Vulkan

52Qi...qwS9
28 Mar 2024
35

Vulkan

Vulkan püskürməsi
redaktə

Qızmar və ya isti, bərk, maye və ya qazvari vulkan məhsullarının Yer səthinə çıxması ilə nəticələnən prosesdir. Bu proses lava axınları, plastik və ya bərk maddə tullantıları ilə müşayiət olunan qaz partlayışı ilə səciyyələnir. Çıxarıcı kanalın formasına və Yer səthində paylanmasına görə vulkan püskürməsi çatlı, xətti çox-çıxışlı və mərkəzi, təzahür xüsusiyyətlərinə görə isə effuziv, eksploziv, ekstruziv və qarışıq növlərinə ayrılır. Vulkan püskürməsinin fazaları püskürmənin əsas mərhələləri olub, qısamüddətli nisbi sakitlik dövrü ilə ayrılır, üstünlük təşkil edən fəaliyyətin xarakteri ilə fərqlənirlər. Vulkan fəaliyytətinin hər fazasına müəyyən vulkanik məhsullar tipi uyğun gəlir. Piyp 1944–1945-ci illərdə Klyuçev vulkanının püskürməsində aşağıdakı fazaları ayırmışdır:
1783–1784-cü illərdə əsas dünya iqlim dəyişikliyinin mənbəyi olan İslandiyadakı Lakagigar fissure ventilyasiyası uzunluğu boyunca vulkanik konuslar zəncirinə malikdir.
1) kül eksploziyaları
2) bomba eksploziyaalrı
3) kiçik ölçülü paroksizmlər
4) baş paroksizm və ya kulminasion faza
Vulkan püskürməsinin müjdəçiləri püskürmənin yaxınlaşmasını xəbər verən biloji (vulkanətrafı sahələrdə istiliyin artması nəticəsində bitki örtüyünün quruması), geokimyəvi (fumarollarda, isti su bulaqlarında və hətta havada vulkanik qazların tərkibinin dəyişməsi), geoloji (sönmüş vulkanların əmələ gəlmə vaxtının, püskürmə səciyyəsinin radiokarbon və b. üsullarla təyini) və geofiziki amillərdir. Püksürməni xəbər verən ən etibarlı və dəqiq məlumatı geofiziki, xüsusilə seysmoloji tədqiqatlar vasitəsilə əldə etmək mümkündür. Bu hadisələr aşağıdakılardır:
:
1) böyük dərinlikli və ya aralıq zəlzələlərin baş verməs
i:vulkanda və ya onun yaxınlığında zəlzələ tezliliyinin dəyişməsi:
3) vulkan yaxınlığında Yer səthində deformasiyaların əmələ gəlməsi
4) kraterdə və ya ona yaxın fumarollarda mənbələrdə temperaturun dəyişməsi:
5) vulkanda və onun yaxınlığında maqnitelektrik və qravitasion sahələrinin anomal dəyişməsi

Vulkan şüşəsi
redaktə

Vulkan şüşəsi tünd rəngli qatran parıltılı, tərkibində 8–10% su olan vulkanik şüşədir. Tərkibinə görə turş (riolit, traxit), nadir hallarda isə əsası bazalta uyğundur. Vulkan şüşəsi yüngül kərpiclərin alınmasında, beton (aşqar kimi), istilik keçirməyən və istiyədavamlı sementlərin istehsalında istifadə olunur — məs:Qatran daşı.

Vulkan tozu
redaktə

Vulkan tozu Şiferdekerə görə (Schieferdecker), eksploziya yoli ilə əmələ gəlmiş və hissəciklərinin ölçüsü < 0,05mm olan incədənəli piroklastik materialdır.

Vulkanik künbəz
redaktə

Vulkanik künbəzin hündürlüyü bir neçə m-dən 700–800-m-ə çatan dik yamaçlı (40· və daha çox) künbəzvari formalı ekstruziv qurum: qatı lavanın vulkanik kanaldan Yer səthinə sıxılıb çıxarılması nəticəsində əmələ gəlir. Vulkan künbəzi böyüməsi, adətən qaz, yüksək hərarətli buxar dumanının ayrılması və uçqunlara səbəb olan güclü partlayışlarla müşayiət olunur. Künbəzin daxili hissəsi plastikliyini kifayət dərəcədə saxladığı üçün kümbəzin lava nüvəsi bütöv kütlə şəklində bərkiyir. Vulkanik künbəz üçün ardıcıl örtüklərin yaratdığı özünəməxsus təbəqəli (soğanaqlı) quruluş səciyyəvidir. Bəzən vulkanik künbəz zirvəsində soyumuş materialın çökməsi və ya vulkan boğazında lavanın səviyyəsinin düşməsi nəticəsində kasavari çuxur yaranır.

