Vəşi pişik

52Qi...qwS9
11 Feb 2024
43

.Pişik

Azərbaycanın vəhşi pişikləri

Zulfu Farajli7 Mart 2020Təbiət
Bu bloqda 5 il əvvəl yazmağa başlamışam. Və yazdığım ilk yazı da ölkəmizdə rast gəlinən pişik növləri olub. O vaxt yalnız növlərin adını qeyd etmiş və fotolarını bölüşmüşdüm. Quşlardan sonra ən sevdiyim heyvan qrupu pişikkimilərdir.Təəsüf ki, ölkəmizdə yayılmış 6 (və ya 5 – fərq izah olunacaq) pişik növünün hamısı azsaylı olub, Qırmızı Kitaba əlavə edilmişdir. Qərar verdim ki, 5 il sonra eyni mövzuda daha detallı yazı yazım. Başlayaq…

BÖYÜK PİŞİKLƏR (lat. Panthera)

Böyük pişiklər dedikdə Panthera cinsinə məxsus iri ölçülü pişiklər nəzərdə tutulur. Bura 5 növ daxildir: Aslan (şir), pələng, yaquar, bəbir və qar bəbiri (irbis). Ölçülərinin digər pişikkimilərdən iri olması ilə yanaşı bu qrupun əsas xüsusiyyətləri kükrəmə qabiliyyətlərinin olmasıdır (qar bəbiri istisna). Vaxtilə ölkəmizdə iri pişiklərdən şir, pələng, bəbir olsa da geriyə sadəcə bəbir (qaplan) qalıb, digərlərinin nəsli tükənmişdir. Ölkəmizdə bəbirin Qafqaz bəbiri adlanan yarımnövünə (lat. Panthera pardus tulliana=saxicolor) rast gəlinir. Ölçücə bəbirlərin arasında ən iri yarımnöv hesab olunur. Əsas qidasını dağ keçiləri, muflon, qaban, cüyür, tirəndaz (oxlu kirpi) və digər canlılar təşkil edir.
Cütləşmə dönəmində erkək və dişi birgə – Zəngəzur Milli Parkı
© WWF Azerbaijan
Ölkəmizdə bəbirə Naxçıvan Muxtar Respublikasında (Zəngəzur Milli Parkı) və Talış dağlarında (Hirkan Milli Parkı) rast gəlinir. Hazırda onların sayı 15-ə yaxındır. Əksər coğrafiyaçıların qəbul etdiyi kimi ölkəmizin Avropada yerləşdiyini qəbul etsək, bu bəbirlərimizi Avropanın ən iri və ən nadir pişikləri edir. Ölkəmizdə çəkilmiş müxtəlif bəbir görüntüləri – https://www.youtube.com/watch?v=PJDSMNLsA2o

KİÇİK PİŞİKKİMİLƏR (lat. Felinae)

Dünyada yayılmış pişikkimilərin çoxu kiçik pişikkimilərdir. İri pişikkimilərdən fərqli olaraq bu qrupa daxil olan növlər kükrəyə bilmir. Dünyada 35 növ kiçik pişşikimi vardır. Adlarının kiçik pişikkimi olması sizi yanıltmasın. Yetəri qədər iri ölçülü pumalar da, hepardlar da bu ailəyə daxildir. Ölkəmizdə isə aşağıdakı növlərinə (5 ədəd) rast gəlinir:

  1. Vaşaq (lat. Lynx lynx) – Ölkəmizdə bəbirdən sonra ikinci ən iri ölçülü pişik növüdür. Bizdə mövcud olan yarımnövü Qafqaz vaşağı (lat. L.l. dinniki) adlanır.

