Dunyanin en varlilari

FV2Y...Zmy7
6 Apr 2024
27

Fransız iş adamı, “Louis Vuitton Moet Hennessy” (LVMH) şirkətlər qrupunun yaradıcısı və prezidenti Bernard Arno “Forbes”in qiymətləndirməsinə görə yenidən planetin ən zəngin insanları siyahısına başçılıq edir. Əvvəllər bu siyahıda lider “Tesla” və “SpaceX”-in yaradıcısı İlon Mask idi.

Qeyd olunur ki, 74 yaşlı Arnonun sərvəti 21,6 milyard dollar artaraq 205,8 milyard dollara çatıb. Onun LVMH şirkətlər qrupuna 75 moda və kosmetika brendləri daxildir. Ötən ilin yanvarında da jurnal Arnonun sərvətini 221 milyard dollar dəyərində qiymətləndirərək, onu dünyanın ən varlı insanı elan etdi.

Mask siyahıda ikinci yeri tutub. “Tesla” və “SpaceX”in ümumi kapitalı 204,2 milyard dollar təşkil edib. O, ilk dəfə 2021-ci ilin yanvarında dünyanın ən varlı insanı oldu. O zaman onun sərvəti 200 milyard dollardan çox qiymətləndirilirdi, 2021-ci ilin noyabr ayının əvvəlində isə 340 milyard dollara çatıb.

Jurnalın məlumatına görə, üçüncü yerdə Amerikanın Amazon korporasiyasının yaradıcısı Ceff Bezos (179,9 milyard dollar) qərarlaşıb. İlk beşliyə həmçinin Oracle korporasiyasının yaradıcılarından biri Larri Ellison (142,6 milyard dollar) və “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq (138,8 milyard dollar) daxil olub.

Planetin ən zəngin insanları onluğuna “Berkshire Hathaway” holdinqinin rəhbəri Uorren Baffet (125,9 milyard dollar) və “Microsoft”un yaradıcısı Bill Qeyts (122,8 milyard dollar) daxildir.

Mənbə: vedomosti.ru

Bizimlə əlaqə saxlayın
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!


ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Ev elanları


Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to paneliyev

0 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.