Avtomobil mühərriki

EPQ2...fs1t
7 Mar 2024
17

Avtomobil mühərriki – hər hansı bir enerjini avtomobili hərəkətə gətirmək üçün lazım olan mexaniki enerjiyə çevirən mühərrikAvtomobil mühərriki kimi daxili yanma mühərriki, xariciyanma mühərriki (buxar mühərriki və Stirlinq mühərriki), elektrik, əvvəlcədən burulub açılmış nazim çarxın enerjisindən və ya təzyiq altındakı qaz enerjisindən istifadə edən mühərriklər tətbiq oluna bilər.
Müasir avtomobillərdə, əsasən, daxiliyanma mühərriki işlədilir. Daxiliyanma mühərriki konstruksiyasına görə rotorlu və porşenli olur. Geniş yayılmış porşenli Avtomobil mühərriki silindrlərinin sayına və yerləşməsinə, işçi həcminə (litraj), təyinatına və s. görə növlərə ayrılır. Porşenli daxiliyanma mühərrikinin silindrlərinin sayı 1-dən 16-ya qədərdir. Birsilindrli mühərrikin işi müntəzəm olmadığından avtomobillərdə nadir hallarda quraşdırılır. Silindrlərin sayı artdıqca mühərrikin işinin müntəzəmliyi və avtomobilin hərəkət səlisliyi yüksəlir. Bununla yanaşı sürtünmə itkiləri artdığına görə avtomobillərdə 12-dən artıq silindr nadir hallarda tətbiq edilir. İş prosesinin xarakterinə görə dördtaktlı və ikitaktlı, yanacağın alışdırılma üsuluna görə qığılcım (karbüratorlu, yaxud benzinlə işləyən mühərrik də deyilir) və sıxılma ilə alışdırılan (dizel mühərriki) daxiliyanma mühərrikilər olur.
Daxiliyanma mühərrikin işləməsi üçün yanacaqla hava müəyyən nisbətdə qarışdırılmalıdır. Benzinlə işləyən daxiliyanma mühərrikidə yanacağın hava ilə qarışdırılması prosesi silindrdən kənarda (karbüratorda), yaxud bilavasitə silindrin daxilində (benzin püskürməli mühərrik) baş verə bilər. Müasir avtomobil mühərrikilərində karbürator, demək olar ki, tamamilə injektorlarla əvəz olunur. Benzin mühərriklərində yanacaq alışdırma şamı ilə alışdırılır, dizel mühərriklərində isə forsunkadan silindrə püskürdülən yanacaq orada özbaşına alışır. Əsasən, böyük avtomobillərdə tətbiq olunan dizel mühərriki nisbətən az yanacaq sərf edir, lakin ağır və səs-küylüdür. Elektron idarəetməli dizellərin yeni qida (yanacaq təchizatı) sistemi avtomobillərin səsini, tüstüsünü və s.azaltmağa imkan verir.
Daxiliyanma mühərrikidən çıxan işlənmiş qazın zərərli maddələri katalitik neytrallaşdırıcılar vasitəsilə azaldılır. Qaz balonlu avtomobil mühərriki atm.-i nisbətən az çirkləndirir. Belə mühərriklərdə maye (propan və butan qarışığı) və sıxılmış (əsasən, metan) qazdan istifadə edilir. Avtomobil mühərriki üçün perspektivli yanacaq növü hidrogendir. Mühərrikində yanacaq kimi hidrogendən istifadə edilən avtomobillər (məs., BMW) atmosferi, demək olar ki, çirkləndirmir. Avtomobil mühərrikinin gücü, fırlanma momenti, həmçinin bunların mühərrikin valının fırlanma tezliyindən asılılığı onu xarakterizə edən əsas göstəricilərdir. Mühərrikin gücü 2,5 kVt-dan (kiçiklitrajlı avtomobil) 800 kVt-a qədər və daha böyük ("Formula–1") ola bilər. Porşenli daxiliyanma mühərrikin konstruksiyasının təkmilləşdirilməsi onun gücünün artırılması, kütləsinin qabarit ölçülərinin və eyni zamanda yanacaq sərfinin azaldılması istiqamətində aparılır. Yanacağa qənaət etmək üçün bəzi mühərriklərdə ayrı-ayrı silindrlərin işinin dayandırılma imkanı vardır. Alternativ enerji mənbəyi ilə işləyən hibrid avtomobillərdə aparan təkərlərin intiqalı kimi daxiliyanma mühərriki ilə yanaşı elektrik mühərrikindən də istifadə olunur. 
