Əlincə dağıAzərbaycanda dağ

JC4X...6qYg
21 Feb 2024
35

Yazılı qaynaqlarda adı X yüzildən başlayaraq "Alıncaq", "Alancıq" , "Əlincək" və "Əlincə" şəklində çəkilən qala Naxçıvan-Culfa yolunun kənarında, Əlincəçayın sağ sahilində yalçın dağ üstündə yerləşir. Bu adın qədim türk dilindəki "alan" (yastı, düzənlik, meydan) sözündən yarandığı ehtimal edilir. Lakin qədim türk dilində dağın təpəsi anlamını verən "alın" və qənimət anlamı daşıyan "alınc" sözləri də olmuşdur. H. Qəzvinin məlumatına görə, Naxçıvan yaxınlığında Alancıq, Surmari, Taqmar və Faqnan adlı möhkəm qalaların uçuqları yüksəlir. Elxanilər zamanı müəyyən dağıntılara uğramış Əlincə qalası sonrakı dövrdə yenidən bərpa edilmişdir.

   Əlincəqalanın tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanı təqribən 2 min il bundan əvvələ aid edirlər. "Kitabi-Dədə Qorqud" dastanında Əlincəqala möhkəm istehkam kimi təsvir olunur. Orta əsr qaynaqlarında Əlincə adı qala, dağ, çay kimi nəzərdə tutulmuşdur. Əlincəqala haqqında tarixçilərdən Nəsəvi (XIII əsr), Şərafəddin Əli Yəzdi (XV əsr), türk səyyahı Övliya Çələbi (XVII əsr) və başqaları məlumat vermişlər. Tikinti sənətinin xüsusiyyətlərinə görə Əlincə qalası daha qədim dövrə aiddir.


təcili buraya yollanır. Əlincəqalaya 5-6 əmirin başçılığı ilə qoşun hissələri göndərilir. Qala öz daxilində yaranmış münaqişə nəticəsində başsız qaldığından təslim olur. Onun kutvalı Əhməd Oğulşayi tutularaq Teymurun hüzuruna aparılır və öldürülür. Teymur qalanı seyr edir və onun möhtəşəmliyinə heyran qalır. Teymurun ölümündən (1405) sonra Əlincəqala yenidən Cəlairilərin, sonralar isə Qaraqoyunluların hakimiyyətinə keçdi. Qardaşı Cahanşahla hakimiyyət uğrunda mübarizə aparan Qaraqoyunlu hökmdarı İsgəndər Əlincəqalaya sığınmışdı. İsgəndər oğlu Qubad Mirzə tərəfindən öldürüldükdən sonra Cahanşah Əlincəqalanı ələ keçirdi. Bir müddət Ağqoyunluların, sonralar isə Səfəvilərin hakimiyyətində olan Əlincəqala feodal çəkişmələri və müharibələr nəticəsində dağıldı.

   Əlincə yüzillərlə Azərbaycanın və Yaxın Şərqin müxtəlif hakim sülalələrinə qulluq göstərsə də, tarixdə daha çox Azərbaycan Atabəylərinin iqamət və xəzinə yeri kimi tanınmış, çağının ən güclü hərbi qüvvələrini məğlubiyyətə uğradan böyük cahangir Əmir Teymuru belə möhkəmliyi ilə heyrətləndirmişdir. Əlincə qalası on ildən artıq sürən müqavimətdən sonra Teymurilərə 1401-ci ildə təslim olmuş və qalanın belə dözümünün səbəbini aydınlaşdırmaq üçün əmir Teymur şəxsən Əlincəyə qalxmışdır. Bəzi mənbələrdə isə qeyd edilir ki, Şah İsmayıl uşaq ikən bir müddət bu qalada gizlədilmişdir.

Əlincəqalanın müdafiə bürclərindən birinin qalıqları

  

   Azərbaycan atabəyləri-Eldənizlərin hökmranlığı dövründə Əlincəqalanın əhəmiyyəti xüsusilə artmış, mühüm hərbi istehkam olan qala hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilmişdi.

  

   Əmir Teymurun qalaya yürüşləri

  

   Teymur 1386-1401-ci illərdə Əlincəqalaya 4 dəfə yürüş etmişdir. 1387-1392-ci illərdə Əlincəqala müdafiəçiləri Teymurun Azərbaycanda olmamasından istifadə edərək, 4 dəfə Təbrizə hücum etmiş və bunların üçündə (1388, 1390, 1391) şəhəri azad edə bilmişlər. 1393-cü ildə Teymurun 40000 nəfərlik qoşunu Əlincəqalaya hücum edir. Bu zaman qala müdafiəçilərinin bir dəstəsi, gizlincə Əmir Altunun başçılığı ilə qaladan çıxmışdı. Onlar geri döndükdə qala qapılarının Teymurun qoşunu tərəfindən tutulduğunu görüb onlara hücum edirlər. Düzgün strateji mövqe tutan Altun və cəngavərləri Teymurilərə böyük tələfat verir, 4 tümən (on minlik) əmirinin ikisi öldürülür və müdafiəçilər qalaya daxil ola bilirlər. 1399-cu ilin başlanğıcında Şəki və gürcü qoşun birləşmələri Əlincəqalaya hücum edir və Teymuri sərkərdəsi Sultan Səncəri məğlubiyyətə uğradaraq Sultan Tahiri mühasirədən çıxarıb Bağdada göndərirlər. Qalanın müdafiəsinə bir müddət Seyid Əli, Hacı Saleh və 3 gürcü aznauru (sərkərdəsi) başçılıq edir.

