BİTCOİN

3o1x...jA2k
8 Feb 2024
120

Bitcoin — 2008-ci ildə Satoşi Nakamoto  adlı naməlum şəxs və ya qrup tərəfindən ixtira olunmuş və 2009-cu ildə açıq-mənbəli proqram təminatı kimi istifadəyə verilmiş kriptovalyutadır. Bu valyuta kriptoqrafik protokola əsaslanır və hər-hansı mərkəzdən aslı deyil. Bitcoin heç bir maliyyə qurumuna ehtiyac olmadan kompüter və ya smartfonlar vasitəsilə birbaşa köçürülə bilir.
Bitcoin əməliyyatların təhlükəsizliyi bitcoin miner adlanan datapacklər tərəfindən təmin edilir.
Bitcoinləri almaq və ya başqa bir hesaba köçürmək üçün istifadəçinin bir və ya birdən çox bitcoin hesabı ola bilər. Bitcoin hesabı onlayn ola bilər: kompüterə, smartfona "rəqəmsal pulqabı" adlanan proqram yükləməklə əldə etmək olar.

Tarixi

Bitcoin-in Satoshi Nakamota adlı şəxs tərəfindən yaradıldığı düşünülür. Həmin şəxsin gizliliyi hələ də qorunur.
Bitcoin 3 yanvar 2009-cu ildə qurulmuşdur. Məqalənin tərtibatçısı Satoshi Nakamotadır. Əsl adı tam olaraq məlum deyil. Bitcoin-in ən çox istehsal oluna biləcək sayı əvvəlcədən tərtib olunmuş və 21 milyon ədədlə məhdudlaşdırılmışdır. İlk Bitcoin transferi Satoshi Nakamota tərəfindən köməkçisi Hal Finneyə köçürmə etməsi baş vermişdir. İlk alış-veriş 22 may 2010-cu ildə 10.000 Bitcoin müqabilində pizza almaqla gerçəkləşmişdir.
22 iyul 2013-cü ildə dövriyyədəki Bitcoin-lərin ümumi dəyəri 1.2 milyard dollar olmuşdur. Bu rəqəm 26 iyul 2020-ci ildə 182.967.290-a çatmışdır. Hal-hazırda istehsal olunmuş Bitcoin sayı 18.443.043-ə çatmışdır. Bu rəqəmin son saya — 21 milyona çatmağının mütəxəssislər tərəfindən qarşıdakı 80 il ərzində olması təxmin edilir.

İş prinsipi


Bitcoin yalnız təkrarlanan paylanmış blockchain verilənlər bazasında qeydlər şəklində mövcuddur ki, bütün əməliyyatlar ictimai, açıq (şifrələnməmiş) formada saxlanılır, göndəricilərin — alıcıların bitcoin ünvanlarını göstərir lakin bu ünvanların həqiqi sahibi haqqında məlumat yoxdur. Bazada hər hansı bir sahibdən bitcoinin cari miqdarı barədə ayrıca qeyd yoxdur. Yalnız əməliyyat zəncirləri əsasında müəyyən bir bitcoin ünvanı ilə əlaqəli bitcoinlərin cari sayı aydın olur. Yəni, 1 bitcoin ünvana gəldiyini, başqa bir əməliyyatla 2 bitcoinin eyni ünvana gəldiyini, üçüncü əməliyyatın bu ünvandan 1 bitcoin göndərdiyini görə bilərsiniz. Lakin verilənlər bazası hazırda bu ünvana neçə bitcoin verildiyi barədə ayrıca qeyd etmir — sadəcə istənilən vaxt asanlıqla hesablamaq imkanı verilir. Bu cür hesablamalar avtomatik olaraq müştəri proqramları tərəfindən aparılır, istifadəçi məlumatların parçalanmasını hiss edə bilməz.

DİZAYN

Bitcoin və başqa kriptovalyutalar "mədənçilik" kimi tanınan proseslə yaradılır. Bu zaman çox güclü kompüterlər qəliz riyazi düsturları və tapmacaları çözmək üçün yarışırlar. Proses həm də nəhəng elektrik enerjisi sərfini tələb edir.

İqtisadiyyat

Ponzi sistemi narahatlığı

Jurnalistlər, iqtisadiyyatçılarvə Estoniya Mərkəzi Bankı Bitcoin-in ponzi sistemi olduğuna inandıqlarını demişdirlər. Çikaqo Universitetinin hüquq professoru Erik Posner 2013-cü ildə "Əsl ponzi sistemi saxtakarlıqdır. Bitcoin isə tam əksinə kollektiv aldatmaya oxşayır." demişdir. 2014-cü ildə Dünya Bankı və İsveçrə Federal şurası qeydlər hazırlayaraq Bitcoin-in ponzi sisteminə əsaslanmadığı nəticəsinə gəldilər.

