsi 24.32 m olub boyu təxminən 85 m-dir. 1968-ci ildəki raşdırmaya görə ağacın ağırlığı 2030 tondur. General Sherman ağacının yarpaqları göy rəngə çalan yaşıl rəngdədir.
 General Sherman dünyanın ən böyük ağacı olmasına baxmayaraq ən qədim ağac deyil. General Sherman gənc ağac kimi hələ böyüməyə davam edir.

 Həyat Ağacı

Bəhreyndədir və hər il minlərlə turist bu ağacı görər-görməz gözlərinə inana bilmirlər, çünki bu ağac çölün tam ortasında 400 ildir ki, yaşayır. Buna görə xalqı tərəfindən "Həyat ağacı" olaraq adlandırılır.

Pirangi qoz ağac

Dünyanın ən böyük qoz ağaclarından biri olması xüsusiyyətini daşıyan bu ağac Braziliyadadır. Tək başına ildə 8000 meyvə verən ağacın kökləri o qədər uzundur ki, buna görə 8500 kvadrat metr ərazini tutur. Pirangi ağacı çox böyük olduğu üçün heç bir fotoşəkil kadrına tam olaraq sığmır.

Oaxaka ağacı

Meksikanın Oaxaka şəhərində olan bu ağac növünü fərqli edən dünyanın ən qalın ağacı olma xüsusiyyətidir.
 Bu xüsusiyyəti sayəsində turistlər ağacın gövdəsi altında fotoşəkil çəkdirməyə maraq göstərirlər.
Ən yaşlı ağac - ABŞ-nın Nevada ştatında yaşı 4900 il olan qılçıqlı şam ağacıdır.
Ən hündür ağac - ABŞ-nın Kaliforniya ştatında bitən, boyu 110,3 metr olan həmişə yaşıl Sekvoya ağacıdır.
Ən tez böyüyən ağac - Evkolipt ağacıdır ki, bir ildə 10,6 metr böyüyür.
Müxtəlif növlərdən olan bu qeyri-adi ağaclar görkəmləri ilə insanları heyrətləndirir. 

Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to arzurasulova

2 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.