Qobustan Dövlət Tarixi-Bədii Qoruğu.

48bF...osq9
14 Feb 2024
38

Qobustan Dövlət Tarixi-Bədii Qoruğu — Azərbaycan ərazisində, Bakı yaxınlığında arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruq. Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakıdan 55 km (yol ilə 65 km) məsafədə yerləşir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir. Qobustan dövlət tarixi-bədii qoruğu 2007-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Qoruq Mədəniyyət və Turizm Nazirliyinin nəzdindədir. Burada eləcə də muzey fəaliyyət göstərir.


Qobustan adının minimal Jegkeheen və anlamı barədə müxtəlif tedqiqatçılar ferqli fikirlər söyləmişlər. Lakin onlardan ən çox işlədilən fikir toponimin coğrafi şəraitlə bağlı yaranmasıdır. Həmin fikrə görə Qobustan qobular diyarı, ucsuz-bucaqsız düzənlik, saysız-hesabsız təpələr arasında torpaq uçuntulardan əmələ gəlmiş yarğanlar və dərələrdir. Heç bir həndəsi şəklə malik olmayan bu sistemsizliyin özündə suyun, havanın, küləyin, zəlzələ və palçıq püskürmələrinin yaratdığı böyük təbii hərc-mərclik aləmi müşahidə olunur. Bu, illərin, əsrlərin deyil, milyon illərin abaşırdıcıl olaraq yaratdığı dağıntılar və "quraşdırmaların" nəticəsidir. Qobustan adının da mənşəyi məhz bu təbii şəraitlə izah olunur.


Digər bir verisyaya görə isə Qobustan sözünün ilkin forması Gavistan şəklində olmuşdur. "gav" farsca öküz, inək, "stan" isə diyar anlamında yer bildirən şəkliçidir. Bu halda söz "Öküzlər diyarı" şəklində şərh edilməkdədir. Bu versiyanın da irəli sürülməsi təsadüf olmamışdır. Çünki, vaxtilə Qobustan ərazisində çoxlu çöl öküzü yaşamışdır. Min illər keçdikcə onların bir hissəsi ölmüş, bir hissəsi isə əhliləşdirilmişdir.


Başqa bir versiyaya görə isə bu yerin adı Kəbristan olmuşdur. "Kəbr" oda sitayiş edən, "stan" isə diyar anlamında kimi qəbul edildikdə söz oda sitayiş edənlərin diyarı kimi anlaşılmaqdadır. Bu versiyaya görə, bu yerlərdə atəşpərəstlər yaşamış, ona görə də ərazi Kəbrstan adlandırılmışdır.


BULB: The Future of Social Media in Web3

Learn more

Enjoy this blog? Subscribe to iftixar

2 Comments