Dunya şöhrətli bəstəkar

22ss...gYW9
22 Feb 2024
28

 Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, AMEA-nın akademiki

 

1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində anadan olub. 

 

1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində musiqi məktəbinə daxil olur. 

1935–ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və Azərbaycan xalq musiqisinin əsasları siniflərində təhsil alır. 1938–ci ildə Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinə qəbul olur. Böyük vətən müharibəsinin başlaması ilə təhsilini yarımçıq qoyub Bakıya qayıdır və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər işləməyə başlayır.

 

Müharibə qurtarandan sonra Moskvada təhsilini davam etdirir. 1946-cı ildə Moskva Dövlət Konservatoriyasını bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində müəllim kimi işə başlayır. Həmin il Cövdət Hacıyev ilə birlikdə yazılmış “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülür.

 

1948–ci ildə SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü seçilir, “Leyli və Məcnun” simfonik poemasına görə Dövlət mükafatı laureatı olur. Daha sonra Azərbaycan Elmlər Akademiyasının memarlıq və incəsənət İnstitutunun musiqi bölməsinə rəhbərlik etməyə başlayır.

1949-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının direktoru vəzifəsinə təyin olunur. 1952–ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri seçilir. 1953–cü ildə onun bəstələdiyi “Yeddi gözəl” baleti Leninqrad Dövlət Kiçik (“Malıy”) opera teatrında səhnəyə qoyulur. 1956–1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edir. 

 

1955-1976-cı illərdə IV-IX çağırış SSRİ Ali Sovetlərinin deputatı seçilir. 1959–cu ildə SSRİ xalq artisti adını alır. Azərbaycan Elmlər Akademiyasının akademiki seçilir. 1978-ci ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verilir.

Fortepiano Qara Qarayevin gördüyu ilk musiqi alətidir. Çünki anası Sona xanım fortepiano ifaçılığı təhsili alıb. O, oğlunu musiqiüstə böyüdüb, onun əllərindən tutub, fortepianonun ağ dillərindən qara dillərində gəzdirib. Ağ-qara dillər balaca Qaranın ən gözəl əyləncəsindən həyat tərzinə, ömür yoluna çevrilir.
Qara Qarayev təkcə Azərbaycanda deyil, dünya musiqisində ildırımlı yollarla addımlayır. O, bu yollarda «Yeddi gözəl»i də görür, «Leyli və Məcnun»la, «Don Kixot»la görüşür. İnsanlara «Dostluq himni» yazır. Dinləyicilərinə «Könül nəğməsi», «Səadət nəğməsi» həsr etməklə musiqiyə öz rəngini qatır. Qara Qarayevin musiqi yoluna pianoçu Vladimir Kozlov, professorlar Qeorqi Şaroyev, Leopold Rudolf çıxır. Dahi Üzeyir Hacıbəyli və Dmitri Şostakoviç isə Qara Qarayevin ömür yolunda mayaka çevrilirlər.     
Azərbaycan Dövlət Konservatoriyası, yəni indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Qara Qarayev üçün doğma məkan idi. O, burada bəstəkarlıq fakültəsinin tələbəsi olub, çox sonralar müəllim kimi fəaliyyət göstərib. Hətta üç il konservatoriyanın rektoru da olub. 
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 309 nömrəli otağı vaxtilə Qara Qarayevin tələbələrinə dərs dediyi məkan olub. Bu otağa kimlər gəlməyib? Dahi bəstəkardan kimlər dərs almayıb?
Qara Qarayevin tələbələrindən olan Xalq artisti, bəstəkar Elnarə Dadaşova söyləyir ki, bu otaqda tələbə yoldaşları ilə yanaşı müəlliminin yanına məsləhətə gələn bəstəkalar da az olmayıb: «Olurdu ki, əsər zəif əsərdi, məsəlçün bəstəkar gətirib. Elə nəzakətlə ona hər şeyi izah edirdi ki, amma biz görürdük ki, əsər zəifdir, eşidirik bunu. O insan incimədən gedirdi, təşəkkür edib gedirdi, amma üzünü bizə tutub deyirdi ki, biz yanlış fikrə düşməyək. Deyərdi ki, bu, o nümunədir ki, konserti belə yazmazlar. Yəni həm nəzakət vardı, həm də eyni zamanda təlimini, tərbiyəsini boş buraxmırdı, yəni bizə də ünvanlayırdı… Bayram idi dərsləri»

Qara Qarayevin vaxtilə dərs dediyi otaqda Musiqi Akademiyasının «Bəstəkarlıq» kafedrası yerləşir. Kafedranın müdiri, Qara Qarayevin tələbəsi, əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzimovdur: «Üzeyir bəy bizim yeganə dahimiz, o, «Bəstəkarlıq» kafedrasının təməlini qoymuşdur. Ancaq onun bənnası Qara Qarayevdir. O, öz zəhməti ilə öz fəaliyyəti ilə bu gözəl kafedranı yaratmış, indiyənə qədər də çalışmaqdadır… Qara Qarayevin müəllim fenomeni ondan ibarətdir ki, o, o qədər tələbə var idi onda onun şəxsiyyətinə toxunmurdu».


Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to arzurasulova

2 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.