Qarabağ

52Qi...qwS9
8 Apr 2024
27

Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç Misli Premyer Liqasının 29-cu turu çərçivəsində “Səbail”ə 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Ötən tur çempionluğu təmin etdikdən sonra “Səbail”lə matçda da gözəl oyunla qələbə qazandınız. Bu matça köklənmək çətin olmadı?
- Biz hər oyuna motivasiya ilə çıxırıq. Düşünürəm ki, hər matçda da inamlı çıxış edirik. Baş məşqçimiz də bizdən işimizə ciddi yanaşmağı tələb edir. O bildirir ki, bütün rəqiblərə hörmətlə yanaşmalıyıq. Odur ki, bütün görüşlərdə qalib gəlmək istəyirik.
- “Qarabağ”ın qızıl medalları erkən təmin etməsi çempionatın səviyyəsinin aşağı
olmasını göstərir?Ötən tur çempionluğu təmin etdikdən sonra “Səbail”lə matçda da gözəl oyunla qələbə qazandınız. Bu matça köklənmək çətin olmadı?
- Biz hər oyuna motivasiya ilə çıxırıq. Düşünürəm ki, hər matçda da inamlı çıxış edirik. Baş məşqçimiz də bizdən işimizə ciddi yanaşmağı tələb edir. O bildirir ki, bütün rəqiblərə hörmətlə yanaşmalıyıq. Odur ki, bütün görüşlərdə qalib gəlmək istəyirik.
- “Qarabağ”ın qızıl medalları erkən təmin etməsi çempionatın səviyyəsinin aşağı olmasını göstərir?
- Çempionatın səviyyəsi barədə danışa bilmərəm. Yalnız “Qarabağ” barədə fikirlərimi bölüşə bilərəm. Çox yaxşı komandamız var. Bəli, digər rəqiblərlə aramızda fərq var. Bunu danmaq olmaz, bu, faktdır. Ümumilikdə çempionatın səviyyəsi nə qədər güclü olsa, çempionluq uğrunda nə qədər çox komanda mübarizə aparsa, bu, Azərbaycan futbolunun inkişafı baxımından lazımlıdır.
- Belə başa düşdük ki, erkən çempionluq sizin üçün gözlənilməz omadı?Xeyr, bu, mənim üçün sürpriz olmadı. Çünki bütün oyunlarda inamlı çıxış edirdik.
- Azərbaycan kubokunda yarımfinalın ilk matçında səfərdə “Neftçi”ni 4:0 hesabı ilə məğlub etdiniz. Cavab oyunundan gözləntiləriniz nədir?
- Cavab matçında da yaxşı oyun göstərməyə çalışacağıq. Arxayınlaşmaq olmaz. “Sabah”la cavab görüşü yadımızdadır. Həmin vaxt da səfərdə böyükhesablı qələbə qazansaq da, öz meydanımızda uduzduq. Həm də finalda oynamaq, kuboku qazanmaq istəyirik.
- Avrokuboklardakı inamlı çıxışdan sonra “Qarabağ” yayda sizi heyətində saxlaya biləcək? Bir neçə klubdan təklif aldığınız barədə deyilənlər nə dərəcədə doğrudur?
- Bu barədə heç nə deyə bilmərəm. Təbii ki, yaxşı oynayırsansa, təkliflərin olması normaldır. Bütün klubların skautları mövsüm boyu iş başında olurlar, hər bir futbolçunu izləyirlər. Mövsümün sonuna iki ay var. İndidən transfer məsələləri barədə danışmaq tezdir.
- İstər ötən tur çempionluğu təmin etdiyiniz, istərsə də “Səbail”lə görüşdə stadiona toplaşan azarkeşlərin sayı çox az idi. Bu məqam sizə necə təsir edir?
- İlk gəldiyim gündən təəccüblənirəm ki, niyə insanlar stadiona az gəlirlər. Halbuki Tovuzda, Gəncədə azarkeş çox olur. Lakin Bakıda elə deyil. Təbii ki, azarkeşlər stadiona axın edəndə daha yaxşıdır. Heç kim boş tribuna önündə futbol oynamaq istəməz.


 Bizi İnstagramda izləyin

Daha çox

8 APREL 2024 / 21:57
"Kür-Araz" - "Dinamo" matçında vurulan qollar - Video
8 APREL 2024 / 21:11
"Real"a qarşı oynamayacaqlar
8 APREL 2024 / 20:30

Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to fikret

0 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.