Makedoniyalı İsgəndər

48bF...osq9
7 Feb 2024
42

Qə­dim Yu­na­nıs­ta­nın Ma­ke­do­ni­ya çar­lı­ğı­nın hökm­da­rı və Ar­ge­ad­lar sü­la­lə­si­nin nü­ma­yən­də­si, qə­dim dün­ya­nın məş­hur fa­te­hi, sər­kər­də­si və hökm­da­rı İs­gən­dər era­mız­dan əv­vəl 21 iyul 356-cı il­də ana­dan olub. İs­gən­dər adı ona ulu əc­da­dı olan Ma­ke­do­ni­ya pad­şa­hı I Alek­san­drın şə­rə­fi­nə ve­ri­lib.
Ar­ge­ad­lar sü­la­lə­si­nin bü­tün nü­ma­yən­də­lə­ri ki­mi İs­gən­də­rin ata­sı, Ma­ke­do­ni­ya pad­şa­hı II Fi­lipp də özü­nü He­rak­lın nəs­lin­dən he­sab edir­di. Ana­sı Olim­pia­da isə Epir pad­şa­hı­nın qı­zı idi.
Əf­sa­nə­yə gö­rə, bir gün Olim­pia­da yu­xu­da gö­rür ki, onu il­dı­rım vu­rur. Bu zər­bə­dən güc­lü alov tö­rə­yir və sü­rət­lə hər tə­rə­fə ya­yı­lır. Son­ra isə bü­tün dün­ya­nı bü­rü­yür və ani ola­raq da sö­nür. Yu­xu­yo­zan­lar bil­di­rir ki, onun oğ­lu ola­caq, bü­tün dün­ya­nı fəth edə­cək və çox az ya­şa­ya­caq.
Qə­dim yu­nan­la­rın adə­ti­nə gö­rə, İs­gən­dər yed­di ya­şı­na­dək evin qa­dın­lar olan his­sə­sin­də ana­sı və da­yə­si­nin ya­nın­da ya­şa­yır. İs­gən­dər möh­kəm, cəld və cü­rət­li bö­yü­yür­dü. Uşaq­lı­ğın­da hi­ma­yə­dar­la­rı ilə sa­vaş­da və id­man ya­rış­la­rın­da hə­mi­şə qə­lə­bə qa­za­nır­dı. O, da­im mü­ha­ri­bə­lər­də də qə­lə­bə qa­zan­maq ar­zu­su ilə ya­şa­yır­dı. Yed­di ya­şı ta­mam ol­duq­dan son­ra İs­gən­dər ənə­nə­yə əsa­sən evin ki­şi­lər ya­şa­yan his­sə­si­nə ke­çi­ri­lir. Bu­ra­da onun­la dö­yüş və hər­bi işə ha­zır­lıq üçün cid­di məş­ğə­lə­lər apa­rı­lır. İs­gən­dər əv­vəl­cə öz ya­şıd­la­rı ilə at sür­mə­yi öy­rə­nir. Mü­rək­kəb fi­zi­ki hə­rə­kət tə­ləb edən tap­şı­rıq­la­rın ye­ri­nə ye­ti­ril­mə­sin­də, si­lah­la dav­ran­maq­da ona tay ta­pıl­mır­dı. Bir də­fə fes­sa­li­ya­lı yu­nan ta­ci­ri Fi­lo­nik Fi­lip­pə bir at al­ma­ğı tək­lif edir. O bu­nun üçün 30 ta­lant məb­lə­ğin­də pul is­tə­yir. Ha­mı bu məb­lə­ğin çox­lu­ğun­dan hey­rət­lən­sə də, fes­sa­li­ya­lı tə­kid edir ki, be­lə at dün­ya­da ye­ga­nə­dir, bu­na gö­rə də bu qiy­mə­tə də­yər. Fə­qət mi­nil­mə­miş ata ya­xın düş­mək ol­mur. Ən ma­hir və ən güc­lü mi­ni­ci­lər be­lə ona ya­xın­la­şa bil­mir. Fi­lipp acıq­la­nır və atı al­maq­dan im­ti­na edir. Bu za­man gənc İs­gən­dər qış­qı­ra­raq:"Gör qor­xu­la­rın­dan ne­cə atı əl­dən ve­rir­lər!" - de­yir. Bu söz­lə­ri eşi­dən Fi­lipp qə­zəb­lə­nir və İs­gən­də­rə