Mingəçevir şəhəri

3o1x...jA2k
22 Mar 2024
58

Mingəçevir — Azərbaycanın əhali sayı etibarilə dördüncü böyük şəhəridir. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. 4 fevral 1954-cü ildə respublika tabeli şəhər kateqoriyasına keçmişdir. Kür çayının sahillərində yerləşir. Mingəçevir şəhəri şərq, cənub və qərb tərəfdən Yevlax rayonu, şimaldan isə Mingəçevir Su anbarı ilə həmsərhəddir.
məlumat verərkən, onu Kür çayının sağ sahilində Boz dağın yaxınlığında yerləşən böyük yaşayış məntəqəsi kimi adını çəkir və burada ipək istehsal edən emalatxanalar, sənətkarlıq məhəllələri, mədrəsə və məscidlərin olduğundan xəbər verir. Mingəçevir Alban dövlətinin inkişaf etdiyi dövrlərdə ən mədəni bir mərkəz kimi tanınmışdır. Alban hökmdarı Arsvahanın və yerli nüfuzlu ruhani Beniaminin təşəbbüsü ilə "Alban əlifbası tərtib edildikdən, ölkədə məktəblər açıldıqdan sonra" Mingəçevir daha da inkişaf etmişdir. Qədim Mingəçevir İpək yolunun aparıcı qollarından biri olmaqla minilliklər boyu Kür çayı vasitəsilə qayıqlarla Gürcüstana, oradan Rioni çayı ilə Qara dəniz sahil rayonlərinə müxtəlif çeşidli mallar daşınmışdır. Eləcə də, yaxın Şərq ölkələrinə, Azərbaycanın qədim rayonlərinə mühüm karvan ticarət yolu buradan keçmişdir.
Alman hərbi əsirlərin Mingəçevirdə tikdikləri ev
Arxeloji qazıntılar zamanı bəzəkli şüşə məmulatları, qızıl və gümüşdən qablar, bəzək əşyaları, bir sıra qədim Şərq ölkələrinin sikkələrinin tapılması Mingəçevirin ticarət, sənətkarlıq, mədəni əlaqələrinin yüksək səviyyədə olmasından xəbər verir. Böyük ticarət yolu üzərində yerləşən Mingəçevir Kür çayında ən münasib keçid kimi XVIII–XIX əsrlərdə, hətta XX əsrin əvvəllərində öz əhəmiyyətini itirməmişdir. Qədim Mingəçevirlə bağlı faktlara Plutarxın, Strabonun, Ptolomeyin və başqa tanınmış tarixçi, coğrafiyaşünasların əsərlərində də rast gəlmək olur.
Mingəçevir İkinci dünya müharibəsindən sonra yaradılan gənc sənaye şəhəridir. Şəhərin tikintisində 20.000-ə yaxın insan, həmçinin İkinci dünya müharibəsi dövründə əsir düşmüş 10.000 alman əsiri də çalışmışdı. Şəhərin böyüməsi və inkişafı da burada qurulan elektroenergetika, maşınqayırma, neft-kimya, kimya, habelə yüngül və yeyinti məhsulları sənaye obyektlərinin tikintisi ilə bağlıdır.
Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakıdan 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı hava limanı 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı hava limanı Gəncə şəhərində 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir. Su anbarının həcmi 15,7 milyard kub metr, uzunluğu 70 km, maksimal eni 18 km, su örtüyünün sahəsi 605 km², orta dərinliyi 27 metr (maksimal dərinliyi 83 metr), səviyyə dəyişkənliyi 5–7 metrdir. Su anbarının qarşısını kəsən bəndin uzunluğu 1550 metrdir.
Mingəçevir dənizkənarı bulvarıMingəçevirdə bulaq
Mingəçevir şəhərinin iqlimi mülayim istidir. Orta temperatur yanvar ayında müsbət 2–3 dərəcə, iyul ayında 27–30 dərəcədir. İllik yağıntı 300–310 mm.


Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to Nano107322

2 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.