Elmin atasi-Düşünən insan

22ss...gYW9
23 Feb 2024
29

İtalyan fiziki, riyaziyyatçısı, astronomu və filosofu Qalileo Qaliley 1564-cü il fevralın 15-də İtaliyanın Piza şəhərində anadan olub.

Qaliley elmi inqilabda böyük bir rol oynayıb. Qalileo, “müasir astronomiyanın atası”, “müasir fizikanın atası”, “müasir elmin atası” olaraq adlandırılır. Stephen Havkinq deyib ki, Qalileo müasir elmin doğulmağında məsul olduğu üçün bəlkə də digər insanlardan daha çox insan idi.
Dövrünün tanınmış musiqiçilərindən Vinçenzo Qalileyin oğlu olan Qalileo, ilk təhsilini Florensiyada alıb. 1581-ci ildə Piza Universitetində tibb təhsilinə başlayıb. Ancaq pulsuzluqdan məktəbi tərk edib. 1583-cü ildən etibarən riyaziyyatla maraqlanan Qalileo, bu sahədəki işləri sayəsində, 1589-cu ildə Pizada professorluq dərəcəsi əldə edib.
O, mexaniki rəqqasın, üzən cisimlərin və hərəkətin Aristotel fizikasından fərqli düşüncə ilə riyazi olaraq ələ alınmasını təklif edib. Qalileo Piza qülləsindən ağırlıq daşı sallayaraq Aristotelin nəzəriyyəsinə ciddi dəyişiklik edib. Alimin fikrincə bütün şərtlər bərabər olarsa, hər cismin düşmə sürəti, ağırlığından asılıdır. Onun bu təklifi yaşlı professorlarla münaqişəyə səbəb olub və 1592-ci ildə Pizanı tərk edərək, Paduya Universitetində riyaziyyat kafedrasına gəlib.
1597-ci ildə praktikada çox faydalı olan kompası satış məqsədilə bazara çıxarıb. 1600-cü ildən dərhal sonra primitiv termometr, insanın ürək döyüntülərinin ölçülməsində istifadə edilə bilən rəqqas və 1604-cü ildə sərbəstdüşmənin riyazi qanunlarını kəşf edib. Ancaq onun bərabərtəcilli hərəkət anlayışında səhv var idi.
1609-cu ildə alim eşidib ki, Hollandiyada teleskop var və özü daha təkmil alət düzəldərək astronomiya
müşahidələrində istifadə edib. 1610-cu ildə Aydakı dağlar, ulduz topaları və Süd yolu barədə ilk təsbitlərini nəşr etdirib. Bu vaxt deyib ki, Yupiterin dörd peyki var. Onun bu kitabı oxucularda çox maraq oyadıb və onun Florensiyada saray riyaziyyatçısı olmağını təmin edib. Dərhal sonra Venera planetinin fazaları və Saturnun şəkli haqqında məlumat verib və astronomiyada qəbul edilən Ptolemey sistemini şübhə altına alıb.
1611-ci ildə Romaya gedib və oradakı Elmlər Akademiyasına üzv seçilib. Florensiyaya geri qayıdandan sonra hidrostatika bağlı yazdığı və bir çox professorun etirazına səbəb olan kitabı və 1613-cü ildə Günəş ləkələri haqqında yazdığı əsərini nəşr etdirib. Bu əsərində Kopernik sistemini açıq-aydın müdafiə edib. Buna görə də kilsə inkvizisiyasının hücumuna məruz qalıb.
1615-ci ildə Romaya gedərək öz iddiasını müdafiə etsə də, 1616-cı ildə Papa Beşinci Paul tərəfindən kitablarının tədqiqi üçün komissiya yaradıldı. Bu komissiya Qalileonun kitablarını qadağan etmədi, amma tələb etdi ki, Dünyanın öz oxu ətrafında fırlandığı barədə iddiasından imtina etsin.
Qalileo, bir müddət elmin praktik istiqamətinə geri qayıdaraq mikroskopu inkişaf etdirib, amma 1618-ci ildə üç kometanın görülməsi ilə yenə kilsə ilə arasında münaqişə yaranıb.
Dostunun VIII Urban adı ilə Papa seçilməsindən cəsarətlənərək yazdığı “İki Kainat Sistemi Barədə Dialoq” adlı əsərini 1632-ci ildə nəşr etdirib. Kitab kilsənin xəbərdarlıqları ilə ziddiyyət təşkil etdiyi üçün alim Romada məhkəməyə çağırılıb.
1633-cü ildə həmin kitab qadağan edilib və Müqəddəs İnkvizisiya Qalileonu ömürlük həbsə məhkum edib. Yetmiş yaşında həbs edilən alimin cəzası ev dustaqlığı ilə əvəz edilib, bir müddət sonra gözləri kor olub və 1642-ci ildə vəfat edib.Qalileo Qaliley 1633-cü ildə keçirilən məhkəməsində Yerin Günəş ətrafında fırlanması fikrini təkzib etməli olub. Deyilənlərə görə, alim hökmdən sonra dözməyərək “Axı, O (Yer kürəsi Günəş ətrafında) fırlanır” sözünü işlədib.

Qaliley üçün real dünya riyazi münasibətlər dünyası, Platonun təbirincə desək ideyalar dünyası idi. Yaşadığımız dünyanı dərk etmək üçün ideyalar dünyasından baxmaq lazım idi.
Mükəmməl yuvarlaq toplar sürtünməsiz müstəvilərdə hərəkətlərini yalnız ideyalar aləmində qeyri-müəyyən müddətə davam etdirəcəklər. Təbiət həndəsi hərflərlə (əyrilər, dairələr, üçbucaqlar) yazılmış kitab kimi idi; Təbiəti dərk etmək üçün bu dili bilmək lazım idi.

Hərəkət cisimdə heç bir dəyişikliyə səbəb olmadığı üçün cisim eyni anda birdən çox hərəkətə malik ola bilər. Bu hərəkətlər bir-birinə mane olmur və birləşərək vahid trayektoriyanı izləyir. Bundan o, atılan mərminin hamar xətti hərəkətin və sərbəst düşmə hərəkətinin nəticəsi olan parabola formalı trayektoriyanı izlədiyini göstərdi.
Qalileonun hərəkətlə bağlı həll etdiyi başqa bir məsələ isə sərbəst düşmə hərəkəti ilə bağlıdır.

O, bütün düşən cisimlərin eyni sürətə malik olduğunu göstərməklə, sərbəst düşmənin sabit sürətlənmiş hərəkət olduğunu müəyyən etdi və sərbəst düşmədə qət edilən məsafənin zamanın kvadratına mütənasib olduğunu göstərdi
Yekun olaraq demək olar ki, Qaliley mexanika fənnini riyaziləşdirməyə müvəffəq olmuşdur. O, vahid və sabit sürətləndirici hərəkətləri təyin etdi və onların riyazi düsturlarını verdi. Müasir hərəkət anlayışını Qalileoya borcluyuq

BULB: The Future of Social Media in Web3

Learn more

Enjoy this blog? Subscribe to arzurasulova

0 Comments