Dünyada olan hadisələr

52Qi...qwS9
2 Feb 2024
38
Dünyada olan hadisələr

Ana səhifə / Maraqlı
Həyatın ola biləcəyi planet tapıldı – Yerdən də böyükdür
 1 Fevral 23:15  1 150    


ABŞ-nin Milli Kosmos Agentliyi (NASA) Yer kürəsindən 137 işıq ili uzaqlıqda, yaşayış üçün əlverişli zonada ekzoplanet kəşf etdiklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, planetin qırmızı cırtdan ulduzun ətrafında fırlandığı bildirilir.

Elm adamları “TOI-715” adlı ekzoplaneti həm də “Super Yer” adlandırırlar.

NASA Yerdən 1.5 dəfə böyük olan TOI-715 b-nin həyat üçün əlverişli zonada yerləşdiyini, səthində suyun ola biləcəyini iddia edir.

Planet ulduz ətrafında dövrəsini 19 günə tamamlayır.

TOI-715 b-nin bağlı olduğu sistemdə Yer böyüklüyündə başqa bir planetin ola biləcəyi də deyilir.

“Super Yerin” ətrafında fırlandığı ulduz Günəşdən daha kiçik və soyuqdur.



Ana səhifə / Maraqlı
285 yaşlı limon hərracda 1780 dollara satıldı
 08:28  346    


İngiltərədə 285 yaşlı limon hərracda satılıb. Alıcı bunun üçün 1780 dollar ödəyib.

Teleqraf.com xəbər verir ki, “Brettells” hərrac evinə 19-cu əsrə aid şkaf gətirib. Mütəxəssis onu hərraca çıxarmaq üçün nadir əşyanın şəklini çəkən zaman siyirmələrindən birində limon görüb.

Limonun üzərində 1739-cu il noyabrın 4-də Miss Baxsterə verildiyi barədə yazı olub. Meyvənin də tarixi dəyəri olduğuna qərar verən hərrac evi onu da auksiona çıxarıb.

Şkaf cəmi 40 dollara satıldığı halda, bir alıcı limon üçün 1780 dollar ödəyib. Sitrusun yeni sahibi onunla nə etməyi planlaşdırdığını açıqlamayıb



Ana səhifə / Maraqlı
Dünya əhalisinin üçdə ikisi heç vaxt qar görməyib - Şok faktlar
 26 Sentyabr 2021 19:08  2 060    


Dünyada hər an maraqlı hadisələr və ya məlumatlar ortaya çıxır. İnsanlar daim hərəkətdə olduqları üçün dünyada hər gün yeni məlumatlar ortaya çıxır. Ancaq bu məlumatlar elmi araşdırmalar deyil, təsadüf nəticəsində ola bilər.

Teleqraf.com ən təəccüblü və maraqlı məlumatları təqdim edir.


Saat icad edilməzdən əvvəl, müəyyən müddət yanmağa hazır olan şam saatları var idi. İstədiyiniz vaxtda oyanmaq məqsədilə şama bir mismar bağlayırmışlar. Şam o səviyyəyə qədər əriyəndə metal şamdanın üzərinə düşər və səs çıxarıb xəbərdarlıq edərmiş.

Eyni yumurtada olan əkiz qadınlar, eyni yumurtadan olan əkiz kişi ilə evlənib uşaq sahibi olarsa, uşaqları genetik olaraq “qardaş-bacı” olur.

Yalnız dovşanlar və tutuquşular başlarını çevirmədən arxalarını görə bilirlər.

Hər səbir gətirəndə beyin hüceyrələrinin bir hissəsi ölür.

Dünyanın ən məhşur rəssamı Leonardo Da Vinçi bir əli ilə yaza, digər əli ilə də rəsm çəkə bilirmiş.

Sinqapurda saqqız almaq və ya satmaq qadağandır.

Acılı bir şey yedikdən sonra bir çay qaşığı şəkər yesəniz, qızışmanı tamamilə götürəcək.

Asqırarkən heç vaxt burnunuzu və ağzınızı eyni anda örtməyin, gözləriniz çıxa bilər. Çox asqırsanız, qabırğalarınızdan biri qırıla bilər.

Çində körpələr dünyaya gələndə 1 yaşında hesab olunur.

Hər gün yeni doğulmuş 12 körpə yanlış ailəyə verilir.

Dəvəquşuların gözləri beyinlərindən daha böyükdür.

Yarasalar mağaradan çıxanda həmişə sola dönürlər.

Yer üzündə yaşayan bütün insanları meydana gətirən atomlardakı boşluqlar aradan qaldırılsa, bütün dünya əhalisi bir almanın içərisinə yerləşə bilər.

Dünyanın ən varlı 3 ailəsi, ən kasıb 48 ölkədən daha çox sərvətə malikdir.

Bir erkək aslan idarəetməni ələ keçirəndə bütün balalarını öldürür.

Dünya əhalisinin üçdə ikisi heç vaxt qar görməyib.

Bir insan ömrü boyu dünyanın ətrafında təxminən üç dəfə gəzəcək qədər dolaşır





BULB: The Future of Social Media in Web3

Learn more

Enjoy this blog? Subscribe to fikret

0 Comments