Müharibə

52Qi...qwS9
20 Feb 2024
26


you-are-here Democracy and Human Dignity  Manual for Human Rights Education with Young people  İnsan Hüquqları Mövzuları  Müharibə və Terrorizm

Müharibə və Terrorizm


That until the basic human rights are equally
Guaranteed to all, without regard to race
Dis a war
That until that day
The dream of lasting peace, world citizenship
Rule of international morality
Will remain in but a fleeting illusion
To be pursued, but never attained
Now everywhere is war, war.
Bob Marley 1

Bütün üzvlər beynəlxalq əlaqələrində hər hansı bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə və ya Birləşmiş Millətlər Təşkilatının məqsədlərinə zidd olan hər hansı bir təhlükə və ya güc tətbiqindən çəkinməlidirlər.

BMT Nizamnaməsinin 2 (4)-cü maddəsi

Müharibə, terrorizm və insan hüquqları

Müharibə və ya terror hərəkətləri insan hüquqları çərçivəsinin dağılacağı nöqtəyə qədər ona meydan oxuyur. İnsan həyatı qəsdən hədəf alındıqda və ya birbaşa və ya dolayısı ilə xəstəlik, zülm, evlərin dağıdıllması və ölümə gətirib çıxaran kütləvi bombalama kampaniyalarının gedişində insan həyatına “ikinci dərəcəli zərər” kimi baxıldıqda, insan hüquqları üçün hər hansı bir yer görmək çətindir. Müharibə dövründə, xüsusilə illər boyu davam edən müharibələr zamanı hər bir insan hüququ mənfi təsirlərə məruz qalır. Səhiyyə sistemləri dağılır, təhsilə zərbə vurulur, ev, iş, ərzaq və su təchizatı, hüquqi sistem, mətbuat azadlığı və söz azadlığı tam şəkildə yox olmadığı halda belə, dövlət tərəfindən və ya "düşmən" dövlət tərəfindən məhdudlaşdırılır. Sülh zamanı zəif müdaifə mövcud olsa belə, uşaqların, qadınların, azlıq qruplarının və qaçqınların hüquqları müharibə dövründə daha da kasadlaşırr.

Müharibə və terrorizm, həqiqətən, insanlığın dağıdılmasıdır, insan hüquqlarının mərkəzində olan dəyərləri və onları qoruyan hüquqi sistemi sarsıtmağa yönələn fəaliyyətlərdir. Ancaq böhranın, dağılmanın ortasında ən zəifləmiş dövlətdə belə, insan hüquqları öz fəaliyyətini davam etdirir və bütün pislikləri düzəldə bilməsələr də, bəzi minimum müdafiəni təmin edə və ədalətə dair ümid verə bilirlər.

Müharibələr və milli fövqəladə hallar dövlətlərin insan hüquqlarına dair bəzi öhdəliklərindən "uzaqlaşmaq" və ya müvəqqəti olaraq həmn öhdəlikləri kənara qoymaq imkanı verir. Buna baxmayaraq, yaşamaq hüququ, işgəncədən, qeyri-insani və ləyaqəti alçaldan rəftardan azad olmaq kimi müəyyən insan hüquqları heç vaxt kənara qoyulmur. Bunlar, dövlətin təhlükəsizliyinin risk altında olmasına baxmayaraq, yenə də mühüm və əsaslı sayılırlar.

2011-ci ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mühakimə zamanı3 (Əl-Skeyini və Başqaları - Böyük Britaniyaya qarşı) Böyük Britaniyanın İraqın Bəsrə şəhərində təhlükəsizlik əməliyyatları apararkən bir sıra mülki şəxslərlə davranışında İnsan Hüquqları üzrə Avropa Konvensiyasının yaşamaq hüququnu təmin edən 2-ci maddəsini pozduğunu müəyyən etdi. Bu, Avropa Konvensiyasının müharibə dövründə, xarici ərazilərdə və Konvensiyanı imzalamış olan bütün regionda effektiv nəzarətə malik olduğunun aşkar olunmasında ilk belə iş idi. Digər işlərdə isə məhkumların həbsxanalarda saxlanılan zaman işgəncələrə məruz qaldığı müəyyənləşdirilmişdir.