ata min­mə­yi tək­lif edir. İs­gən­dər atın yü­yə­nin­dən tu­tub onu gü­nə­şə tə­rəf çe­vi­rir. O ba­şa dü­şür ki, at öz köl­gə­sin­dən qor­xur. Cəld atın be­li­nə atı­lır və çap­ma­ğa baş­la­yır. Fi­lipp və əha­tə­si baş ve­rən­lə­rə qor­xu ilə ta­ma­şa edir. Fə­qət İs­gən­dər mi­ni­ci­li­yin bü­tün qay­da­la­rı­na mə­ha­rət­lə əməl edir, döv­rə­ni ba­şa vu­ra­raq Fi­lip­pin qar­şı­sın­da at­dan dü­şür. Fi­lipp göz yaş­la­rı için­də oğ­lu­nu öpür və be­lə de­yir: "Oğul, özü­nə mü­na­sib şah­lıq ax­tar, Ma­ke­do­ni­ya sə­nin üçün çox ki­çik­dir!


Fi­lipp is­tə­yir­di ki, oğ­lu yax­şı təh­sil al­sın. Bu­na gö­rə də İs­gən­də­rin 13 ya­şı ta­mam olan­da ona təh­sil ver­mək üçün döv­rün ən məş­hur fi­lo­so­fu Aris­to­te­li sa­ra­ya də­vət edir. Aris­to­te­lin ata­sı Ma­ke­do­ni­ya pad­şa­hı­nın sa­ra­yın­da hə­kim iş­lə­miş və Fi­lip­lə Aris­to­tel uşaq­lıq­da bir yer­də oxu­muş­du. Aris­to­tel İs­gən­də­rin mü­əl­li­mi olur və Mie­za­da­kı Nim­fa­lar mə­bə­di dərs keç­mək üçün mə­kan ola­raq se­çi­lir. İs­gən­də­rə dərs ver­mə­yin əvə­zin­də Fi­lipp yer­lə-yek­san et­di­yi Aris­to­te­lin və­tə­ni Sta­qi­ri ye­ni­dən in­şa et­mək və kö­lə ol­muş köh­nə sa­kin­lə­ri sa­tın alıb azad edə­rək, sür­gün­də olan­la­rı isə ba­ğış­la­ya­raq şə­hə­ri ye­ni­dən dol­dur­maq şər­ti­ni qə­bul edir.
İs­gən­dər coğ­ra­fi­ya məş­ğə­lə­lə­ri­nə xü­su­si səy gös­tə­rir­di. O, Aris­to­tel­dən çox şey öy­rə­nir və hət­ta onu özü­nün "ikin­ci ata­sı" ad­lan­dı­rır. İs­gən­dər öz dost­la­rı­na be­lə de­yir­di: "Fi­lip­pə borc­lu­yam ona gö­rə ki, mə­ni hə­ya­ta gə­ti­rən odur. Aris­to­te­lə isə mə­nə hə­ya­tı öy­rət­di­yi­nə gö­rə borc­lu­yam."
İs­gən­dər 16 ya­şı­na çat­dıq­da Aris­to­te­lin ona dərs keç­mə döv­rü ba­şa ça­tır. Fi­lipp İs­gən­də­ri na­ib və va­ri­si ki­mi öz ye­ri­nə qo­ya­raq sə­fə­rə çı­xır. Ata­sı sə­fər­dən ge­ri qa­yı­da­na qə­dər gənc İs­gən­dər qi­yam et­miş tay­fa­la­rı ta­be et­mə­yi ba­ca­rır. Hət­ta İran el­çi­lə­ri­ni qə­bul edə­rək, öz ağ­lı və zə­ka­sı ilə on­la­rı nə­in­ki tə­əc­cüb­lən­di­rir, hət­ta qor­xu­ya sa­lır. İs­gən­dər qü­rur və lə­ya­qə­ti­ni mü­vəf­fə­qiy­yət­lə qo­ru­yur, özü­nün hökm­dar mən­şə­yi­ni heç vaxt unut­mur­du. Be­lə de­yir­lər ki, dost­la­rı ona Olim­pi­ya oyun­la­rın­da iş­ti­rak et­mə­yi tək­lif et­dik­də o be­lə de­yir: "Əgər rə­qi­bim şah­lar ola­caq­sa, iş­ti­rak edə­rəm."
