Əfsanəvi imperator

22ss...gYW9
16 Mar 2024
29

Tarixə adını yazdırmış əfsanəvi Monqol imperatoru və tarixin ən güclü sərkərdəsi Çingiz xanın gücü, hakimiyyəti müasir dövrümüzdə də bir çox insanların diqqət mərkəzindədir.
Monqolların "ən qüdrətli xanı" 1162-ci ildə Onon çayı sahillərində doğulub. Körpə doğulanda ona Temuçin yəni "dəmir kimi möhkəm" adı verilir. Çingiz xan adı isə ona 1206-cı ildə monqol tayfalarının lideri seçilərkən "qurultay"da verilir. Xan sözü bildiyimiz kimi "hökmdar", "yüksək rütbə" anlamına gəlir. Çingiz adının mənası isə, bəzi mənbələrdə "okean", digərlərində "haqq-ədalət" mənasını daşıyır.
Temuçin hələ kiçik yaşlarından həyatın acılarına qalanmış, doğulduğu quraqlıq ərazilərin çətinliyinə tab gətirmişdi. Cəmi 9 yaşında ikən tatarlar atasını zəhərləyib öldürür, bir müddət sonra isə birgə yaşadığı qəbilə onu anası və bacı-qardaşları ilə birgə alaçıqlarından qovurlar. Yalnız yaşamaq məcburiyyətində qalan ana və uşaqlarının güzəranı birə beş ağırlaşır. Balaca Temuçin tez-tez balıq ovuna gedirdi. Hətta bir dəfə yeməyini oğurladığı üçün ögey qardaşını amansızca öldürür. Yeniyetməlik dövründə isə özü və arvadı müxtəlif birləşmələr tərəfindən tez-tez qaçırılırdılar. Bir müddət əsir həyatı yaşayan Temuçin cəsarətini toplayıb, qaçır və azadlığına qovuşur. 1179-cu ildə isə özünü cəsur döyüşçü, güclü sərkərdə kimi tanıda bilir.
“Çingiz xan qanunları” deyə bir anlayış var. İmperatorluqda qeydsiz-şərtsiz bu qanunlara boyun əymək vacib idi. Bu qanunlara görə, zina edənlər, yalan danışanlar, suyu çirkləndirənlər, casuslar edam edilirdi.
Məşəqqətli bir uşaqlıq dövrü olan Timuçin 10 yaşında olarkən ovladıqları heyvanı bölüşdürməkdə razılığa gələ bilmədiyi üçün ögey qardaşı Bekteri öldürüb.
Timuçin 16 yaşında Börte adlı bir qadınla evlənib. Daha sonra Börte merkitlər tərəfindən qaçırılıb və bir adamın qadını olub. Xilas edildikdən 9 ay sonra isə doğuş edib. Çingiz xan oğluna monqolca “qonaq” mənasını verən “Cuci” adını qoyub. Cucini heç vaxt digər oğullarından ayırmayıb.
Tarixə damğasını vurmuş bir hökmdar olmasına baxmayaraq, onun fiziki xüsusiyyətləri ilə bağlı tam məlumat yoxdur. Bir çox mənbədə o, uzun, gur saqqallı və saçlı şəxs kimi təsvir edilir, digər qaynaqlarda isə qızıl saçı və yaşıl gözləri olduğu haqda yazılara rast gəlinir.
Xəyanəti heç bir halda qəbul etməyib. Öz düşməni də daxil olmaqla, xəyanət edənləri edam etdirib. Çingiz xan qardaşı Camuka ilə liderlik çəkişmələri nəticəsində düşmən olmuşdu. Qaçaq həyatı yaşayan Camukanı adamları aldadaraq imperatorun yanına aparır. Çingiz xan isə həmin şəxsləri Camukaya etdikləri xəyanət səbəbi ilə edam etdirir.
Deyilənlərə görə, fəth etdiyi torpaqlarda qadınlardan övlad sahibi olurmuş. Bu məlumata əsaslanaraq araşdırmacılar hazırda dünyadakı hər 200 nəfərdən birinin Çingiz xanın soyunu daşıdığını iddia edir.
