Telefon

EPQ2...fs1t
28 Jan 2024
39

Bütün telefonlar danışmaq üçün mikrofona və səsi eşitmək üçün qulaqcığa malikdirlər. Mikrofon səs dalğalarını elektrik siqnallarına çevirir, daha sonra bu siqnallar telefon xətti vasitəsilə digər tərəfdəki telefona ötürülür. Həmin telefonun qulaqlıqı bu siqnalları qəbul edərək onu yenidən səs dalğalarına çevirir və digər tərəfdəki insanın danışdığı şəxsin sözlərini anlamağa imkan yaradır. Telefon dupleks kommunikasiya sistemi hesab olunur, belə sistemlərdə hər iki tərəfdəki insanlar eyni vaxtda danışa bilirlər. Qlobal telefon şəbəkəsi avtomatlaşdırılmış telefon stansiyaları vasitəsilə birləşdirilən telefon xətləri, optik lif kabelləri, mikrodalğa ötürücüləri, kommunikasiya peykləri və sualtı telefon xətlərindən ibarətdir. Bu şəbəkə dünyanın istənilən nöqtəsindəki bir telefonu digəri ilə bağlamağa şərait yaradır. Hər bir telefon onu təyin edən bir telefon nömrəsinə sahibdir.
Telefonun insan orqanlarına ziyanı-İnsanın bədəniniə və dərisində şüaqaytarıcı hormonlar mövcuddur və bu hormonlar 8saat aktivdir.Əgər gün ərzində 8saatdan artıq telefona baxılarsa bu zaman göz altı qaralması və s. Xəstəliklər əmələ gələ bilər
Telefonun nə vaxt kəşf olunması ilə əlaqədar bir çox mübahisələr mövcuddur. Digər mühüm kəşflər kimi telefonun da kəşfindən əvvəl ona bənzər prinsipdə işləyən qurğular kəşf edilmişdir. Bu kəşfləri edənlər İnnokennto ManzettiAntonio MeuççiReys FilippAleksandr Qrehem BellTomas Edison və digər alimlər olmuşlar. Lakin Bell ilə Edisonun kəşfə görə əldə etdikləri patent əsas götürülmüşdür.
1876-cı il fevralın 14-də ABŞ-nin Boston Universitetinin professoru Aleksandr Qraham Bell ilk telefon aparatının ixtirasını patentləşdirdi və 1877-ci ildə özünün "Bell Telephone Company" adlı şirkətini qurdu. Bu tarixdən etibarən telefon insanlar arasında sürətlə yayılmağa başladı. Bir il sonra – 1878-ci ildə Amerikada, 1881-ci ildə isə Almaniyada ilk telefon qovşağı quruldu. On il sonra isə Amerikada telefon istifadəçilərinin sayı 150 minə, İngiltərədə 26 minə, Almaniyada 22 minə çatdı. Bellin ixtira etdiyi telefonda danışmaq və qulaq asmaq üçün ayrı-ayrı dəstəklər var idi. Yalnız sonralar bu iki funksiya bir dəstəkdə birləşmişdir.
1876-cı il martın 10-da ilk telefon danışığı baş tutmuşdu. Bell iş otağında mayeni öz üstünə dağıtdı və telefonla qonşu otaqda işləyən həmkarına müraciət etdi: "Mister Uotson, buraya gelə bilərsinizmi? Siz mənə lazımsınız".
İlk telefon stansiyası 1877-ci ildə ABŞ-nin Konnektikut şəhərində fəaliyyətə başladı. 1883-cü ildə isə Boston və Nyu-york şəhərləri arasında rabitə əlaqəsi yaradıldı.

Telefonun ikinci dəfə "dünyaya gəlişi" isə XX əsrin 80-ci illərində simsiz rabitə sisteminin tətbiqi nəticəsində baş verdi. Mobil telefonun ixtirası mühəndis Martin Kuperin adı ilə bağlıdır.
Bellin ilk telefon ötürücüsü, təxminən. 1876, 50 il sonra yenidən canlandırıldı
Satış məqsədiylə ilk portativ mobil telefon 1983-cü il martın 6-da istehsal olunmuşdur. Həmin gün "Motorolla" şirkəti layihəsinə 100 milyon dollar xərclənən bir aparatı təqdim etdi. Onun çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 sm idi. Akkumulyator 8 saat müddətində telefonu işlədə bilirdi. Bu telefonların satış qiyməti 3995 dollar olsa da, minlərlə amerikalı onu almaq üçün növbəyə yazılırdı.
Uzun-uzadı təkmilləşdirmələrdən sonra mobil aparata saattəqvim və digər rahatlığı olan qrafik displey əlavə olundu. 1998-ci ildə peyk rabitəsinin kommersiya istismarından sonra mobil telefon stansiyasının əhatə dairəsindən kənarda işləyən mobil telefonlar meydana gəldi.
Hesab edilir ki, mobil telefondan normadan çox istifadə etmək bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər.
Rəqəmsal telefonlar, rəqəmsal elektronika məhsullarının rəqəmsal telefon və sistemlərinin vəziyyətində istifadə olunmasıdır. 1960-cı illərdən etibarən bütün dünyadakı telefon sistemləri kütləvi şəkildə analoq sistemdən rəqəmsal sistemlərə doğru keçid etməyə başladı. Keçid şəbəkələrinin bir çoxu eyni zamanda rəqəmsal formada qurulmağa başlandı. Rəqəmsal telefon sistemləri ilk zamanlar səsli xidmətin qiymətinin ucuz olması üçün istifadə olunmağa başlanmışdı. Lakin sonradan belə telefon sistemlərinin yeni şəbəkə xidmətləri (İSDN kimi) göstərə bildiyi və böyük həcmdə informasiyanı rəqəmsal qurğular vasitəsilə telefon xətləri üzərindən ötürmək imkanının olduğu ortaya çıxıb.2009-cu ilin sonuna olan məlumata görə dünyada ümumi olaraq 6 milyard telefon istifadəçisi var. Bunlardan 1,26 milyardı standart ev telefonu istifadəçiləri, 4,6 milyard isə mobil telefon istifadəçiləridir.