Nə zaman müharibə “müharibə” hesab edilir?

Müharibə və terrorizm bir çox cəhətdən oxşardır. Hər ikisi də həddindən artıq zorakılıq hərəkətlərini əhatə edir, ikisi də siyasi, ideoloji və ya strateji məqsədlər ilə motivasiya edilir və ikisi də bir qrup şəxs tərəfindən digərinə qarşı edilir. Nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, hər birinin nəticəsi əhali üçün qorxuludur. Müharibə daha geniş yayılmağa meyllidir və daha da dağıdıcı ola bilər, çünki müharibə daha çox orduları olan dövlətlər və onların əlində olan böyük silahlar vasitəsilə həyata keçirilir. Terrorist qruplar nadir hallarda dövlətlərin malik olduğu peşəkar və ya maliyyə resurslarına malik olurlar.

Lakin istifadə olunan üsullardan və zorakılığın dərəcəsindən başqa, müharibə və terrorizm beynəlxalq hüquqda fərqləndirilir. Fərqlər həmişə aydın deyil və hətta ekspertlər zorakı bir kampaniyanın terror, vətəndaş müharibəsi, üsyançılıq, özünümüdafiə, öz müqəddəratını qanuni təyin etmə və ya başqa bir hal kimi qiymətləndirilməsi ilə bağlı razılaşmaya bilərlər

Sual: 20-ci əsrdə çeçenlər, abxazlar, kürdlər, fələstinlilər və irlandiyalı milliyyətçilər özlərinin müstəmləkəçi bir millətə qarşı müharibə apardığını hesab edirdilər. Milli dövlətlər bu kimi qrupların hərəkətlərini həmişə terrorizm olaraq qiymətləndirmişlər. Doğru terminlə bağlı necə qərar verə bilərik?

Müharibəni müəyyənləşdirməkdə problemlər

Müharibələr bəzən onların milli dövlətlər arasında baş verməsi faktı ilə müəyyən edilir: amma vətəndaş müharibəsi və ya "terrorizmlə mübarizə" barədə nə demək olar? Bəzən rəsmi müharibə bəyanı müharibəni müəyyənləşdirən vasitə kimi qəbul edilir, lakin bu, ABŞ-ın Pakistan sərhədlərinə və ya 1990-cı illərdə İraq üzərində elan edilmiş qeyri-uçuş zonalarına hücumları kimi bir neçə il ərzində baş verən aşağı səviyyəli bombalama kampaniyalarını əhatə etmir.

Müharibə tərifinə insan həyatı üçün dağıdıcı ola bilən iqtisadi və ticarət müharibələri daxil edilə bilər? Sanksiyalar bir müharibə formasıdır? YUNİSEF 1990-cı illərdə İraqdakı sanksiyaların yarım milyondan çox uşağın (və bir çox böyüklərin) ölümünə səbəb olduğunu hesablamışdır.

Siz zəlzələyə qalib gələ bildiyiniz kimi müharibəyəterrorizm anlayışının heç biri ümumi qəbul edilməyən 100-dən çox müxtəlif tərifi olduğu deyilir.

Razılığın olmaması bir çox praktiki nəticələrə malikdir: sadəcə bir nümunəyə nəzər salaq, BMT-nin 60 ildən artıq müddətə çalışmasına baxmayaraq, terrorizmə qarşı konvensiya qəbul edə bilmədi, çünki üzv dövlətlər bu terminə dair tərif müəyyənləşdirə bilmirdi. BMT Baş Assambleyası terrorizmə dair bildirişlərdə aşağıdakılardan istifadə etmək istəmişdir:

Ümumi ictimaiyyətə, insan qrupuna və xüsusi bir şəxsə qarşı siyasi məqsədlərlə istənilən şəraitdə edilən terror hərəkətlərinə heç bir halda bəraət qazandırmaq olmaz, bu hala bəraət qazandırmaq üçün hər hansı siyasi, fəlsəfi, ideoloji, irqi, etnik, dini və digər ünsürlərin cəlb olunması əsassızdır.5


Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to fikret

0 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.