5500 Metr H Paraşütsüz Tullanan Əsgər

8wt9...ddBY
18 Jan 2024
70

24 mart 1944-cü il tarixində 21 yaşlı Nikolas Alkemade digər 6 heyət üzvü ilə birlikdə Schmallenberg-in şərqindəki bombardmançı hücumdan geri dönərkən düşmən təyyarəsinin hücumuna məruz qalır.
Təyyarə vurular, qanadı və gövdəsi parçalanır, yanmağa başlayır. Bu yanğında paraşütlər də alovlanır. Nikolas Alkemade təyyarədə yanaraq ölməkdənsə tullanaraq ölməyə qərar verir və 5500 metr hündürlükdə təyyarədən tullanır.

Alkemade şam ağacının, daha sonra da yerdəki qar örtüyünün üstünə düşür. Bir müddət sonra qollarını və ayaqlarını tərpədə bilir. 5500 metrdən düşən və möcüzəvi şəkildə sağ qalan bu əsgərin burxulmuş bir ayağından başqa bədənində heç bir qırıq, sınıq olmayıb. Yanğına görə bədənində bəzi yanıq izləri olub.
Sağ qalmasına baxmayaraq xilas olmaq üçün fiitini çalan Alkemade almanlara əsir düşür. Digər 6 nəfər maraqlıdırsa, onlar ölüblər.
Britaniya ordusunun əsgəri olan Alkemade əvvəlcə xəstəxanaya sonra əsirlərin olduğu düşərgəyə aparılır. Dindirilən zaman əvvəlcə alman zabitləri ona inanmır, amma sonra təyyarənin və yanmış paraşütlərin qalıqlarını tapanda ona inanırlar və bu hadisə onu çox populyar edir. Bu populyarlığa baxmayaraq təbii ki, Alkemadeyə heç bir xüsusi güzəşt edilmir.
Nikolas Alkemade 1945-ci ildə 10 min düşərgə əsiri ilə birlikdə yüzlərlə km məsafəni -22 dərəcə şaxtada qət edir və xilas olan az sayda əsirdən biri olur. Alkemade 64 yaşında, 1987-ci ildə öz əcəli ilə ölür.

Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to Sahib

13 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.