Zəyzid kəndi

9YDt...Dzuh
10 Mar 2024
32



Orta Zəyzid kəndi rayonun ən qədim kəndlərindən biri, ölkənin ən qədim yaşayış məskənlərindəndir. Kənddə X-XI əsrə aid Zəyzid məbədi yerləşir. Bundan başqa, iki alban kilsəsi də öz varlığını qoruyub saxlamışdır. Lakin hər üç məbədin diqqətdən kənar qalması onları təbiətin amansız sürprizlərinə qarşı dözümsüz qılır və hər an məhv olmaq təhlükəsi ilə üz-üzə qoyur. Kəndin dağlıq hissəsində Alban qəbiristanlığı yerləşir. Qəbirlərin eramızın VII-VIII əsrlərində və daha əvvəl yaşamış xristian albanlara məxsus olduğu qeyd edilir. Məzar daşlarının kortəbii və nizamsız şəkildə - İslam ənənəsinə zidd yerləşməsi onların xristian olduğunu deməyimizə imkan verir. Tarix kursundan bildiyimiz kimi, albanların İslamı qəbul etməsi eramızın VII-VIII əsrlərinə təsadüf edir. Kənd əhalisi qədimdən igidliyinə və vətənpərvərliyinə görə başqalarına örnək olmuşdur.


1934-cü ildə başlanmış qaçaq hərəkatında Zəyzid qaçaqları xüsusilə fərqlənirdilər. Həmin ildə Şəkidə hakimiyyəti ələ alan Zəyzid qaçaqları rus qarnizonunu şəhərdən qovmağa müvəffəq oldular. Lakin hərəkatın kortəbii təşkili, lazımi şəraitdə həlledici zərbənin gecikməsi, sayların qeyri-bərabərliyi qaçaqların idarəni qısa müddətdə əldən verməsinə səbəb oldu. Zəyzid qaçaqlarının başçısı Qaçaq Abbas bütün silahdaşları ilə birlikdə güllələndi.


Böyük Vətən müharibəsi illərində müharibədə kənddən yüzlərlə əli silah tutan kişi iştirak etmiş və əksəriyyəti həlak olmuşdur. Kənd Qarabağ müharibəsində 7 şəhid vermişdir.

Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to ilhamsuleyman

6 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.