Su

22ss...gYW9
25 Feb 2024
18

Su haqqinda melumat sahibi olmaqla, onun necə faydalı olduğunu bir daha öyrənə bilərsiniz. Son zamanlar dünyada su qıtlığının yaşanması müşahidə olunur. Bu səbəblə sudan maksimum az istifadə etməli olduğumuzu alimlər tez-tez xatırladırlar. Tehsil.com.az-da su haqqinda melumat daha geniş şəkildə təqdim olunur.

 Su canlıların yaşaması üçün zəruri olan və buna görə də həyati əhəmiyyət kəsb edən yer üzündəki ən möcüzəvi maddədir. Fiziki cəhətdən tədqiq edildikdə qoxusuz, rəngsiz və dadsız olan suyun canlılar üzərində, xüsusən də insan həyatında əhəmiyyəti çox böyükdür.
İnsan bədəni əsasən sudan ibarətdir. Bədənimizdəki suyun nisbəti həyat boyu dəyişir. Yeni doğulan körpənin bədən çəkisinin 75%-i sudan ibarət olur. Bu nisbət uşaqlarda 70%, böyüklərdə 60%, yaşlılarda isə 50% təşkil edir. Yetkin bir insanın gündə 2-3 litr suya ehtiyacı var, bunun bir hissəsi qida ilə qarşılanır.

Gündə nə qədər su içmək lazımdır?

İnsan orqanizmində geri qaytarılan (qəbul edilən və itirilən) suyun gündəlik miqdarı 1,5-2 litr civarındadır. Lakin bu miqdar hər insanda eyni olmur. Çəkiyə əsasən gündəlik daxilə qəbul ediləcək suyun miqdarı dəyişir. İnsan bir gündə ən azı sidiklə xaric etdiyi su qədər maye qəbul etməlidir. Əks halda orqanizmdə daha az su istehlakının mənfi təsirləri yaranacaq və bu vəziyyətin yaratdığı bəzi xroniki xəstəliklər meydana gələcəkdir. Artıq suyun zərərli olmasını sübut edəcək bir fakt olmasa da, susuzluq ciddi xəstəliklərə səbəb ola bilər. Ən böyük müzakirələrdən biri də bu suların təmiz olub-olmamasıdır. Şüşələrin istehsalında istifadə olunan maddə çoxlu uçucu maddələr buraxır ki, butulkaya su doldurulduqda bu maddələr suda həll olur.
Bir çox insan idman zalına getdikdə, yürüyüşə çıxdıqda özü ilə bərabər su aparır. İdman zamanı bədəndə suyun miqdarı azaldığı üçün bu nisbət içməli su ilə balanslaşdırılmalıdır. Əgər tarazlıq qorunmazsa, bədən yorulur və tükənir. Lakin mütəxəssislər suyu birdən-birə deyil, idman zamanı vaxtaşırı olaraq tədricən içməyi məsləhət görürlər.
Suyun tərkibindəki mineralların arıqlamağa kömək etdiyi danılmaz bir həqiqətdir. Bu səbəbdən də dieta saxlayan insanlar suya çox üstünlük verirlər. Yeməkdən əvvəl su içmək aclığı bir qədər azaldır. 

Suyun faydaları

  • Su bioloji həlledicidir və həlledici rolu ilə vitamin və mineralların orqanizmdə həm daşınmasını, həm də həllini təmin edir.
  • Dərinin nəmləndirilməsində, toksinlərin çıxarılmasında və orqanizmin təmizlənməsində əsas rol oynayır.
  • Bədən istiliyinin tənzimləyir.
  • Böyrəklərin fəaliyyətini asanlaşdırır.
  • Bir sürtkü maddəsi olduğu üçün bir çox orqanların düzgün işləməsinə kömək edir.

Suyun insan orqanizmindəki rolunu belə sıralamaq olar:

  • Beynin 75%-i sudur. 
  • Sümüklərin 22%-i və əzələlərin 75%-i sudur.
  • Bədən istiliyini tənzimləyir.
  • Həyati vacib orqanları qoruyur və yastıq rolunu oynayır.
  • Bütün hüceyrələrə qida və oksigeni daşıyır.
  • Qanın 92%-i sudur.
  • Nəfəs almaq üçün su lazımdır.
  • Nəfəs almaq üçün oksigeni nəmləndirir.
  • Qidaların enerjiyə çevrilməsinə kömək edir.
  • Qida maddələrinin udulmasına kömək edir, tullantıları aradan qaldırır.

