Məşhur ixtiraçı Nikola Tesla həyatımızı necə asanlaşdırdı?

JC4X...6qYg
20 Feb 2024
26


Edisonsa DC ötürmələrində israr edirdi və bu onların yollarını ayırdı.
Çox keçmədən Westinghouse Teslanın alternativ cərəyan transformatorları və mühərrikləri sistemi üçün patent hüquqlarını satın aldı.
Teslanın sistemi enerjini uzun məsafələrə və sərfəli qiymətə ötürə bilirdi, həmin sistemdən bu gün də istifadə olunur.

Şoumen Tesla

ŞƏKLİN MƏNBƏYİ,
GETTY IMAGES
1891-ci ildə o, Tesla rulonunu icad edib. Bu ixtira elektrik enerjisini simsiz ötürməyə imkan verirdi.
Radio və televiziya da daxil olmaqla, elektron cihazlarda bu gün də həmin rulondan istifadə edilir.
1893-cü ildə Amerikanın kəşfinin 400-cü ildönümüylə bağlı Çikaqoda təşkil olunmuş sərginin işıqlandırılmasına Tesla və Westinghouse cavabdeh olublar. Həmin gün Tesla ulduza çevrilib.
Belqraddakı Nikola Tesla Muzeyinin kuratoru İvana Zoriç deyir ki, "İxtirasının nə qədər əhəmiyyətli olduğu anlaşılandan sonra ona Niaqara şəlaləsində elektrik stansiyası tikmək tapşırılıb".
Tesla dünyanın ilk su-elektrik stansiyasını tikəcəkdi və bunun üçün istifadə ediləcək on üç patentdən doqquzuna sahib idi.
Tezliklə Tesla öz laboratoriyasını qurdu və simsiz rabitə və enerji ötürülməsi sahəsində təcrübələr aparmağa başladı.

Simsiz gələcək


Tesla simsiz siqnal ötürülməsi təcrübələrinə başlayanda dünya mesajları naqillər vasitəsilə göndərirdi.
Onun ən böyük hədəfi insanlar arasında dünya miqyaslı ünsiyyət təmin etmək idi, hər yerdə hər kəsə əlçatan olacaq qlobal video və audio kommunikasiyanı təmin edən simsiz sistem yaratmaq üzərində işləyirdi.
Amma 1890-cı illərin əvvəllərindən bəri onu maliyyələşdirən amerikalı J.P.Morqan həmin dövrdə ona dəstəyini dayandırıb.
"Təəssüf ki, onun ən böyük arzusu gerçəkləşmədi. Nə özü, nə də texnologiya o nöqtədəydi" - Klause belə deyir.
Tesla müxtəlif layihələr üzərində işləməyə davam edib, amma çox vaxt vəsait çatışmazlığıyla üzləşib. Elm və mühəndisliyin çox sayda insanın əməkdaşlığına əsaslandığını başa düşə bilmədiyi üçün bir çox fikirləri kağız üzərində qalıb.
Tarixçi İvan Rhys Morus deyir ki, "Tesla böyük səhv bir səhvə yol verib. O, elektrik enerjisinin gələcəyinin yalnız ondan asılı olduğunu düşünüb, başqalarıyla əməkdaşlıq etməyə və işləməyə maraq göstərməyib".
Sonrakı dövrlərdə Tesla "başqa planetlərlə əlaqə qurmaq" haqqında fərziyyələr səsləndirdiyinə görə tənqid edilən, mikrob fobiyası olan biri olaraq tanınıb.

Belqraddakı muzey

Tesla 1943-cü ildə Nyu-Yorkda, həyatının son 10 ilini keçirdiyi otel otağında vəfat edib.
Zoricin sözlərinə görə, qardaşı oğlunun səyilə əşyaları 1951-ci ildə Serbiyanın paytaxtı Belqrada göndərilib.
Dörd ildən sonra orda Nikola Teslanın kəşfləri, planları, rəsmləri və fotoşəkilləri nümayiş etdirilən muzeyi açılıb.
Maqnit sahələrinin gücünü ölçmək üçün istifadə edilən vahid 1956-cı ildə “tesla” adlanırılıb.
Serbiya və Xorvatiyada Teslanın şəkli əskinaslara vurulub; adı məktəblərə, küçələrə və hava limanlarına verilib.
İnnovativ avtomobillər istehsal etməyə başlayan şirkət də özünü “Tesla” adlandırıb. 2018-ci ildə “SpaceX” şirkəti Marsa “Tesla” adlı kəşfiyyat maşını göndərib.

Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to rashadat

1 Comment

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.