Fi­lipp və İs­gən­dər fars­lar­la mü­ha­ri­bə­yə ha­zır­la­şır. Bu məq­səd­lə Ki­çik Asi­ya­ya təc­rü­bə­li sər­kər­də Par­me­nio­nun baş­çı­lı­ğı ilə or­du da gön­də­rir­lər. Fə­qət ai­lə da­xi­lin­də baş ve­rən ha­di­sə­lər on­la­rın bü­tün plan­la­rı­nı alt-üst edir. Olim­pia­da ilə Fi­lipp ara­sın­da­kı mü­na­si­bət­lər get­dik­cə pis­lə­şir. Nə­ti­cə­də, Fi­lipp Olim­pia­da­dan ay­rı­la­raq öz ya­xın əyan­la­rın­dan bi­ri olan At­ta­lın qo­hu­mu Kleo­pat­ra ilə ev­lə­nir.
Toy şən­lik­lə­rin­dən son­ra qo­naq­lar te­at­ra yol­la­nır. Pad­şa­hın mə­iy­yə­ti ara­sın­da olan Pav­sa­ni­ya qəf­lə­tən pal­ta­rı­nın al­tın­da giz­lət­di­yi qı­lın­cı çı­xa­ra­raq Fi­lip­pi vu­rur. Mü­ha­fi­zə­çi­lər onu dər­hal öl­dü­rür. Era­dan əv­vəl 336-cı il­də Fi­lipp İs­gən­də­rin qol­la­rı ara­sın­da ölür.


Fi­lip­pin sər­kər­də­lə­ri yax­şı ba­şa dü­şür­dü­lər ki, on­la­ra cə­sur bir hökm­dar la­zım­dır. On­lar hər­bi şu­ra­ya top­la­şa­raq İs­gən­də­ri pad­şah elan edir­lər. İs­gən­dər dər­hal ata­sı­nın qa­ti­li ilə bağ­lı is­tin­ta­qa baş­la­yır. Pad­şah­lıq tax­tı­na hü­qu­qu olan­la­rın ha­mı­sı Fi­lip­pin qət­lin­də bu və di­gər də­rə­cə­də təq­sir­lən­di­ri­lə­rək edam olu­nur. Be­lə şa­yiə gə­zir­di ki, məhz Olim­pia­da özü Pav­sa­ni­ya­nı Fi­lip­pi öl­dür­mə­yə təh­rik edib.
Be­lə­lik­lə, e.ə.336-cı il­də iyir­mi yaş­lı İs­gən­dər hökm­dar olur. Bu za­man hər tə­rəf­dən onu təh­lü­kə hə­də­lə­yir­di. Şi­mal­da vax­ti­lə Fi­lip­pin ta­be et­di­yi tri­bal­lar üs­yan edir­di­lər. Cə­nub­da Yu­na­nıs­tan Fi­lip­pin ölü­mü­nü se­vinc­lə qar­şı­la­mış­dı və Ko­rinf it­ti­fa­qı­nın da­ğıl­ma­sı ar­zu­sun­da idi. De­mos­fen Afi­na­da bay­ram pal­ta­rın­da gə­zir və öz nitq­lə­rin­də İs­gən­də­ri "oğ­lan­cı­ğaz" ad­lan­dı­rır­dı. Fars­lar Par­la­me­nio­nun Ki­çik Asi­ya­da­kı or­du­su­nu sı­xış­dı­rır­dı.
