OKEAN

FV2Y...Zmy7
17 Mar 2024
18

imageünya okeanı — hidrosferanın 96,5 %-ni təşkil etməklə onun əsas hissəsini təşkil edir. Yerin kəsilməz, ancaq bir sahədə yerləşməyən, materik və adalarını əhatə edən və ümumi duzluluğu ilə xarakterizə olunan su sahəsi.
Qitələr və böyük arxipelaqlar dünya okeanlarını dörd böyük hissəyə bölür: Atlantik , Hind , Sakit və Şimal Buzlu okeanları. 2000-ci ildə Beynəlxalq Hidroqrafiya Təşkilatı beşinci Cənubi Okeanın ayrılmasını təklif etdi.

Okeanların böyük sahəli hissələri dənizkörfəzboğaz və s. adlanır. Okeanlar haqqında elm okeanologiya adlanır.[1]

Mündəricat

Dünya okeanının öyrənilməsi[redaktə | mənbəni redaktə et]

Uzun tarixi dövr ərzində okeanlara aid toplanan biliklər okeanologiya elminin yaranmasına səbəb oldu. Elmi tədqiqatlar aparmaq məqsədi ilə ilk dünya səyahəti 1872–74-cü illərdə "Çellencer" ingilis gəmisində həyata keçirilmişdir
İlkin su vulkan püskürmələri zamanı ayrılan yuvenil suların hesabına xloridli xassəyə malik olmuşdur. Daha sonra okean suyunun silisiumlu süxurlarla və çaylar vasitəsi ilə gətirilən karbonatlrla qarşılıqlı əlaqəsi nəticəsində, o xloridli karbonatlı suya çevrilmişdir. Sonrakı geoloji mərhələdə bitkilər meydana gəlmiş, fotosintez prosesi nəticəsində suda sərbəst oksigen və azot qazları yarnmışdır. Üzvü maddələrin çürüməsindən və okean dibindəki vulkanik çatlardan suya daima karbon qazı daxil olur. Mikroorqanizmlərin və digər amillərin təsiri ilə okean suyu tərkibinə görə xloridli-sulfatlı, natrium-maqneziumlu suya çevrildi ki, bu ona acı tam-duzluluq verdi.
Duzluluq promil ilə (yəni 1000 qram suda olan duzun qramlarla miqdarı) ölçülür və xəritələrdə izoqalin, yəni eyni duzluluğa malik əraziləri birləşdirən xətlərdə göstərilir.[2]

Okeanlar haqqında məlumat[redaktə | mənbəni redaktə et]

Şimal yarımkürəsinin 60,7 %-ni, cənub yarımkürəsinin isə 80,9 %-ni okean və dənizlər tutur. Dünya okeanının orta dərinliyi 3794 m, maksimal dərinliyi 11022 m-dir (Marian çökəkliyi). Sahil xətləri, dib relyefi, temperatur və duzluluğun paylanması, cərəyanlar sistemi və s. xüsusiyyətlərinə görə Dünya okeanı 4 hissə ayrılır:
Sakit okean — sahəsi 179 mln. km², orta dərinliyi 3957 m, maksimal dərinliyi 11022 m (Marian çökəkliyi). Ən böyük, ən enli, ən isti, ən dərin okeandır. Beş materiklə əhatə olunur, dörd yarımkürədə yerləşir.
Atlantik okean — sahəsi 92 mln. km², orta dərinliyi 3602 m, maksimal dərinliyi 8742 m (Puerto-Riko çökəkliyi). Ən uzun (Şimaldan-cənuba), ən duzlu okeandır. Bütün coğrafi qurşaqlarda yerləşir. Beş materiklə əhatə olunur, dörd yarımkürədə yerləşir.
Hind okeanı — sahəsi 76 mln. km², orta dərinliyi 3736 m, maksimal dərinliyi 7729 m (Zond çökəkliyi). Dörd materiklə əhatə olunur, üç yarımkürədə(şimal, cənub və şərq)yerləşir.
Şimal Buzlu okean — sahəsi 14 mln. km² , orta dərinliyi 1131 m, maksimal dərinliyi 5527 m (Qrenlandiya dənizi). Ən kiçik, ən soyuq, ən dayaz okeandır. Bütün coğrafi uzunluqlarda yerləşir. İki materiklə əhatə olunur, üç yarımkürədə(şərq, qərb və şimal) yerləşir.
Dünya okeanın tərkibinə dənizlər, körfəzlər, boğazlar və s. daxildir.[3]

Dünya okeanının suları[redaktə | mənbəni redaktə et]



Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to paneliyev

0 Comments

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.