Qeybdən gələn səs-Qədir Rüstəmov

22ss...gYW9
18 Feb 2024
33

Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olub, burada xanəndə kimi yetişib.
Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, sonradan Ağdamda təhsilini davam etdirib. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məhşurlaşmışdı.
Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır. Onun ifasında “Sona bülbüllər” mahnısı xüsusilə sevilir.
Yüksək testituralı səsə malik Qədir Rüstəmov bütün registrlərdə səs keyfiyyətini nümayiş etdirməyi bacarırdı.
əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, sonradan Ağdamda təhsilini davam etdirib. Sənətkarın ifasında “Rast”, “Çahargah” muğamları, “Sona bülbüllər”, “Laçın”, “Sarı gəlin” xalq mahnıları Azərbaycan musiqisinin inciləri sırasındadır.
Bunlardan xüsusən “Sona bülbüllər” mahnısı görkəmli xanəndənin ən çox sevilən ifasıdır.
Qədir müəllim bir dəfə özü haqqında danışanda bunları demişdi: “Lovğalıq olmasın, deyəsən, mən də özümdən sonra bir iz qoyub gedəcəm”.
Dediyi kimi də oldu. Qədir Rüstəmov elə bir iz qoydu ki, nəinki gənc nəsil, hətta həmyaşıdları da o yolun bənzərsizliyindən xüsusi hörmət və ehtiramla danışırlar.
Qədir Rüstəmov əslən Şuşalıdır.
Ailəsi 1915-ci ildən sonra Ağdama köç edib. Atası Çərkəz kişi və anası Südabə xanımın 9 uşağı- 5 qızı,4 oğlu olub. Qədir evin 3-cü uşağı idi. Genetik olaraq onların hamısının gözəl səsi olub. Həyətlərini konservatoriya adlandırırdılar. Əbülfət Əliyev, Bahadur Mehrəliyev, qardaşı tarzən Nadir Rüstəmov bir yerə yığışanda çal-çağır olurmuş. Qonşular yığışaraq onlara qulaq asarmışlar.
Qədir 11 yaşından oxumağa başlayıb. Artıq yeniyetmə vaxtlarında Ağdamda tanınıb.
Qədirin ilk müəllimi Bahadur Mehrəliyev olub. O, Qarabağın bütün toylarında, el şənliklərində Xan Şuşinksi ilə bərabər iştirak edib. Bir gün Bahadurla Şuşinski birlikdə toy aparırmışlar. Bahadur kişi Qədiri də özü ilə həmin toya aparıb. Xan ona deyib ki, “ay qara oğlan, oxu görək, səsini yaman tərifliyirlər. Görək, nə qüdrətə maliksən“.
Qədir orada “Qarabağ şikəstəsi”ni oxuyub. Xan Şuşinski onu dinləyib, deyib ki, “Qara oğlan, boy -buxunun yaxşıdır, əgər sözə baxan olsan, sənin gələcəyin çox yaxşı olacaq. Sən sənətkar olacaqsan”.
Bu vaxt həmin toya Seyid Şüşinski də gəlir. Ona deyiblər ki, bu oğlana qulaq as. Qədir ikinci dəfə “Çahargah” oxuyub. Seyid Qədiri dinlədikdən sonra onu Bakıya dəvət edib.
Bakıda Qədir Hacıbaba Hüseynovun sinfində oxumağa başlayıb. Ancaq iş elə gətirib ki, təhsilini başa vura bilməyib. Solfeciadan kəsildiyinə görə onu musiqi məktəbindən uzaqlaşdırıblar. Ağdama qayıdan Qədir Üzeyir Hacıbəyov adına Konservatoriyaya daxil olub.
Daha sonra “Şur” ansamblında oxumağa başlayıb. Həmin ansambl ilə Bakıda konsert verməyə gələrkən tarzən Əhsən Dadaşov onu çox bəyənib. Qədir oxuyanda Əhsən müəllimi ağlamaq tutub. Deyib ki, “məni indiyə kimi heç bir xanəndə belə kövrəltməmişdi. Sən gərək mənimlə birgə işləyəsən. Səni bir az da mən tanıdacağam”.
Qədir orada “Sona bülbüllər”i oxuyanda bəstəkar Ağabacı Rzayeva necə ağlayıbsa, ürəyi tutub, ona su veriblər.
Əhsən müəllim Qədirin üzərində işləyəndən sonra “Sona bülbüllər”i yazdırıblar və plastinka şəklində satışa çıxarılıb. Beləliklə, Qədir ”Sona bülbüllər”lə məşhurlaşıb.
Bakıda Qədir Hacıbaba Hüseynovun sinfində oxumağa başlayıb. Ancaq iş elə gətirib ki, təhsilini başa vura bilməyib. Salfeciyadan kəsildiyinə görə onu musiqi məktəbindən uzaqlaşdırıblar. Yerinə Təranə Vəlizadəni götürüblər. Ağdama qayıdan Qədir Üzeyir Hacıbəyov adına Konservatoriyaya daxil olub.
Daha sonra “Şur” ansamblında oxumağa başlayıb. Həmin ansambl ilə Bakıda konsert verməyə gələrkən tarzən Əhsən Dadaşov onu çox bəyənib. Qədir oxuyanda Əhsən müəllimi ağlamaq tutub. Deyib ki, “məni indiyə kimi heç bir xanəndə belə kövrəltməmişdi. Sən gərək mənimlə birgə işləyəsən. Səni bir az da mən tanıdacağam”.
Qədir orada “Sona bülbüllər”i oxuyanda bəstəkar Ağabacı Rzayeva necə ağlayıbsa, ürəyi tutub, ona su veriblər.
Əhsən müəllim Qədirin üzərində işləyəndən sonra “Sona bülbüllər”i yazdırıblar və plastinka şəklində satışa çıxarılıb. Beləliklə, Qədir ”Sona bülbüllər”
mahnısi ilə məşhur olub.


Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to arzurasulova

2 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.