Telefonun ikinci dəfə "dünyaya gəlişi" isə XX əsrin 80-ci illərində simsiz rabitə sisteminin tətbiqi nəticəsində baş verdi. Mobil telefonun ixtirası mühəndis Martin Kuperin adı ilə bağlıdır.
Satış məqsədiylə ilk portativ mobil telefon 1983-cü il martın 6-da istehsal olunmuşdur. Həmin gün "Motorolla" şirkəti layihəsinə 100 milyon dollar xərclənən bir aparatı təqdim etdi. Onun çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 sm idi. Akkumulyator 8 saat müddətində telefonu işlədə bilirdi. Bu telefonların satış qiyməti 3995 dollar olsa da, minlərlə amerikalı onu almaq üçün növbəyə yazılırdı.
Uzun-uzadı təkmilləşdirmələrdən sonra mobil aparata saat, təqvim və digər rahatlığı olan qrafik displey əlavə olundu. 1998-ci ildə peyk rabitəsinin kommersiya istismarından sonra mobil telefon stansiyasının əhatə dairəsindən kənarda işləyən mobil telefonlar meydana gəldi.
Qeyd edək ki, mobil telefondan normadan çox istifadə etmək bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər.
2008-ci ilin oktyabrnda Vyetnamda Nguyen Xuan Linh mobil telefon təqdim edib: 3,2 metr uzunluğunda və 300 kq ağırlığında. GSM şəbəkə ilə işləyir. Funksiyalar: SMS, 2 Mp kamera, Bluetooth, dinamik 200 vatt gücü ilə və polifoniyasız. Displeyin yerinə — 42-düym televizor. Telefonun yığılması yarım il alıb.Hazırda mobil telefonlar həyatın bir çox sahələrində istifadə olunur və artıq əlaqə saxlamaq funksiyası ilə bərabər SMS vasitəsilə nəqliyyat bileti almaq, seçkilərdə səs vermək üçün də istifadə olunur.

Telefonu kəşf edənlər sırasında Antonio Meuççi, Filip Reys, Elişa Qrey və Aleksandr Qrem Bell adları çəkilir. Yalnız Bellin 10 mart 1876-cı ildə köməkçisi Tomas Uotsonla yaratdığı sınaq əlaqə uğurlu alınır və telefonun 1876-cı ildə Amerikalı ixtiraçı Aleksandr Qrem Bell tərəfindən icad edildiyi qəbul edilir.
"Alo" sözünün Aleksandr Bellin sevgilisinin adının qısaldılmış formasıdır. Sevgilisinin tam adı Allessandra Lolita Osvaldo olub. Aleksandr Bell ilk telefon xəttini sevgilisinin evinə çəkib. İş yerində telefonla zəng edənin Allessandra Lolita Osvaldodan başqası ola bilməyəcəyini düşündüyündən A.Q.Bell, dəstəyi qaldırarkən Allessandra Lolita Osvaldo deyirdi. Amma, bir müddət sonra sevgilisinin adını qısaldaraq "Alo" deməyə başladı. Telefonun kəşfindən başqa bir şey düşünməyən Aleksandr Bellin sevgilisi çox keçmədi ki, onu tərk etdi. Yaşlanmış Bell sevgilisinin bir gün ona zəng edəcəyi ümidi ilə yaşayırdı. Ona görədə o, kimin zəng eləməyindən asılı olmayaraq, hər kəsə "Alo" deyirdi. Bu gün hamımızın istifadə etdiyi "Alo" sözü o günlərdən günümüzə qədər gəlib çıxıb. Sevgilisinin onu tərk etməsinə baxmayaraq insanlar onun bu əvəzsiz kəşfini yüksək qiymətləndirmişdilər. Belə ki, 1922-ci ildə yağışlı avqust səhərlərinin birində ABŞ və Kanadada bütün telefonlar bir dəqiqəlik söndürülür. Amerika Aleksandr Qrem Belli dəfn edərkən, 13 milyon telefon aparatı dahi ixtiraçının şərəfinə susurdu.






Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to murad

1 Comment

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.