Son illər içməli su ehtiyatları xeyli azalmışdır.Dünya əhalisinin 40%-nin yaşadığı 80 ölkə artıq su çatışmazlığından əziyyət çəkir. 1940-1980-ci illər arasında sudan istifadə iki dəfə artdı. Buna səbəb əƏhalinin sürətlə artması və su ehtiyatlarının daimi olması idi. Dünyada mövcud olan suyun həcmi 141 milyard m3-dir. Bu miqdar yer səthindən 3 km məsafədədir. 

Su Olmasaydı

Su olmasaydı, həyat da olmazdı. İnsan bədəninin təxminən üçdə ikisi sudan ibarətdir. Bundan əlavə, qidaların, xüsusilə də tərəvəz və meyvələrin böyük bir hissəsini su təşkil edir. Günəşin istiliyi dəniz suyunun səthində buxarlanmaya səbəb olur və su buxarlanır və digər minerallar qalır və bu minerallar aşağıda olan su ilə qarışır. İçməli suyun asan içilməsi üçün suyun tərkibində müəyyən miqdarda həll olunmuş qazlar və minerallar olmalıdır. Bitkilər transpirasiya adlanan proses nəticəsində torpaqdan suyu udur və onun bir hissəsini yenidən atmosferə buraxır.
Su dedikdə ağlımıza adətən içməli su gəlsə də, bu belə deyil. Suyu əsas növlərə bölmək olar:
Qrunt suları : Səth suları ilə birbaşa əlaqə yaratmayan, Yer səthinin altındakı doymuş su qatında olan, təzyiqi atmosfer təzyiqinə bərabər və ya ondan çox olan sudur. 
Artezian Suyu: Məhdud su təbəqəsi adlanan və su səviyyəsi yeraltı su qatının yuxarı səviyyəsindən yüksək olan su qatını deşməklə əldə edilən quyu suyudur.
Bulaq uyu : Bulaq suyu müəyyən keyfiyyətlərə malik, etiketləmə tələblərinə cavab erən, qablaşdırılaraq satış üçün bazaraçıxarılan qrant sulardır.

Quyu suyu:

qazma və ya digər növ quyularla yeraltı su qatına (su qatına) çataraq alınan sudur.
Bütün məlum olan mayelərdən fərqli olaraq, su müəyyən bir temperatura (+ 4 ° C) çatana qədər büzülür. Daha sonra birdən genişlənməyə başlayır. Donduqda daha da genişlənir və buna görə də suyun bərk halı maye halından daha yüngüldür. 
Yəqin ki, buzun suyun üzərində üzdüyünü hər kəs görüb. Halbuki o “normal” fizikaya görə suyun dibinə batmalı idi. Suyun bu xüsusiyyəti Yer kürəsindəki, çaylar, dənizlər üçün çox vacibdir. Əks halda, Yer üzündəki suyun çox hissəsi tamamilə donardı, göllərdə və dənizlərdə həyat qalmazdı. Suyun gizli istilik və istilik tutumunun digər mayelərə nisbətən çox yüksək olması da dənizlərin qurudan daha gec isinib soyumasına şərait yaradır. Bu səbəbdən, yer üzündə quruda ən isti və ən soyuq yerlər arasında temperatur fərqləri 140°C-ə qədər olduğu halda, dənizlərin temperatur fərqi ən çox 15-20°C arasında dəyişir. 
Suyun istilik keçiriciliyi, yəni istilik keçirmə qabiliyyəti hər hansı digər məlum mayedən ən azı dörd dəfə yüksəkdir. Buz və qarın istilik keçiriciliyi isə aşağıdır. Suyun bu xüsusiyyəti də çox mühüm rol oynayır. Suitilər, pinqvinlər və digər arktik heyvanlar beləliklə dənizin üstündəki buzu deşərək aşağıda suya çata bilirlər.

Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to arzurasulova

1 Comment

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.