Dünyanın ən qorxunc həbsxanası: Bir həftədə... - ARAŞDIRMA

JC4X...6qYg
25 Jan 2024
22

Salvadorda 40 min yerlik meqa həbsxana açılıb.
Dünyanın ən bədnam dəstələrinin yerləşdiyi Salvadorda ötən həftə açılan həbsxanadan yeni təfərrüatlar ortaya çıxıb.
Cebhe.info xəbər verir ki, təxminən 7 milyon əhalisi olan Mərkəzi Amerika ölkəsi Salvador Latın Amerikası ölkələri arasında ən yüksək qətl nisbətinə malikdir.
25 fevral 2023-cü ildə Salvadorda heç kim öldürülməyib. Cinayətkar dəstələrə qarşı müharibə elan etdiyini açıqlayan Salvador lideri Nayib Bukele sosial media hesabından "25 fevral gününü bütün ölkədə sıfır cinayətlə bağladığımızı təsdiqləyə bilərik. Allaha şükür" mesajını paylaşıb.
Koronavirusun dünyaya yayıldığı günlərdə Salvadorda bir gündə 22 nəfər öldürülüb.
Nayib Bukele 2020-ci ilin aprelində məhbuslara bir günlük hücrə (təkadamlıq kamera) cəzası verdi. Yüzlərlə məhbusun üst paltarları çıxarıldı. Sıraya düzülən məhbuslardan bəziləri koronavirus qorxusundan maska taxıblar.
Dünyada sensasiyaya səbəb olan görüntülərin oxşar görüntüsü iki ildən sonra təkrarlanıb. 2022-ci ilin mart ayında, cümə, şənbə və bazar günləri 87 qətl törədildikdə, küçələrdə insan “ovuna” başlanıldı.


Nəzarətə alınan dəstə şübhəliləri yenidən yalnız alt paltarları ilə həbsxanaya aparılıb. Yenidən “fövqəladə vəziyyət” elan edən Nayib Bukele həbsxanaları giriş-çıxışı bağladı və həbsxanadakı dəstə üzvlərinə iki gündə bir yemək verilməsini əmr etdi.
Salvador cinayətkar dəstə müharibələrinin onilliklər ərzində bitmədiyi bir ölkədir.
Cinayətə qarşı müharibə” apardığını deyən Salvador lideri Bukele, ələ keçirilən dəstə üzvlərinin saxlanması üçün Şimali və Cənubi Amerikada ən böyük həbsxananın tikintisini öz üzərinə götürdü.
Beynəlxalq xəbər agentliyi “Agence France-Presse” (AFP) xəbər verir ki, ilk cinayətkarlar 40 min məhbus tutumu olan meqa həbsxanaya köçürülüb.
1970-ci illərdə Los-Ancelesdə qurulan və şeytana sitayiş etdiyi bilinən "Mara salvatruça" bandasının da sözügedən cəzaçəkmə müəsisəsində olduğu öyrənilib.
Dəstənin dünya üzrə 80 000-dək üzvü olduğu düşünülür, təkcə ABŞ-da 10 000-dək aktiv üzvü var.
1990-cı illərin əvvəllərində üzvləri Los-Ancelesdən qovulduqdan sonra dəstə Salvadorda qərargah yaradıb. "Mara salvatruça" insan alveri, reketçilik, qətl, çirkli pulların yuyulması, adam oğurluğu, soyğunçuluq, qeyri-qanuni immiqrasiya, hücum və fahişəlik də daxil olmaqla, dünya üzrə müxtəlif qeyri-qanuni vasitələrlə pul qazanır.

Bütün bu proseslər baş verərkən bölgədən yeni məlumatlar gəlməyə davam edir. Nəhayət, həbsxanada "MS-13" və "Calle 18"-in sayının artdığı bildirilib.İngilis mətbuatı iki rəqib dəstənin hər an bir-birinə hücum edə biləcəyini yazmışdı. "MS-13"-ün dünya üzrə 50-70 min, "Calle-18"-in isə təxminən 70 min üzvü olduğu bildirilir.İki dəstə uzun illər Mərkəzi Amerikanın ən güclüsü olmaq üçün yarışırdı. Dəfələrlə öz aralarında vuruşub, ərazilərini genişləndirməyə çalışıblar. 2015-ci ildə qeydə alınan hadisə dəstələrin vəhşiliyini üzə çıxarıb. Dəstələrə vermədiyi 1 dollar xərac üçün bir nəfəri küçənin ortasında güllələyiblər.Hər iki dəstənin Meksikanın ən böyük "Şinalo" kartelinin lideri El Kaponi ilə əlaqələri var. Hər iki dəstə qan davalarına böyük əhəmiyyət verir. Adətən ictimai yerlərdə qurbanlarını öldürən dəstələr ayrı-seçkilik etmədən hücumlarında mülki insanları da qətlə yetirirlər.

Son illərdə "Calle-18" azyaşlı uşaqları dəstəyə cəlb edərək rəsmən “uşaq ordusu” yaradıb. Dəstənin aparıcı üzvləri bu uşaqları çirkli işlərə cəlb etdilər və qalmaqallara görə cəzalandırılmadılar."Calle-18"-in bu addımı qarşısında "MS-13" üzvləri amansızlıqlarını gizlətməyiblər. Uşaq üzvlərini öldürməkdən narahat olmayan dəstə üzvləri son illər 15-16 yaşlı uşaqları vəhşicəsinə qətlə yetiriblər. Salvador hökuməti isə ortaya çıxan cinayətlərlə mübarizə aparmaqda çətinlik çəkirdi.2015-ci ildə ölkədə gündəlik qətl göstəricisi nisbəti 18,2 olub. Həbsxananın ağır şəraitində bu iki dəstənin nə edəcəyi maraq doğurur. 15 min voltluq elektrik hasarlarla qorunan 16 metrlik divarların içərisində məhbuslar ən pis şəraitdə yaşayır, döyülür və müxtəlif insan haqları pozuntularına məruz qalırlar.Bütün rabitə şəbəkələrinin kəsildiyi həbsxanada məhbuslar yalnız məhkəmə proseslərində iştirak etmək üçün internetə qoşula bilirlər.

Digər tərəfdən, məhbusların ehtiyaclarını ödəmək üçün qurulan yeməkxananın qiymətləri də ortaya çıxıb. Hər şeyin baha qiymətə satıldığı yeməkxanada bir qutu "Coca-Cola" 10 dollar, yəni 200 lirə olduğu bildirilib. Orta qazancın 170 dollar olduğu Salvadorda bu qiymət kifayət qədər yüksəkdir.İngilis “DailyMail” qəzetinin xəbərində bir çox məhbusun sırf dəstə üzvlərinə oxşadıqları üçün həbs edildiyi bildirilib. Dəhşətli iddianın davamında artıq həbsxanada 100 nəfərin öldüyü bildirilib.Bununla bağlı digər açıqlama isə Beynəlxalq Amnistiya Təşkilatının Mərkəzi Amerika üzrə tədqiqatçısı İrene Cueller tərəfindən verilib. Cueller həbsxanada heç bir humanitar şəraitin olmadığını deyib:“Fevralın ortalarında açılan “Meqa həbsxana” ölkənin təhlükəsizlik strategiyasının əsas hissəsi kimi təqdim edilib. Hökumət bu plana yenidən baxmalıdır. Orada insan haqları ilə bağlı heç nə yoxdur”.

Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to rashadat

2 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.