Qiymət təxminləri


Maliyyə jurnalistləri, iqtisadiyyatçılar, analizçilər və investorlar Bitcoin-in qarşıdakı illərdəki qiymətini təxmin edirlər. İqtisadiyyatçı Con Quiqqin 2013-cü ilin aprelində "Bitcoin ən sonda pik nöqtəyə çatacaq. Amma bunun vaxtını demək mümkün deyil." demişdir.[mənbə göstərin] Buna oxşar digər bir təxmin 2014-cü ildə iqtisadiyyatçı Kevin Daud tərəfindən edilmişdir.
Maliyyə professoru Mark Uilyam 2013-cü ilin dekabrında Bitcoin-in 2014-cü ildə 10$-dan aşağı düşəcəyini təxmin etdi. Amma 2014-cü ildə ən aşağı qiymət aprel ayında 344$, iyul ayında isə 609$ oldu. Uilyam 2014-cü ilin dekabrında Bitcoin haqda "Uğurlu olmağı çox aşağı ehtimaldır. Əgər uğurlu olsa, çox böyük olacaq." dedi.
Nyu-York Universitetində maliyyə professoru olan David Yermak 2014-cü ilin noyabrında Bitcoin—in 2015-ci ilin noyabr ayında qiymətsiz olacağını dedi. Amma həmin ildə (2014-cü ildə) Bitcoin-in ən aşağı qiyməti yanvar ayında 176.7$, noyabr ayında isə 309.9$ oldu.
2013-cü ilin mayında Bank of America FX və qiymət strateqi David Vu Bitcoin-in bir ədədinin maksimum 1.300$ olacağını təxmin etdilər. Bitcoin investoru Kameron Uinklevoss isə 2013-cü ilin dekbarında Bitcoin-in qiymətinin 40.000$ ola biləcəyini demişdir.

Qurtardı şayələri

Bitcoin-in qurtarması haqda bir çox xəbər mövcuddur.  2015-ci ilin əvvəlində bir jurnalist Bitcoin-in qurtarmasına aid 29 xəbər hazırlamışdır.
Forbes jurnalı 2011-ci ilin iyununda, Gizmodo jurnalı isə həmin ilin avqustunda Bitcoin-in qurtardığını demişdir.  Wired jurnalı isə bu haqda xəbəri 2012-ci ilin dekabrında nəşr etmişdir. Ouishare jurnalı 2013 mayda, New York Magazine 2013 iyunda, Reuters 2014 yanvarda, Street Insider 2014 fevralda, The Weekly StandartSalon və Vice News 2014 martda, Financial Times 2014 sentyabrda və USA Today isə 2015-ci ilin yanvar ayında Bitcoin-in qurtadığı haqda şayə xəbərlər nəşr etmişlərdir. Həmçinin keçmiş Bitcoin tərtibatçısı Mayk Hörn 2016-cı ilin yanvar ayında Bitcoin haqda "uğursuz layihə" ifadəsini istifadə etmişdir.
Piter Qrinhill bu xəbərlərə qarşı "Bitcoin-in qurtarması şayələri çox şişirdildi." demişdir.

Rəylər


Bəzi iqtisadiyyatçılar Bitcoin-ə müsbət baxsalar da, bəziləri şübhə ilə baxırlar. Chicago Fed-in iqtisadiyyatçısı François Velde Bitcoin-i "rəqəmsal pul yaratmağın incə üsulu" olaraq adlandırmışdır. Digər bir iqtisadiyyatçı Con Quiqqin isə Bitcoin-ə "effektiv bazar hipnozunun son qarşılığı" olaraq rəy bildirdi.
Louis federal bankının müavini David Andolfatto Bitcoin-nin təşkilat üçün təhlükə oduğunu demişdir.
PayPal-ın müdürü David Markus Bitcoin-i "əmanətləri saxlamaq üçün mükəmməl yer" olaraq adlandırır. Amma qiymətinin davamlı olaraq artıb-azalması bitənə qədər pul vahidi olmayacağını da deyir.  Bill Geyts Bloomberg LP-ə verdiyi müsahibədə "Bitcoin həyəcan vericidir. Çünkü nə qədər ucuz ola biləcəyini göstərir." demişdir.
BraziliyaMen adasıCersiBirləşmiş Krallıq  və ABŞ kimi ölkələrin vəzifəli şəxsləri Bitcoin-in maliyyə xidmətləri verdiyini anladılar. Bitcoin doğru formada istifadə olunduqda fırıldaqçılığın qarşısını almaq və alış-verişi asanlaşdırmaq üçün siyasətçilərin və vəzifəlilərin də maraq dairəsi olur.

https://youtu.be/UeVTbwfMo-c?si=C_NGTOy4lYkd2eGM



Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to Nano107322

28 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.