Cavanşir Quliyev

8quM...2m9N
10 Feb 2024
33



BəstəkarlarCavanşir Quliyev

Cavanşir Quliyev

Bəstəkar
(22.11.1950)
Cavanşir Rəhim oğlu Quliyev Şəkidə anadan olub. Şəki Musiqi Texnikumundan məzun olub (1968). 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının tar sinfinə daxil olub. İki ildən sonra bəstəkarlıq fakültəsinə keçib və Cövdət Hacıyevin bəstəkarlıq sinifində təhsil alıb (1975). Tələbəlik illərindən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru işləməyə başlayıb (1973-1990). Bir müddət Azərbaycan Konsert Birliyində bədii rəhbər olub (1990-1993), Musiqi Akademiyasında və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib. Paralel olaraq 1992-ci ildən Akademik Milli Dram Teatrında musiqi hissə müdiri olub. 2003-cü ildən Azərbaycən Milli Konservatoriyasının dosenti, 2005-ci ildən professoru, 2005-ci ildən Şimali Kipr Türk Respublikasının Yaxın Şərq Universitetinin səhnə sənətləri fakültəsinin professorudur


Beş yüzə qədər mahnı, fortepiano üçün “Prelüdlər”, ”Sonatina”, muğam səs sıralarında hazırlanmış royal üçün “Yeddi pyes”, çoxsəsli xor üçün “Dönübdü”, fleyta və fortepiano üçün “Skertso”, birinci və ikinci simli “Kvartetlər”, taxta nəfəsli alətləri üçün “Kvartet”, mis nəfəsli alətləri üçün “Kvintet”, simli orkestr və zurna üçün “Musiqi”, simfonik orkestr və zurna üçün “Uvertüra”, saz və skripka üçün “Sonata”, dörd simfoniya, saz, fleyta və violonçel üçün “Karvan” triosu (2000), simli orkestr üçün “Dastan” (2001), dünya xalqlarının musiqi alətlərindın ibarət orkestr üçün (“Atlas” – Hollandiya) “Bayatı”, “Məhəbbət oyunu” (2001) və “Yeddi məhbusə” operettaları, “Oğuznamə” baleti, teatr tamaşalarına musiqi (“Sevgililərin cəhənnəmdə vüsalı” (1991), “İydə ağacı” (1992), “Özümüzü kəsən qılınc” (1999), “Dar ağacı”, “Aydın” (2000)) yazıb


Gürcüstan istehsalı olan “Aşıq Qərib” (1988, rejissorlar Sergey Paracanov, David Abaşidze) filminin musiqilərini yazıb. “Humay” (2000), “Qızıl Dərviş” mükafatları (2001) laureatı, Əməkdar incəsənət xadimidir (1992). “Sübhün səfiri” filminə görə “Ən yaxşı orijinal musiqi” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb (2Gürcüstan istehsalı olan “Aşıq Qərib” (1988, rejissorlar Sergey Paracanov, David Abaşidze) filminin musiqilərini yazıb. “Humay” (2000), “Qızıl Dərviş” mükafatları (2001) laureatı, Əməkdar incəsənət xadimidir (1992). “Sübhün səfiri” filminə görə “Ən yaxşı orijinal musiqi” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb (2015).

Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to eserifov

0 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.