Təc­rü­bə­li əyan­lar gənc hökm­da­ra məs­lə­hət gö­rür ki, əhə­mə­ni­lər­lə mü­ha­ri­bə­dən im­ti­na et­sin, yu­nan­la­rın işi­nə qa­rış­ma­sın və üs­yan­çı­lar­la ra­zı­lı­ğa gəl­mə­yə cəhd et­sin. Fə­qət bu­nun ək­si­nə ola­raq İs­gən­dər tə­ci­li şə­kil­də öz or­du­su­nu top­la­yır və bir ne­çə dö­yüş­də tri­bal­la­rı dar­ma­da­ğın edir. On­lar­la qon­şu olan və II Fi­lip­pin ölü­mün­dən son­ra baş qal­dı­ran il­li­ri­ya­lı­lar is­gən­də­rin bu qə­lə­bə­sin­dən xə­bər tu­tub sa­kit­lə­şir.
İs­gən­dər Asi­ya­ya keç­məz­dən əv­vəl şi­mal sər­həd­lə­ri­ni mü­ha­fi­zə et­mək is­tə­yir­di. Era­mız­dan əv­vəl 335-ci ilin ya­zın­da o, bir sı­ra qi­yam­la­rı ya­tırt­maq üçün hü­cum edir. Am­fi­po­lis­dən baş­la­ya­raq "Müs­tə­qil tra­ki­ya­lı­lar"ın öl­kə­si­nə sə­fər edir. Hi­mes da­ğın­da Ma­ke­do­ni­ya or­du­su yük­sək­lik­lə­ri tu­tan Tra­ki­ya or­du­su­na hü­cum edir və on­la­rı məğ­lu­biy­yə­tə uğ­ra­dır. Ma­ke­do­ni­ya­lı­lar Tri­ba­li öl­kə­si­nə yü­rüş edir və Li­gi­nis ça­yı ya­xın­lı­ğın­da on­la­rın or­du­su­nu məğ­lub edir. Da­ha son­ra İs­gən­dər Du­na­ya doğ­ru irə­li­lə­yir və qar­şı sa­hil­də olan Qe­ta qə­bi­lə­si ilə qar­şı­la­şır. Ge­cə ça­yı ke­çə­rək düş­mə­nə qə­fil hü­cum edir və ilk sü­va­ri toq­quş­ma­sın­dan son­ra on­la­rı ge­ri çə­kil­mə­yə məc­bur edir. Bu qə­lə­bə­dən son­ra İs­gən­də­rə xə­bər ça­tır ki, İl­li­ri­qa ça­rı Klit və Tav­lan­tı ça­rı Olav­ki­ya onun ha­ki­miy­yə­ti­nə qar­şı açıq qi­yam edir­lər. İs­gən­dər qər­bə, İl­li­ri­ya­ya yü­rüş edə­rək on­la­rın hər bi­ri­ni məğ­lub edir və hər iki hökm­da­rı or­du­la­rı ilə qaç­ma­ğa məc­bur edir. Bu qə­lə­bə­lər­lə İs­gən­dər şi­mal sər­hə­di­ni möh­kəm­lən­di­rir.
İs­gən­dər şi­ma­la yü­rüş edən­də fi­ba­lı­lar bir da­ha üs­yan edir. Bu­nu eşi­dən İs­gən­dər dər­hal cə­nu­ba doğ­ru hə­rə­kət edir. Bə­zi şə­hər­lər tə­rəd­düd edər­kən Fi­ba dö­yüş­mə­yə qə­rar ve­rir. Fə­qət Fi­ba­nın mü­qa­vi­mə­ti sə­mə­rə­siz qa­lır. İs­gən­dər şə­hə­ri yer­lə-yek­san edir və onun əra­zi­si­ni Boe­ti­ya şə­hər­lə­ri ara­sın­da bö­lür. Fi­ba­nın so­nu Afi­na­nı qor­xu­dur və bü­tün Yu­na­nıs­tan­da mü­vəq­qə­ti ola­raq sülh ha­kim olur. İs­gən­dər An­ti­pat­rı ye­ri­nə na­ib qo­ya­raq Asi­ya yü­rü­şü­nə baş­la­yır.