   Əlincəqala Teymuru çox narahat edirdi. O, 1399-cu ildə Hindistandan Səmərqəndə qayıdarkən yolda Təbrizdən gəlmiş qasiddən Azərbaycandan və xüsusilə Əlincəqaladakı vəziyyət barədə məlumat alır və Səmərqəndə çatandan cəmi 4 ay sonra təcili buraya yollanır. Əlincəqalaya 5 - 6 əmirin başçılığı ilə qoşun hissələri göndərilir. Qala öz daxilində yaranmış münaqişə nəticəsində başsız qaldığından təslim olur. Onun kutvalı Əhməd Oğulşayi tutularaq Teymurun hüzuruna aparılır və öldürülür.

   Teymurun ölümündən (1405) sonra Əlincəqala yenidən Cəlairilərin, sonralar isə Qaraqoyunluların hakimiyyətinə keçir. Qardaşı Cahanşahla hakimiyyət uğrunda mübarizə aparan Qaraqoyunlu hökmdarı İsgəndər Əlincəqalaya sığınmışdı. İsgəndər oğlu Qubad Mirzə tərəfindən öldürüldükdən sonra Cahanşah Əlincəqalanı ələ keçirdi.

   Səfəvilərdən sonra ciddi dağıntılara uğrasa da, qala XIX əsrdə də öz funksiyasını yerinə yetirmişdir. 1826-cı ildə ruslarla müharibədə Lala bəy adlı qalabəyi Əlincə qalasında yarım ildən artıq düşmənlə vuruşmuşdur.

  

Memarlıq xüsusiyyətləri

  

   Şəmsəddin Eldənizin hakimiyyət illərindən başlayaraq Atabəylər dövlətinin baş xəzinəsi Əlincə qalasında saxlanılıb, Əlincədəki saraylar və yardımçı binaların bir çoxu Azərbaycan Atabəylərinin sifarişi ilə ucaldılıb. İndiyə uçuqları qalan Əlincə qalasında uzunmüddətli hücumlara dözüm üçün hərbi-strateji və maddi-iqtisadi imkanların olduğu aydın görünür. Geniş düzənliyin ortasında yüksələn çılpaq, sıldırım dağa üç yandan dar "keçi cığırı" ilə qalxmaq olur. Bu cığırların zəif yerlərində divar və bürclərdən istehkamlar, səngərlər quraşdırılıb.

   Qalanın içərisində, dağ belinin geniş terrasında müxtəlif funksiyalı çoxlu tikili qalıqları durur. Bunlar yaşayış evləri, təsərrüfat binaları və cəbbəxanalardır. Qalaya su kəməri çəkilişi mümkün olmadığından inşaatçılar ibtidai və min illərin sınağından çıxmış üsula əl atmışlar: qayalarda açılmış şıramlar, arxcıqlar yağmur suyunu axıdaraq su tutarlarına - qaya içində ovulmuş hovuzlara toplayırdı. Qalada bu cür hovuzların sayı yeddidir. El içində qaladan Əlincəçaya gizli yolun olması da söylənilir. Hər halda Əlincə qalasının müdafiəçiləri bütün mövsümlərdə özlərini su ilə təmin edə bilirmişlər.

   Dağın ən uca yerində Əlincənin iç qalası yerləşir. Bu içqalanı yerli əhali "Şahtaxtı" adlandırır. Hakimlərin, o cümlədən Eldəgiz hökmdarlarının sarayları Şahtaxtı terrasında yerləşir. Əlincənin qala divarları və qalanın daxilində olan tikililərdə yüksək tikinti mədəniyyəti görünür, qala tikintisi üçün qeyri-adi sayılan incə işlənmiş daş ayrıntılar gözə dəyir. Məhz bu səbəbdən də mütəxəssislər Əlincə qalasını Naxçıvan-Marağa memarlıq məktəbinin ən gözəl əsərlərindən biri hesab edirlər.

   Əlincəqala özünəməxsus təbiəti olan bu yerlərin əzəmətinin, mübarizliyinin rəmzidir. Qala, hər şeydən əvvəl özünün qeyri-adi görünüşü ilə insanı heyrətə gətirir. Əlincəqalanın divarları Əlincə dağının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və onun zirvəsini tamamilə əhatə edir. Qalanın qədim bəndi ətraf kəndlərdən gətirilmiş iri daşlardan və bişmiş kərpicdən hörülmüşdür. Şimal yamacda yarımdairəvi bürcləri olan üç divarın, qərb yamacda isə səkkiz divarın xarabalıqları qalmışdır.

   Əlincəqala əsasən üç geniş sahədən (şimal, şimal-qərb və cənub-qərb) ibarətdir; şimal sahəsindən şimal-qərb və cənub-qərb sahələrinə qalxmaq üçün daş pillələr qoyulmuşdur. Qalanın möhkəm divarları və qayanın sıldırım olması onu sarsılmaz müdafiə istehkamına çevirmişdir. Qalanın kiçik şəhərciyi xatırladan yuxarı hissəsində bişmiş kərpicdən tikilmiş çoxlu yaşayış və ictimai binaların xarabalıqları və bünövrə daşları nəzərə çarpır. Qala ərazisindən tapılmış yüksək keyfiyyətli seladon saxsı qab parçası nəzəri cəlb edir. Tədqiqatçılara görə, seladon qablar Azərbaycana Böyük İpək Yolu vasitəsilə Çindən gətirilirdi.



Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to rashadat

3 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.