1227-ci ilin 18 avqustunda ölən Çingiz xanın məzarının harada olduğu bilinmir. Basdırıldıqdan sonra məzarın gizli saxlanılması üçün bir neçə at qəbirin üstündə gəzdirilib, beləliklə də məzarın yeri silinib. Məzarın yeri bilinməsin deyə cənazəyə qatılan hər kəs öldürülüb.
Müasir dövrümüzdə Çingiz xanın məzarının açılacağı halda lənət gətirəcəyinə inanırlar və buna görə də məzarın yeri axtarılmır.
“Mən Tanrının cəzasıyam. Əgər heç bir günahınız olmasaydı, Tanrı sizi cəzalandırmağım üçün məni göndərməzdi”, - Çingiz xanın bu sözləri tarixə yazılıb.
Qüdrətli xan istedadlı insanlara hər zaman dəyər verirdi, bacarıqlı döyüşçülərinin tərəqqisinə imkan yaradırdı. Buna misal olaraq tarixdə çox maraqlı məqam var. Belə ki, döyüşlərin birində düşmən ordunun əsgərinin atdığı ox Çingiz xanın sevimli atını öldürür, özünü isə ağır yaralayır.Möcüzə nəticəsində sərkərdə sağ qalır. Müharibədə qalib qələn monqol ordusu, düşmənləri əsir götürür. Çingiz xan əsirlərin qarşısına keçib, atını öldürüb, onu ağır yaralayan zərbənin müəllifinin kim olduğunu soruşür. Bir gənc cəsarətlə önə addımlayıb, "mən idim" deyir. Döyüşçünün bu cəsarəti xanı heyrətləndirir. Çingiz xan bu gəni öz ordusuna dəvət edir, adını isə "Cebe" yəni "oxatan" qoyur. Cebe tarixdə monqol ordusunun ən cəsur döyüşçüsü kimi qalır.
Çingizxan adətən dövlətlərə sülh yolu ilə tabe olmağı təklif edirdi. Lakin lazım gələndə qılıncını da işə salırdı.Tarixdə qalmış ən qatı qisası isə 1219-cu ilə təsadüf edir. Belə ki, Xarəzm hökmdarı monqollarla bağladığı müqaviləyə sadiq qalmır. Üstəlik monqol ordusunun döyüşçülərini öldürür. Qəzəblənən Çingiz xan nəinki ordunu, hətta Xarəzm dövlətini süquta uğradır.
Digər imperiya qurucularından fərqli olaraq, Çingiz xan fəth etdiyi ölkələrin mədəniyyətlərinə dinlərinə böyük hörmətlə yanaşırdı. Hətta rəngarəng adətlərə mənsub olan dövlətlərin vergilərinə güzəşt edirdi. Bu özü də siyasi addım idi. Axı öz dinində, mədəniyyətində xoşbəxt olan insanı yola gətirmək daha asandır. Elə monqol qəbilələrində də dini tolerantlıq idi. Çingizxan özü və tərəfdaşları şamanizmə inam gətirdikləri bir dövrdə, digər monqol qəbilələri qatı xristian, buddist, müsəlman və digər dinlərdən idilər.
Böyük hökmdarın həyatı kimi ölümü də tarixdə böyük səs-səda doğuran faktdır. Belə ki, bəzi mənbələrdə ölüm səbəbi döyüş zamanı atdan yıxılması, digər mənbələrdə isə malyarıiya xəstəliyi göstərilir. Çingiz xanın həyatının son anlarınadək harda olması, hətta cənazəsinin harda basdırılması xalqdan gizlədilib. Deyilənə görə bu haqda məlumat əldə edən şəxslər də edam edilib. Odur ki, qəbri indiyədək bilinməyən hökmdarın harda basdırıldığı məlum deyil. Çingiz xan bugün monqol xalqının milli qəhrəmanı, qürur mənbəyidir. SSRİ dövründə isə xalqın milli-nmənəvi dəyərlərini məhv etmək üçün onun adını anmaq belə qadağan olunmuşdu

Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to arzurasulova

0 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.