İs­gən­də­rin or­du­su era­mız­dan əv­vəl 334-cü il­də Hel­les­pon­tu ke­çir. O, Asi­ya tor­pa­ğı­na ni­zə ata­raq və Asi­ya­nı Uca Tan­rı­dan hə­diy­yə ki­mi qə­bul et­di­yi­ni de­yə­rək İran im­pe­ri­ya­sı­nın ta­ma­mı­nı iş­ğal et­mə niy­yə­ti­ni gös­tə­rir. Bu həm də İs­gən­də­rin dip­lo­ma­ti­ya­nı üs­tün tu­tan ata­sı­nın ək­si­nə ola­raq mü­ha­ri­bə et­mək is­tə­mə­si­ni gös­tə­rir­di. Qra­nik dö­yü­şün­də fars­la­ra qar­şı ilk qə­lə­bə­dən son­ra o, İo­ni­ya sa­hi­li bo­yun­ca hə­rə­kət edir.
Bun­dan son­ra İs­gən­dər III Da­ra­nın tə­qi­bi­ni da­vam et­di­rir. Tez­lik­lə ona xə­bər gə­lir ki, fars or­du­su­nun ko­man­da­nı Bess III Da­ra­nı əsir gö­tü­rüb və özü­nü Əhə­mə­ni hökm­da­rı elan edib. Ma­ke­do­ni­ya­lı at­lı­la­rı on bir gün son­suz çöl­lər­lə Bes­si tə­qib edir və nə­ha­yət ona ça­tır­lar. Və­ziy­yə­ti be­lə gö­rən Bess ara­ba kar­va­nı­nı tərk edə­rək özü­nə sa­diq dö­yüş­çü­lər­lə qa­çıb giz­lə­nir. Ara­ba­la­rın bi­rin­də İs­gən­dər III Da­ra­nın me­yi­ti­ni gö­rür. Onun ya­nın­da yal­nız sa­diq iti qal­mış­dı. İs­gən­dər öz pla­şı­nı çı­xa­ra­raq me­yi­tin üs­tü­nə ör­tür. Son­ra­dan onun əm­ri ilə III Da­ra hökm­da­ra la­yiq tən­tə­nə ilə dəfn edi­lir. III Da­ra­nın qa­ti­li Bess isə ələ ke­çi­ri­lə­rək edam olu­nur. Era­dan əv­vəl 330-cu il­də Da­ra­nın və Bes­sin öl­dü­rül­mə­sin­dən son­ra İs­gən­dər İran döv­lə­ti­nin tam­hü­quq­lu hökm­da­rı­na çev­ri­lir.
Ma­ke­do­ni­ya­lı sər­kər­də­lə­rin bir ço­xu be­lə he­sab edir­di ki, ar­tıq mü­ha­ri­bə qur­ta­rıb və İs­gən­dər İran üzə­ri­nə xə­rac qo­ya­raq Ma­ke­do­ni­ya­ya qa­yıt­ma­lı­dır. Fə­qət Ma­ke­do­ni­ya pad­şa­hı bu ba­rə­də heç dü­şün­mək be­lə is­tə­mir­di. O, fars dö­yüş­çü dəs­tə­lə­ri ilə ta­mam­lan­mış Ma­ke­do­ni­ya or­du­su ilə Hin­dis­tan üzə­ri­nə yü­rü­şə baş­la­yır. Bir çox­la­rı sə­fə­rə çı­xar­kən ümid edir­di ki, bu yü­rüş so­nun­cu ola­caq və on­lar nə­ha­yət doğ­ma Ma­ke­do­ni­ya­ya qa­yı­da­caq­lar. Ma­ke­do­ni­ya or­du­su e.ə.326-cı il­də Hind pad­şa­hı Po­run tor­paq­la­rı­na so­xu­lur. Por bö­yük bir or­du top­la­yır. Gi­dasp ça­yı sa­hi­lin­də dö­yüş baş ve­rir. Bu dö­yüş­də Por özü xü­su­si igid­lik gös­tə­rir. Fə­qər İs­gən­də­rin sü­va­ri dəs­tə­lə­ri düş­mə­nə güc­lü zər­bə en­di­rə­rək onun ar­xa­sı­na keç­mə­yə na­il olur. Nə­ti­cə­də ma­ke­do­ni­ya­lı­lar dö­yü­şü udur. Por ağır ya­ra­la­na­raq əsir dü­şür.