Mühərrik avtomobildə ən vacib hissələrdən biridir. Bu hissə bir nə qədər sağlamdırsa, bir o qədərdə avtomobilimiz yaxşı işləyəcək. Bəs mühərriyin ömürünü necə uzatmaq olar? Bunun üçün biz motora ziyan edən səbəbləri bilməliyik. 
Avropada mövcüd olan ekoloji normalara görə istehsalçılar iddia edirlər ki, müasir maşınları işə salan kimi hərəkətə davam etmək olar. Təbii ki, avtomobili işə salıb 12 il də gözləmək də lazım deyil. Belə olduqda siz ona daha da ziyan edirsiz. Çünki aşağı dövrlərdə mühərrikdə - xüsusən də klapanlarda qara çöküntü daha tez əmələ gəlir. Lakin mühərriyi işə salan kimi sürmək də düzgün deyil. Məsləhətdirsə işə saldıqdan 3-4 dəqiqə sonra mühərriyin dövrü aşağı düşür və yavaş-yavaş hərəkətə başlamaq olar.
Bəli, maşını daim aşağı dövrlərdə sürmək də mühərriyin ömrünü azaldır. Aşağı dövrlərdə mühərriyə çox yük düşür, yağ nasosu isə aşağı təzyiq ilə işləyir. Nəticədə hissələrin yağlanması düzgün baş vermir. Motorun dövrlərini qaldırmaqdan qorxmaq lazım deyil, lakin bu o demək deyil ki, daim qırmızı zonada və ya ona yaxın sürmək lazımdır.
Qırmızı zona demişkən, maşın daim ekstremal şəraitdə istifadə ediriksə, yəni dövrlər daim qırmızı zonadadırsa mühərrik tez bir zamanda sıradan çıxacaq. Ona görə ki, dirsəkli val ekstremal dövrlərdə (söhbət qırmızı zonadan gedir) maksimal sürəti ilə dövr edir və piston (porşen) halqalar yağı silindir divarlarından normaldan tez götürür. Nəticədə quru sürtünmə baş verir, piston (porşen) qrupu yüksək temperaturda işləyir və sıradan çıxır.
Bu birbaşa mühərriyin ölümü deməkdir. Bəs səbəb nədir? İlk olaraq antfirizin və suyun soyutma keyfiyyətləri tamam fərqlidir. Cihazlar tablosu temperaturu normal göstərsə belə maşın diaqnostikası üçün proqramdan istifadə edərək mühərriyin yağınının temperaturuna baxsaq temperatur bir neçə dərəcə yuxarı olacaq. Bu da maşın mühərriyin hissələrinin normal temperaturda işləməməsi və yağın keyfiyyətini tez itirməsi deməkdir. 
Hər bir əşyanın və ya maddənin istifadə müddəti var. Motor yağı da istisna deyil və zamanı gəldikdə dəyişilməlidir. Bu zaman aralığı isə 20 000 km, və ya 15 000 km deyil, ən çoxu 10 000 km olaraq məsləhət görülür. Təbii ki, bu məqam əgər avtomobil daim şossedə sürülürsə nəzərdə tutulmalıdır. Şəhərdə sürülən avtomobillərdə isə 7 000 km sürüşdən sonra yağ dəyişilməsi məsləhətdir. Maşın sürüldükcə, motor yağı da istifadə olunur. Tıxacda və ya işiqforda gözlədiyimiz zaman yağın temperaturu yuxarı olur və yağ keyfiyyətini daha tez itirir. 

Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to murad

1 Comment

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.