Qafqaz vaşağı (lat. Lynx lynx dinniki)
Qidasını əsasən dağ keçisi, cüyür, dovşan, müxtəlif quşlar, habelə gəmiricilər kimi xırda məmlilər təşkil edir. Olduqca kiçik və qara uclu quyruğu və qulağının üzərində olan uzun qılları (püskülləri) digər növlərdən ayırıcı xüsusiyyətidir. Bədənindəki xallar yaş, mövsum, habelə areallardan aslı olaraq müxtəliflik göstərə bilər, hətta bəzən xalsız fərdlərə də rast gəlinir.
2. Qamışlıq pişiyi (lat. Felis chaus) – Ölçücə ev pişiyindən iridir. Adından göründüyü kimi əsasən qamışlıqların olduğu su-bataqlıq ərazilərində rast gəlinir. Ölkəmizdə dominant yarımnövü olan lat. F.c.chaus yayılmışdır. Qidasını əsasən müxtəlif quşlar, gəmiricilər, balıqlar və digər kiçik canlılar təşkil edir.
Xalsız və ya zolaqsız bozumtul-qəhvəyi kürkü ilə digər pişikkimilərdən fərqlənir. Həmçinin ağzının üzərindəki ağ hissə də seçilir. Eynilə vaşaqda olduğu kimi qulağının uclarında eşitmə qabiliyyətini artıran (“səs tutan”) qıllar var.
3. Manul (lat. Otocolobus manul) – Ölçüsü təxminən ev pişiyi boydadıdır. Lakin, sıx və uzun xəzinə görə daha iri ölçülü (“toppuş”) görünür. Ev pişiyindən qısa qollarına görə seçilir. Xəzi bəzən tutqun (çirkli-sarı-boz), bəzən isə qırmızımtıl-sarı rəngdə olur.
Yeriyən kürk yumağına bənzəyən Manul pişiyi (lat. Otocolobus manul)
Qidasını əsasən kiçik gəmiricilər, müxtəlif quşlar və digər kiçik canlılar təşkil edir. Ölkəmizdə əvvəllər Naxçıva MR ərazisəndə rast gəlinməsi ilə bağlı məlumat var. Hazırda isə ehtimal ki, nəsli ölkəmizdə tükənib (Buna görə ölkəmizdəki pişikkimi növləri manul sayıldıqda 6, onsuz 5 növ olur).
4. Vəhşi pişik (lat. Felis silvestris). Əsasən meşəlik ərazilərdə rast gəlindiyindən həm də meşə pişiyi də deyirlər. Ölkəmizdə bu pişiyin Qafqaza xas hesab olunan lat. F.s.caucasica yarımnövü yayılmışıdır. Qidasını gəmiricilər, quşlar, sürünənlər və digər canlılar təşkil edir.
Ölçüsü ev pişiyi boydadır və ona çox bənzəyir. Hətta, bəzən bu iki növü ayırmaq çətin olur. Nisbətən “əzələli” bədən quruluşuna və tipik (qalın uclu və zolaqlı) quyruğuna görə ev pişiyindən seçilir.
Ev pişiyi və vəhşi pişik arasındakı kürk və quyruq ölçüsündəki fərqlər.
5.Çöl pişiyi (lat. Felis lybica) – Əvvəllər vəhşi pişiyin (lat. F.silvestris) yarımnövü hesab olunurdu. Artıq isə növ statusu qazanmışdır. Bu növ ev pişiyinin əcdadı hesab olunur. Buna görə də ümumi xarakteristikaları bənzərdir. Meşə pişiyindən fərqli olaraq daha çox çöl və düzənliklərdə, bəzən isə yüksək dağlıq ərazilərdə rast gəlinir. Ölkəmizdə xallı xəzi və uzun quyruğuna görə seçilən lat. Felis lybica ornata yarımnövü yayılmışdır. Qidasını meşə pişiyində olduğu kimi gəmiricilər, quşlar, sürünənlər və digər canlılar təşkil edir.
Çöl pişiyi (lat. Felis lybica) © WWF Azerbaijan

OXUDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR.

Bunu paylaş:


Oxşar

Təbiətə zərər verən canlılar
1 Avqust 2019
"Təbiət" kateqoriyasında
Azərbaycan ərazisində yaşamış və ya yaşayan pişikkimilər
26 Oktyabr 2015
"Təbiət" kateqoriyasında
AZƏRBAYCANIN ƏN NADİR YIRTICI MƏMƏLİLƏRİ
3 İyul 2023
"Təbiət" kateqoriyasında

Yazılar üzrə naviqasiya


Öncəki Sonrakı

Bir şərh yazın




By continuing to use this website, you agree to their use.
To find out more, including how to control cookies, see

Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to fikret

1 Comment

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.