İs­gən­dər hind pad­şa­hı­nın igid­li­yi­ni yük­sək qiy­mət­lən­di­rir. Onu öz tor­paq­la­rı­nın hökm­da­rı ki­mi ta­nı­yır və özü­nün Şər­qə get­mək niy­yə­ti­ni açıq­la­yır. Por izah edir ki, Şərq­də güc­lü or­du­ya ma­lik di­gər knyaz və pad­şah­lıq­la­rın tor­paq­la­rı yer­lə­şir. Bu yol çox uzun və təh­lü­kə­li­dir. Ma­ke­do­ni­ya or­du­su da irə­li get­mək­dən im­ti­na edir. Bun­dan sar­sı­lan İs­gən­dər bir ne­çə gün öz ça­dı­rın­dan ba­yı­ra çıx­mır. Bir ne­çə gün son­ra hökm­dar evə qa­yıt­maq is­tə­yən­lə­rin ha­mı­sı­nı mü­ka­fat­lan­dı­rır və on­la­rı yo­la sa­lır. Qa­lan­lar isə ye­ni sə­fə­rə ha­zır­la­şır. İs­gən­dər gə­mi­lər­lə bü­tün Af­ri­ka­nı do­la­şıb Ara­lıq də­ni­zi­nə gəl­mə­yi, İs­pa­ni­ya, İta­li­ya və Kar­fa­ge­ni tut­ma­ğı plan­laş­dı­rır­dı. Ar­tıq yu­nan mü­hən­dis­lə­ri Ba­bi­li də­niz li­ma­nı­na çe­vir­mək üçün Fə­rat ça­yı­nın en­lən­di­ril­mə­si­nə baş­la­mış­dı­lar. İs­gən­dər Ba­bi­li özü­nün dün­ya im­pe­ri­ya­sı­nın pay­tax­tı­na çe­vir­mək is­tə­yir­di.
Era­dan əv­vəl 323-cü il­də İs­gən­dər qəf­lə­tən qız­dır­ma xəs­tə­li­yi­nə tu­tu­lur. O get­dik­cə zə­if­lə­yir­di. Nə hə­kim­lə­rin müa­li­cə­si, nə də ka­hin­lə­rin dua­la­rı ona kö­mək edir­di. İyun ayı­nın 10-da dün­ya fa­te­hi və­fat edir.


Onun ölü­mün­dən son­ra sər­kər­də­lər ara­sın­da mü­ha­ri­bə­lər baş­la­yır. Əv­vəl­cə on­lar pad­şa­hın me­yi­ti­nə sa­hib­lik uğ­run­da, son­ra­lar isə ha­ki­miy­yət və tor­paq uğ­run­da vu­ru­şur­lar. Nə­ti­cə­də İs­gən­də­rin me­yi­ti sər­kər­də Pto­lo­mey­də qa­lır. İm­pe­ri­ya­nın bö­lüş­dü­rül­mə­si za­ma­nı Mi­sir onun pa­yı­na dü­şür. Pto­lo­mey İs­gən­də­rin me­yi­ti­ni qı­zıl ta­but­da apa­rıb İs­gən­də­riy­yə şə­hə­rin­də dəfn edir.
Ma­ke­do­ni­ya­lı İs­gən­dər qey­ri-adi im­kan­la­ra ma­lik olan na­dir və bən­zər­siz ta­ri­xi bir şəx­siy­yət idi. O, yük­sək fi­zi­ki key­fiy­yət­lə­rə - güc, çe­vik­lik və sağ­lam­lı­ğa ma­lik idi, ki­çik və bö­yük dö­yüş­lə­rin heç bi­rin­də bir də­fə də ol­sun məğ­lub ol­ma­mış­dı. İs­gən­dər həm or­du­su­na ko­man­dan­lıq edir, həm də hə­mi­şə ön sı­ra­lar­da, ən təh­lü­kə­li yer­lər­də dö­yü­şür­dü. Bü­tün bun­lar­la ya­na­şı o, xe­yir­xah­lı­ğı və ali­cə­nab­lı­ğı ilə də se­çi­lir­di.
Al­lah rəh­mət elə­sin.


Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to iftixar

0 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.