Vulkanik dağlar
redaktə

Vulkanik dağlar dedikdə vulkanların fəaliyyəti nəticəsində yaranan relyef formaları nəzərdə tutulur. Vulkanlar sönmüş və fəaliyyətdə olan qruplara bölünür. Dünyada 600-dən çox fəaliyyətdə olan vulkan var. Bunlardan 400-ə qədəri Sakit okean hövzəsində yayılmışdır. Bu əraziyə Sakit okean "odlu qurşağı" deyirlər. Fəaliyyətdə olan vulkanların ikinci geniş yayıldığı areal Aralıq dənizi və Mərkəzi Amerika sahilləridir. Fəaliyyətdə olan vulkanlar Kaynozoy erasının cavan qırışıq dağları arasında yayılmışdır. Dünyada fəaliyyətdə olan ən yüksək vulkan Cənubi Amerikadakı Lyulyaylyako (6723 m) dağıdır. Havay adaları vulkanik mənşəlidir. Burada Manua-Kea dağı var. Bu dağın dəniz səviyyəsindən hündürlüyü 4200 metrdir. Dəniz suyunun altında isə dağın 5840 metr hissəsi qalır. Dəniz səviyyəsi nəzərə alınmasa bu dağ dünyanın ən hündür dağı olardı. Dünyada vulkanik yolla əmələ gəlmiş və sönmüş vulkan hesab olunan yüzlərlə dağ var. ElbrusKazbekAğrı dağıDəmavəndMak-Kinli və s. bunlara aiddir. Dünyada ən yüksək sönmüş vulkanik dağ Cənubi Amerikadakı Çim-Boraso`dur. Yalançı vulkanlar (palçıq vulkanları) palçıq püskürür. Azərbaycanda ən böyük yalançı vulkan Qobustan qəsəbəsi yaxınlığında yerləşən Toroğay vulkanıdır. Uzunluğu 402 metrdir.[5]

Vulkanik zəlzələlər
redaktə

Vulkanik zəlzələlər püskürmə ərəfəsində maqmanın yuxarı horizontlarına soxulması və ya partlayış nəticəsində baş verən zəlzələdir. Belə zəlzələlər adətən zəif olub yalnız vulkan yaxınlığında qeydə alınır.

Vulkanlar


Vulkanlar ərimiş suxurların Yerin üst qatına təzyiq etməsi nəticəsində yaranır. Ərimiş suxurlar torpağın alt qatlarında maqma, Yerin üzərinə çıxdıqdan sonra isə lava adlanır. Bəzi vulkanlar sakit püskürdüyü halda, digərləri partylayıcı və ətrafa qaz, tüstü və suxur yayılmasına səbəb ola bilirlər. Vulkanlar müəyyən vaxt intervalında püskürə və ya əsrlərlə sakit qala bilirlər. 


Tərkibində böyük miqdarda qaz olmayan lavalar uzun məsafələrə axırlar. 


Maqma mövcud suxur qatlarını sıxdığı zaman yataq əmələ gəlir. 


Qalxanvari vulkan-Bu vulkan konusu püskürən lavanın soyumamışdan və qatılaşmamışdan öncə uzun məsafəyə axması nəticəsində yaranır. 


Kül konusu-vulkanların kül konusu çıxan qazın təsiri ilə kül və lavanın hissələrə parçalanması nəticəsində yaranır. 


Kül buludları kiçik hissələrə parçalanaraq Yerin atmosfer qatına yayılır və bir neçə ay müddətində havanın dəyişməsinə səbəb ola bilir. 


Atəş halqası


“Atəş halqası” Sakit okeanın sahili boyunca uzanan ərazini əhatə edir. Yer qabığı sallarının kəsişdiyi bu ərazi daha çox vulkan və zəlzələlərin baş verdiyi tektonik cəhətdən aktiv zonadır. Burada 452 vulkan yerləşir və dünyanın ən güclü zəlzələlərinin 80 faizi burada baş verir. 


Mürəkkəb vulkanlar- Bu vulkanların konusu zirvəyə doğru dik qalxır. Bu vulkanlar, adətən, partlayıcı olduğundan daha təhlükəlidir. 


Zəlzələlər


Zəlzələlər Yerin müxtəlif laylarının bir-birinə nəzərən sürüşməsi və ya toqquşması nəticəsində yaranır və adətən, zəlzələnin baş verdiyi yerə zəlzələ ocağı deyilir. Yeraltı laylar hərəkət edən zaman böyük miqdarda enerj ayrıldığından, bu sanki hovuzda dalğa yaranırmış kimi Yerin üst qatını titrədir. 


Episentr, Yer səthinin bilavasitə zəlzələ mənbəyi üzərində olan sahəsidir. 


Yerin üst qatında-Yerin üst qatının titrəməsi, üzərində olan binalar və digər tikililərin dağılmasına səbəb ola bilər. Zəlzələnin gücü Rixter şkalası ilə ölçülür. Kobedə, (Yaponiya) baş verən zəlzələnin gücü 7,3 Rixter şkalasında idi və 20 saniyə davam etməsi nəticəsində 200 000 binanın dağılmasına səbəb olmuşdur. Hətta ən böyük zəlzələ 2011-ci ildə Yaponiyada olmuşdur. 

 


Sunami - okean dibinin ani hərəkəti nəticəsində yaranan nəhəng su dalğasıdır. Bəzən toqquşan tektonik sallar bir-birinə ilişib qalır və onlar aralandıqları zaman zəlzələnin suya güclü təkan verməsinə səbəb olur. Dalğalar okeandan keçdikcə daha da güclənir və sahilə dağıdıcı təsir göstərir. 

 


Write & Read to Earn with BULB

Learn More

Enjoy this blog? Subscribe to fikret

1 Comment

B
No comments yet.
Most relevant comments are displayed, so some may have been filtered out.